İnsan möcüzəsi

Öz qanınızı təmizləyən bir cihaz planlaşdıra bilərsinizmi?

Nəfəs borusundan keçən oksigen nəfəs borusundan iki hissəyə ayrılan bronxlardan keçərək ağciyərlərə çatır. Döş qəfəsində biri sağa, digəri sola yerləşdirilmiş iki ağciyər var. Ağciyər ən mühüm orqanlardan biridir. O, orqanizmdəki digər orqanlarla olan əlaqələri ilə yanaşı öz daxilində də olduqca mürəkkəb bir quruluşa malikdir.
Ağciyərin quruluşunun incəliklərindən bəhs etməzdən əvvəl belə bir quruluşun necə hazırlan-ması üzərində birlikdə düşünək.

Bir layihənin ilkin mərhələsi müəyyən bir plan yaratmaqdır. Bundan sonra həmin plana əsasən müəyyən hissələr birləşdirilir. Ətrafınıza baxdığınız zaman bir çox layihə məhsulu görərsiniz. Bir tabloda layihə var, hal-hazırda əlinizdə saxladığınız bu kitabın üz hissəsində, içindəki səhifənin nizamında, kitabın içində bəhs edilən mövzunun əhatəli olmasında da bir layihə var. Bu kitabı təşkil edən vərəqlər də, geyindiyiniz geyimlər də, üzərində oturduğunuz kreslo da müəyyən bir layihənin nəticəsidir. Kitabın bu hissəsinə qədər dəlilləri ilə gördüyünüz kimi, insan orqanizmində də xüsusi bir layihə var.

İndi isə təsəvvür edək ki, sizdən insan orqanizmi ilə bağlı bir layihə hazırlamaq tələb olunur.
Siz "qanın tərkibində olan karbondioksidi təmizləməli və əvəzinə oksigen verməli olan cihaz" hazırlamalısınız. Lakin bu cihaz insan orqanizminə yerləşdirilə biləcək boyda olmalıdır.
Belə bir cihazı hazırlamaq üçün xüsusilə qan və oksigen haqqında minlərlə müfəssəl məlumata malik olmalısınız. Qanda oksigenin necə daşınması, oksigen daşıyan proteinlərin molekulyar quruluşları, oksigenin atomik xüsusiyyətləri kimi bir çox təfsilatları bilməlisiniz. Bu məlumatlara malik olma-dan sizdən istənilən cihazı layihələşdirmək bir sözlə ifadə etsək, mümkün deyil.

Qan və oksigen haqqında müfəssəl bir tədqiqat aparsanız, bu nəticəyə gələrsiniz: qandakı karbondioksidin havadakı oksigenlə yerdəyişməsi üçün qan mayesi və hava mümkün qədər geniş sahədə bir-biri ilə birbaşa və gerçək bir təmasda olmalıdır. Ehtiyac duyulan sahə təxminən 100 kvadrat-metr ölçüdə olmalıdır. Yəni elə bir cihaz planlaşdırmaq məcburiyyətindəsiniz ki, bu cihaz qanla havanı 100 kvadratmetr sahədə bir-biri ilə qovuşdursun. Lakin bu cihaz eyni zamanda bir insanın orqanizminə yerləşəcək formada kiçik həcmli olmalıdır. Şübhəsiz ki, belə bir cihaz hazırlamaq insandan üstün ağıl və bilik tələb edir.

Yer üzünün ən tanınmış layihəçiləri, mütəxəssisləri, mühəndisləri və konstrukturları ilə birləşərək planlar hazırlaya, yer üzünün ən inkişaf etmiş texnologiyalarından istifadə etməklə planlaşdırdığınız cihazı hazırlamağa çalışa bilərsiniz. Lakin nə qədər çalışsanız da bu iş üçün öz ağciyəriniz qədər ideal quruluşa malik olan bir cihaz hazırlaya bilməzsiniz.
Bu yerdə ağlımıza belə bir sual gələcək: ağciyərlərdə necə bir texnologiya və layihə var ki, 100 kvadratmetrlik bir sahə insanın döş qəfəsinin içinə yerləşdirilib və qablaşdırılıb? Ağciyərin möcüzəvi xüsusiyyətlərini daha yaxından nəzərdən keçirmək bu suala cavab almağa kifayət edəcək.