İnsan möcüzəsi

Qadınla kişi arasındakı fərqi yaradan vəzilər

İnsan yetkinlik yaşına çatanda hipofiz vəzi orqanizmdə bəzi dəyişikliklərin olmasını bilir və cinsiyyət vəzilərinə bəzi məlumatları göndərir. Cinsiyyət vəziləri bu əmrlərə əsasən hərəkətə gəlir. Qadın cinsiyyət vəzilərində ifraz olunan bir hormon (ostrogen) qadın orqanizmini yetkinləşmiş hala gətirib cinsiyyət orqanlarını və orqanizminin quruluşunu tənzimlədiyi halda başqa bir hormon da (progesteron) qadını hamiləliyə hazırlayır.

Kişi cinsiyyət vəzilərindən ifraz olunan başqa bir hormon (testesteron) isə kişilərə məxsus or-qanizm quruluşunun yaranmasını və cinsi inkişafını tənzimləyir.
Hər iki orqanizmin hipofiz və ya tiroid vəzilərində hazırlanan hormonlar bir-biri ilə demək olar ki, eyni xüsusiyyətlərə malikdir. Lakin cinsiyyət vəziləri yetkinlik yaşı gəldiyi zaman bir-birindən ta-mamilə fərqli hormonlar hazırlayırlar. Hətta uşaqlıq dövründə də orqanizmdə olan, lakin ifraz edil-məyən cinsiyyət hormonlarının orqanizm inkişaf edəndə hərəkətə gəlməsi də müəyyən bir nizam və vaxta uyğun gəlir. Bu hadisə necə baş verir?

Orqanizmimizdəki bir molekul ötüb keçən müddəti, yəni tarixi hesablayır və müəyyən olun-muş bir tarixdə hərəkətə gəlir. Bir maddənin vaxtı hesablaması və üstəlik bütün insanlarda eyni vaxt-da hərəkətə gəlməsi insanı heyrətləndirən bir hadisədir. Məgər bir hormonun vaxtı bilməsi mümkün-dürmü? Belə bir şey əlbəttə ki, mümkün deyil. Hormonları müəyyən vaxtlarda hərəkətə gətirən qüv-və onları yaradan Uca Allahdır. Onların nə vaxt ifraz olunub nə vaxt dayanacaqlarını müəyyən edən də hər şeyi yaradan Qadir Allahdır. Allah hər cür yaratmağı biləndir.