İnsan möcüzəsi

Əzələlərin müəyyən ahəng içində fəaliyyət göstərməsi

Ən sadə bir təbəssüm və ya adi bir gülüş üçün 17 əzələ eyni anda doğru funksiya yerinə yetirərək fəaliyyətdə olmaq məcburiyyətindədir. Əgər 17 əzələdən biri fəaliyyət göstərməsə və ya funksiyasını yanlış yerinə yetirsə, gülüş baş verməz, üstəlik üzdə olan ifadə mənasız olar.
Insanın üzündə vəzifəsi yalnız mimika yaratmaq olan 28 ayrı əzələ var. Həmin əzələlərin müxtəlif hərəkətlərlə bükülməsi ilə yüzlərlə üz ifadəsi yaranır. Əsəbilik, heyrət, rahatlıq, zövq alma kimi ruhi vəziyyətlərin hər birinin insan üzündə əks olunan və əzələlər tərəfindən forma verilən bir ifadəsi var.
Sadə bir addım üçün ayaqlarda və arxada olan 54 ayrı əzələ müəyyən bir harmoniya içində fəaliyyət göstərməlidir. Bir gülü tutmaq və ya bir stəkan su içə bilmək 27 sümüyün və bunlara istiqamət verən ideal əzələ və sinir sisteminin köməyi ilə mümkün olur.

Ola bilsin ki, hər bir insan orqanizmin gülmək, danışmaq, gözünü açıb-bağlamaq, yerimək, qaçmaq kimi funksiyalarına vərdiş etsin, lakin bu məlumatları oxuyan insan bir daha düşünməlidir. Bütün əzələləri, sümükləri, hüceyrələri, qısası, orqanizmindəki hər bir detal ondan xəbərsiz şəkildə fəaliyyət göstərir. İnsanın öz orqanizminə yeni bir orqan əlavə etməyə gücü çatmaz. Hətta bu gün müasir texnologiyanın inkişaf etməsinə baxmayaraq insan orqanizmindəki əksər sistemlərin analoqunu yaratmaq da mümkün olmayıb. Buna görə də insan gülümsəyə bildiyi hər bir an üçün orqanizmindəki qüsursuz sistemə, yəni bu sistemi onun üçün yaratmış Uca Allaha borclu olduğunu yaddan çıxarmamalı və bunun üçün şükr etməlidir.

Allah insanı qüsursuz şəkildə yaradıb. Ayələrdə də bildirildiyi kimi, "düzəldib qaydaya (insan şəklinə) saldı". İnsan orqanizmi Allahın intəhasız və böyük gücünü və sonsuz elmini sübut edən dəlillərdən yalnız biridir. Ağlı və vicdanı olan hər bir insan bu açıq həqiqəti görür:
"Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni yaratdı, düzəldib qaydaya saldı. Sənə Özü istədiyi surətdə biçim verdi" ("İnfitar" surəsi, 6-8).



Əzələlərin bükülməsi necə baş verir?

Əzələləri kimyəvi enerjini qüvvəyə və mexaniki fəaliyyətə çevirən bir bioloji mexanizmlər kimi xarakterizə etmək olar.
Hər bir hərəkətimiz üçün enerji lazımdır. Qanın tərkibində olan qlükoza bir mexanizmi hərəkətə gətirən yanacaq kimi həmin enerjini təmin edir. Əsl kimyəvi proses isə qlükozanın karbondioksidə və suya ayrılmasıdır. Bu proses zamanı ortaya çıxan enerji əzələ proteinləri tərəfindən büzülmək məqsədilə istifadə edilir. Bu kimyəvi reaksiya xeyli miqdarda oksigen tələb edir. Halbuki bu oksigen miqdarı elə də asanlıqla əldə edilmir. Əzələlər bu problemi həll etmək üçün qlükozanı oksigenin köməyi olmadan süd turşusuna çevirmək qabiliyyətindən istifadə edirlər. Lazım olan enerji də məhz bu proses zamanı ortaya çıxır.

Əlbəttə ki, əzələlərimizi hərəkətə gətirməyimizin və onları işlətməyimizin bir həddi var. Həmin hədd pozulanda hərəkət əvvəlcə çətinləşir, sonra isə qeyri-mümkün olur. Bunun səbəbi əzələlərin bükülməsindən bir müddət sonra əzələ toxumasında süd turşusunun toplanması, artıq süd turşusunun əzələləri yorması və qıcolmalara gətirib çıxarmasıdır.
Əzələlərdəki süd turşusundan xilas olmaq üçün oksigen lazımdır. Buna görə də hədsiz yorğunluqdan sonra sürətlə nəfəs almağa başlayırıq. Əzələdə yorğunluğa səbəb olan bu maddə qanın daşıdığı oksigenlə təmizlənənə qədər əzələ fəaliyyət göstərə bilməz.

Qolumuzu qaldırmaq istədiyimiz zaman dirsəyimiz bükülür, yediyimiz zaman çənə əzələlərimiz işləyir, sürətlə bir yerə qaçdığımız zaman ayaq əzələlərimiz hərəkətə gəlir, üstəlik yorulanda əzələlərimiz özləri dərhal lazım olan tədbirləri görür.
Bütün bu qeyd olunanlar orqanizmimizdə hər saniyə bizim xəbərimiz olmadan bir çox proseslərin baş verdiyini, üstəlik bunları həyata keçirənlərin də əzələlərimizdəki mikroskopik hüceyrələr olduğunu göstərir.