İnsan möcüzəsi

Hər danışığınızın möcüzəli bir sistem sayəsində baş verdiyini heç düşünmüsünüzmü?

Danışmaq istədiyiniz zaman beyninizdən gələn bir qrup əmr səs tellərinizə, dilinizə və oradan da çənə əzələlərinizə gedir. Beyinin nitq mərkəzlərini əhatə edən nahiyə danışıq prosesində rol oyna-yacaq bütün əzələlərinizə lazım olan əmrləri göndərir.

İlk öncə ağciyərləriniz "isti hava"nı təmin edir. İsti hava danışığın xammalıdır. Hava burnunuzdan daxil olur, burun boşluğu, boğaz, nəfəs borusundan sonra bronxlara, oradan da ağciyərlərə keçir. Havadakı oksigen ağciyərlərinizdə qana qarışır. Bu zaman karbondioksid də kənarlaşdırılır.
Ciyərlərinizdən geri qayıdan hava boğazınızdan keçərkən səs telləri adlanan iki toxuma qıvrımı arasından keçir. Bu tellər bir növ pərdəyə bənzəyir və bağlı olduqları kiçik qığırdaqların təsirinə görə hərəkət edirlər. Siz danışmazdan əvvəl səs telləriniz açıq vəziyyətdədir. Danışdığınız zaman tellər birləşdirilir və nəfəs verdiyiniz zaman çıxan hava ilə titrəşdirilir.

Ağız və burun quruluşunuz səsinizə özünəməxsus xüsusiyyətlər verir. Siz sözləri bir-birinin ar-dınca sıraladığınız zaman diliniz damağınıza müəyyən qədər yaxınlaşıb-uzaqlaşır, dodaqlarınız da büzülüb-yayılır. Bu proseslərdə bir çox əzələniz böyük sürətlə hərəkət edir.
Danışa bilməyiniz üçün bu proseslərin hər birinin qüsursuz surətdə gerçəkləşməsi lazımdır. Bu qeyri-adi proseslər ağlasığmaz sürətlə və qüsursuz şəkildə baş verərkən sizin bunlardan heç xəbəriniz də olmur.

Bu kompleks sistem təkamül nəzəriyyəsi tərəfdarlarının izah edə bilmədiyi və izah edə bilməyəcəyi misilsiz layihə və planlaşma nümunələrindən biridir. Bu sistemin ortaya çıxması təkamülün "təsadüfi inkişaf" iddiası ilə əsla izah edilə bilməz. Əksinə, bu sistem orqanizmimizin üstün qüdrət sahibi bir Yaradan, yəni Uca və Qadir Allah tərəfindən yaradıldığını və bizə bir nemət olaraq verildiyini bir daha ortaya qoyur.

Ağlınıza gələn fikir və düşüncələri Uca Allahın sizin üçün yaratdığı bu qüsursuz sistem sayəsində dilə gətirə bildiyinizi əsla unutmayın. Allahın ucalığını, böyüklüyünü dərk edərək bu nemətdən xeyirli şəkildə istifadə edin.