İnsan möcüzəsi

Damarlara elastiklik verən möcüzəvi molekul: azot oksidi

1998-ci ildə fiziologiya və təbabət sahəsində Nobel mükafatını qazanan üç alim damarda ifraz olunan azot oksid (NO) adlı molekulun yumşaldıcı xüsusiyyətə malik olduğunu kəşf etdi. Damar divarının gərginliyi həmin molekul sayəsində tənzimlənir. Lakin azot oksid bu işi təkbaşına yerinə yetirmir. O, damar divarının yumşaldılmasında bir vasitəçi vəzifəsini icra edir.

Bu zəncirvari prosesin necə həyata keçdiyini daha yaxşı dərk etmək üçün yan tərəfdəki sxemi nəzərdən keçirə bilərsiniz. Damarın yumşalması üçün əsasən qanın tərkibində olan bəzi xəbərdaredici hormonlar hərəkətə gəlir. Bunlar damar divarında olan qəbuledicilərlə (reseptorlarla) əlaqə yaradaraq bu prosesi həyata keçirirlər. Bunu ilk domino daşının yıxılması ilə yerdə qalanların da sonrakılara təsir edərək bir-birinin ardınca yıxılmasına bənzətmək olar. İlk daş hərəkətə gəldikdən, yəni qanın tərkibində olan xəbərötürücü hormon damar divarındakı qəbuledicilərlə əlaqə yaratdıqdan dərhal sonra hüceyrə nə edəcəyini "dərk edir" və azot oksid hazırlamağa başlayır. Hazırlandıqları zaman nə edəcəklərini "bilən" azot oksidin molekullarından bəziləri sürətlə damarın birbaşa əzələ hüceyrələrinə gəlir. Burada hüceyrəyə daxil olaraq GTP adlı enzimlə birləşirlər. Bu, ikinci mərhələdir. Lakin damarın yumşalması üçün sonrakı mərhələyə keçmək lazımdır. Azot oksid GTP ilə birləşdikdən sonra cGMP adlı başqa bir enzim hazırlanmağa başlanır. Əlbəttə ki, hazırlanan bu yeni maddənin də həmin zəncirdə müəyyən bir funksiyası var və bunu həyata keçirmək üçün miogenə gedərək onu hərəkətə gətirir. Miogen əzələ hüceyrələrinin yığılıb-açılması üçün lazım olan bir amildir. Artıq son mərhələ çatmışdır. Miogenin də hərəkətə gəlməsi ilə son daş yıxılır və əzələ hüceyrələri açılır.

İndi isə bütün bu mərhələləri bir daha nəzərdən keçirək. Əgər diqqət etsəniz, bu proseslərdə rol oynayan hormon və hüceyrələr şüurlu şəkildə hərəkət edirlər. Qanın tərkibindəki xəbərötürücü hormonlar damar divarında özlərinə uyğun olan yerə gedərək həmin yerə təsir göstərir və bu prosesi başlayırlar. Bundan sonrakı proseslərdə də həmin şüur göstərilir. Hər bir xəbərdarlıq qaranlıq insan orqanizminin içində yolunu azmadan, hər dəfə doğru istiqamətdə gedərək uğurlu bir nəticə əldə edir.

Bəs hüceyrələrin, hormonların və molekulların bu şüurlu hərəkətləri necə baş verir? Həmin şüur onların özlərinə aid ola bilərmi? Əlbəttə ki, ola bilməz. Lakin bir hüceyrənin nə zaman nə hazırlayacağını ona bildirən, hormonun və ya molekulun düzgün ünvana gedə bilməsi üçün onlara yolu göstərən, ünvanın düzgün olduğunu bildirən, qısası, bütün bunları yönləndirən üstün və fövqəladə bir ağıla və şüura ehtiyac var. Bu sonsuz ağıl isə hüceyrəni, hormonları, molekulları yaradan, necə hərəkət edəcəklərini onlara ilham edən Uca və Qadir Allaha məxsusdur.