İnsan möcüzəsi

Orqanizmimizdəki qoruyucu bakteriyalar

Son illərdə insan orqanizmində fəaliyyət göstərən yeni bakteriyalar kəşf edilib. Dilin arxa tərəfində olan bu bakteriyaların funksiyası mədədəki zərərli mikrobları məhv etməkdir. Lakin bu bakteriyaların məhv edilməsi sizin düşündüyünüz qədər də asan deyil. Burada bakteriyalar yalnız kimyəvi sintez aparan hissəcik rolunu oynayırlar. İşin bir çox başqa tərəfləri də var. Sanki domino oyunu kimi irəliləyən bu sistemdə aradan götürülən yalnız bir daşın yoxluğu da bütün sistemin dayanması üçün kifayətdir. Çünki hər bir hissə domino oyununda olduğu kimi bir-birinə təsir edərək fəaliyyət göstərir. Bakteriyaların fəaliyyətə başlaması üçün zəruri olan sistemi qısaca belə qeyd edə bilərik.
Yaşıl yarpaqlı qidalarda olan nitrat dilin arxa hissəsində oksigen çatmayan yarıqlarda olan bakteriyalar tərəfindən nitritə çevrilir.
Hasil edilən nitrit ağız suyundakı turşu ilə qarşılaşanda isə yenidən formasını dəyişərək mikroblara öldürücü təsir göstərən azot oksid əmələ gətirir.

Bu bakteriyanı kəşf edən Şotlandiya Aberdin fakültəsinin professoru Niqel Bencamin bu bakteriyaları belə təsvir edir:
"Birdən zehnimizdə bir şimşək çaxdı. Nitrit yediyimiz yeməklərlə qarışmaq üçün ağızda xüsusi olaraq hazırlanırdı; qidalarla qarşılaşıb bol miqdarda azot oksid hasil edəcək şəkildə turşulaşır, beləliklə də qidalarımızla birlikdə qəbul etdiyimiz bütün zərərli mikrobları məhv edə bilirdi!" (Elmi texniki jurnal, nöm: 340, səh. 49).

Alimlər bu bakteriyaların mövcudluğunu çox yaxın dövrlərdə kəşf ediblər. Lakin insanın yaradıldığı ilk gündən etibarən nitrit hasil edərək bizi turşulardan qoruyan bakteriyalar var. Allah insanları onların bildiyi və bilmədiyi bir çox cəhətlərdən qoruyur. Bunlara bənzər nümunələr Allahın bizim üzərimizdəki sonsuz şəfqətinin göstəricilərindəndir. Hər bir insanın vəzifəsi isə nemətlərə şükr etməkdir:

"Əgər Allahın nemətini saymağa cəhd etsəniz, onları hətta ümumi olaraq da saya bilməzsiniz. Həqiqətən, Allah bağışlayan və rəhm edəndir" ("Nəhl" surəsi, 18).