İnsan möcüzəsi

Qlükozanı, proteini, natriumu ayıra bilən böyrəklər yaradılışın açıq dəlilidir

İki böyrəyimiz həyatımız boyunca orqanizmimizdə hərəkət edən qanı təmizləyir. Süzgəcdən keçirdiyi maddənin bir hissəsini yenidən orqanizmə qaytarır, yerdə qalan hissəsini isə faydasız olduğu üçün orqanizmdən kənarlaşdırır. Görəsən böyrəklərin proteini, sidik cövhərini, natriumu, qlükoza-nı və başqalarını bir-birindən necə ayırdığını bilirsinizmi?

Böyrəklərdə onlara gələn qanın tərkibindəki maddələri süzən "qlomerula" adlı kapilyarlardan ibarət olan yumaq şəklində bir sistem var. Buradakı kapilyarlar orqanizmi əhatə edən başqa kapilyarlardan üçqatlı sarılması ilə fərqlənir. Beləliklə, bu üç təbəqə böyrəklərdə hansı maddənin süzülüb orqanizmdən kənar ediləcəyini, hansının isə yenidən qana qarışacağını böyük diqqət və dəqiqliklə QƏRARA ALıR. Lakin oxuduğunuz bu cümlədəki mühüm bir detala diqqət edin. Bir hüceyrənin divarı özünə gələn mayenin içindəki bütün maddələri məhz nəyi ölçü meyarı götürərək və məhz hansı mexanizm əsasında yenidən müəyyən edib onların hansı yerə getmələrinin lazım olduğunu qərarlaşdırır? Böyrəyə gələn qanın tərkibində qlükoza, bikarbonat, natrium, xlor, sidik cövhəri və keratin kimi bir çox maddələr var. Böyrək bu maddələrin bəzilərini tam şəkildə, bəzilərinin isə bir hissəsini orqanizmdən kənarlaşdırdığı halda digər bir hissəsini də tamamilə qana göndərir. Bir ət parçası bu maddələrin hansının nə qədər kənarlaşdıracağını necə müəyyən edi bilir? Bu sualın cavabı həmin ət parçasının qüsursuz bir quruluşla yaradılmasıdır.

Qlomerulların seçmək kimi fövqəladə xüsusiyyətləri mayenin tərkibində olan molekulların elektrik yükləri və böyüklükləri ilə bağlı olaraq tənzimlənir. Yəni qlomerullar mayenin tərkibində qarışıq halda olan natriumla qlükozanın molekul ağırlığını hesablama və proteinlərin neqativ elektrik yüklü olduqlarını MÜƏYYƏN EDƏ BİLMƏ qabiliyyətinə malikdir. Beləliklə, orqanizm üçün həyati əhəmiyyətə malik olan proteinlər orqanizmdən kənar edilməyərək yenidən geri qaytarılırlar.

Bəs sizcə, kapilyarlardan ibarət quruluşa malik olan qlomerullar nə kimya, nə fizika, nə də biologiya üzrə təhsil almamalarına baxmayaraq belə bir yüksək qabiliyyəti necə əldə edirlər? Qlomerullar onları yaradan Allahın ilhamı ilə hərəkət etdiklərinə görə belə bir qabiliyyətə malik olub funksiyalarını qüsursuz olaraq yerinə yetirirlər. Süzgəcdən keçirdikləri heç bir maddə təsadüfən seçilmir. Əgər təsadüfən seçilsəydilər, bu şüursuz varlıqlar doğru molekulu tapana qədər orqanizmimzin öz varlığını sağlam bir şəkildə davam etdirməsi mümkün olmazdı.
Lakin bütün bu dəlillərə baxmayaraq darvinistlər təkamül nəzəriyyəsinə elə möhkəm aludəçiliklə bağlıdırlar ki, həqiqətləri görmürlər. Özlərini və başqa insanları hər şeyin təsadüf olduğuna inandıraraq ağıldan, məntiqdən və elmilikdən tamamilə uzaqlaşırlar.

Təmizləmə sistemi hərəkətə gəlir
Böyrəklərdəki mikrosüzgəclərdən dəqiqədə 125 ml maye süzülür və bu maye artıq maddə qismində qan dövranından süzgəcin digər tərəfinə atılır. Bu da gündə 180 litr, başqa sözlə, təxminən dörd avtomobilin yanacaq ehtiyatını ödəyəcək qədər mayenin süzülməsi deməkdir.
60-70 kq ağırlığında olan bir insan orqanizmi gündə 180 litr maye itirilməsinə əlbəttə ki, dözə bilməz. Bundan əlavə, bu mayenin tərkibində zəhərli maddələrlə yanaşı insan orqanizminin ehtiyac duyduğu amin turşuları, vitaminlər və qlükoza kimi olduqca mühüm maddələr də var. Bu maddələrin itirilməsi orqanizmin məhv olması deməkdir. Belə olan halda süzülən mayenin bu vəziyyəti ilə orqanizmdən kənar edilməsi, faydalı maddələrin zərərli maddələrdən ayırd edilərək tutulması və yenidən orqanizmə qaytarılması lazımdır.
Belə ki, mikrosüzgəclərdə süzülən mayenin 99 faizi böyrəklərdəki təmizləmə sistemləri tərəfindən geri sorulur və yenidən qan dövranına qarışır. Eyni zamanda orqanizmin ehtiyac duyduğu maddələr də həmin geri sorulma zamanı bir-bir tutulur və tərkibə qaytarılır. Beləliklə, vitaminlərin, amin turşularının və ya başqa mühüm maddələrin sidik yolu ilə orqanizmdən kənar edilməsinin qarşısı alınır.