İnsan möcüzəsi

Böyrəküstü vəzilərin əhəmiyyəti

Hormonal sistemin ifraz etdiyi ünsürlərdən biri də böyrəküstü vəzilərdir. Böyrəküstü vəzilərdən ifraz olunan ən mühüm hormonlardan biri adrenalindir. Adrenalin hormonunun maraqlı bir funksiyası var. Həmin hormon təcili və təhlükəli hallarla qarşılaşan insan orqanizmində müxtəlif dəyişikliklərin yaranmasına səbəb olur. Bununla bağlı belə bir misal verə bilərik.

Bir təhlükə ilə üzləşən (məsələn, bir vəhşi heyvanın hücumuna məruz qalan) bir insanı təsəvvür edək. Bir qədər sonrakı saniyələrdə həmin insanın orqanizminin normal şəraitə görə müxtəlif ehtiyacları yaranacaq. Sürətlə qaçmalı, əzələlərinin daha sürətlə fəaliyyət göstərməsini təmin etməli, qan təzyiqi artmalı, ürəyi daha sürətlə döyünməlidir. Bunun nəticəsində daha sürətlə qaça biləcək, daha sürətlə hərəkət edə biləcək və ya təhlükə ilə daha qüvvətli bir şəkildə mübarizə aparacaq. Bəs bütün bunlar necə baş verəcək?

Təhlükənin ortaya çıxması ilə birlikdə orqanizmdə olan həyəcan siqnalı düyməsindən istifadə edilir. Beyin böyrəküstü vəzilərə çox sürətli bir əmr göndərir. Böyrəküstü vəzidə olan hüceyrələr hazır vəziyyətə gətirilir və təcili olaraq adrenalin adlı bir hormon ifraz edirlər. Adrenalin molekulları qanın tərkibinə keçir və orqanizmin müxtəlif yerlərinə paylanılır.
Adrenalin hormonunun bir məqsədi var. Bu məqsəd də bütün orqanizmi vahid şəkildə təhlükədən qorunmaq üçün hazır vəziyyətə gətirmək və insanın daha qüvvətli, daha möhkəm və daha sürətli olmasını təmin etməkdir.

İfraz olunan adrenalin mollekulları damarlarda xüsusi bir tənzimləmə aparırlar. Adrenalin molekulları təxirəsalınmaz hallarda mühüm orqanlara daha çox qanın getməsinə kömək edir. Buna görə də ürəyə, beyinə və əzələlərə gedən qan damarlarının ətrafında olan hüceyrələr adrenalinə tabe olur və damarları genişləndirir. Beləliklə, həyati əhəmiyyətli orqanlara daha qan getmiş olur.

Adrenalin molekulları ehtiyac duyulmayan orqanlara gedən damarları da daraldırlar. Bunun nəticəsində həmin orqanlara daha az qan gedir.
Adrenalin molekullarının təsiri ürəyə, beyinə və əzələlərə gedən damarları genişləndirdiyi halda qaraciyərə və dəriyə gedən damarları daraldır. Beləliklə, orqanizmin ehtiyac duyduğu təcili dəstək təmin edilir. Adrenalin molekulları heç vaxt yanlış olaraq ürəyə və beyinə gedən damarları daral-dıb qaraciyərə və dəriyə gedən damarları genişləndirmir. Adrenalin molekulu nə edəcəyini çox yaxşı bilir. Damar hüceyrələri də adrenalinə lazımi şəkildə tabe olurlar. Orqanizmimizdə olan yüzlərlə damarın diametri və hara, nə qədər qan ötürməsi məsələsi gözlə görünməyən bir hormonun ağlı tərəfindən müəyyənləşdirilir.

Dəriyə vurulan qanın az olmasının başqa bir hikməti də var. Bu zaman dəridə hər hansı bir zədələnmə olanda qan itirilməsinin qarşısı alınmış olur. Hədsiz həyəcan yarandığı zaman dəridə müşahidə edilən solğunlaşmanın səbəbi də həmin anda dəriyə az qan vurulmasıdır.
Adrenalin molekulları hər bir orqan üçün ayrı məna daşıyır.
Damara getdiyi zaman damarı genişləndirən adrenalin molekulu ürəyə gedəndə də ürək əzələlərinin yığılmasını sürətləndirir. Beləliklə, ürək daha sürətlə döyünür və əzələlərə təcili qüvvə üçün ehtiyac duyulan qan verilir.
Adrenalin molekulu əzələ hüceyrələrinə çatanda əzələlərin daha sürətli şəkildə yığılmasına səbəb olur.

Qaraciyərə çatan adrenalin molekulları buradakı hüceyrələrə qana daha çox şəkər qarışdırmağı əmr edir. Beləliklə, qanın tərkibindəki şəkərin miqdarı artır və əzələlərin ehtiyacı olan təcili maddə verilir.
Bütün bu xüsusi tədqiqatlar nəticəsində metabolizma 100 faiz nisbətində qüvvə artımını təmin edir. Adrenalinin orqanizmdə etdiyi dəyişikliklər sayəsində insan daha sürətlə düşünür və qərar qəbul edir, daha böyük qüvvə ilə mübarizə aparır, daha sürətlə qaçır və daha dözümlü olur.

Adrenalin molekulları təhlükəli hallarda hər bir insanın orqanizmində hansı dəyişikliklərə ehtiyacın olduğunu yaxşı bilirlər. Bundan əlavə, bu molekullar bütün orqanizmi vahid şəkildə təhlükəyə hazırlayırlar.
Adrenalin hormonu çatdırılan hər bir toxuma və orqan vahid bir məqsəddən ötrü fəaliyyət göstərməyə başlayır. Heç bir orqan vahid məqsəddən kənar və ya əksinə hərəkət etmir.

Qeyri-adi və təcili hallarda insan orqanizminin göstərməli olduğu müqavimət və görüləcək tədbirlər də insan orqanizminə insanın şüur və nəzarətindən kənar şəkildə yerləşdirilib. Adrenalin hormonu və onun orqanizmə göstərdiyi təsir də bu sistemlərin bir-birinə uyğun və xüsusi şəkildə yaradıldığını bir daha sübut edir.