İnsan möcüzəsi

Əzələlərdəki mühərrikləri işlədən açarın hərəkətə gətirilməsi


Siz qolunuzu bükmək istədiyiniz zaman beyninizdən bir elektrik siqnalı yola çıxır. Bu mürəkkəb səfər zamanı siqnal əsasən onurğa beyninə çatır. Oradan da məlumat çatdırılacaq orqana doğru sürətlə hərəkət edir. Elektrik cərəyanı əzələnin səthi üzərindən keçir və əzələni təşkil edən milyonlarla mühərriki (əzələ lifini) sanki hərəkətə gətirir. Xəbəri alan liflər buna dərhal reaksiya verir və bükülürlər. Nəticədə qol əzələsi tam yığılır və qol dirsəkdən bükülür. Biz gözümüzü açıb-bağlayana qədər bütün bu proseslər bitir. Bütün açarların hərəkətə gətirilməsi saniyənin mində biri qədər çox qısa bir müddət ərzində baş verir. Yəni əzələlərdən keçən elektrik cərəyanı saniyənin mində biri (1 millisaniyə) qədər sürətlə hərəkət edərək əzələ liflərinin açarlarını hərəkətə gətirir.
Əzələlərə gələn əmrlər sinir sistemində hazırlanır və yenə də sinir sistemi vasitəsilə daşınır. Buna görə də əzələ sistemi bir növ sinir sisteminin əmrinə əsasən fəaliyyət göstərir. Əzələlərin müəyyən bir harmoniya içində fəaliyyət göstərməsi orqanizmdəki koordinasiya sayəsində baş verir.