İnsan möcüzəsi

Darvinizmi ifşa edən hormonlar

Sizin xəbəriniz olmadığı halda orqanizminizdə hər an, hər saniyə minlərlə əmr daşınır və bu əmrlər sizin həyatınızı ən uyğun vəziyyətə gətirib asanlaşdırır.
Məsələn, həyəcanlandığınız və ya qorxduğunuz zaman sinir hüceyrələriniz dərhal siqnal sistemindən istifadə edir və yolunu azmadan, özünü itirmədən, böyük sürətlə hədəfə çataraq böyrəküstü vəzilərinizi hərəkətə gətirir. Məlumatı alan böyrəküstü vəzilər dərhal adrenalin hormonu ifraz edir. Adrenalin hormonu isə qanın tərkibinə keçərək demək olar ki, bütün orqanizminizi həyəcan siqnalı qarşısında tam hazırlıq vəziyyətinə gətirir. Həzm orqanlarının hərəkətlərinin qarşısını alır və həzm prosesini dayandırır. Beləliklə, həzm prosesində iştirak etməyən mühüm miqdarda qan əzələləri qidalandıraraq öz funksiyasını itirmiş olur. Eyni zamanda ürəyin ritmi də sürətlənir, qan təzyiqi artır. Ağciyərin bronxları genişlənib oksigenin gəlməsini və qanın oksigenlə qidalanmasını sürətləndirir. Qanın tərkibindəki şəkərin miqdarı artır. Bu da əzələlərə artıq miqdarda enerji vermiş olur. Nəhayət, göz bəbəkləri genişlənir və gözlərin işıq şüalarına qarşı həssaslığı artır. Bütün bu təsirlər bir yerə toplandığı zaman bir insan istər qaçmaq, istər müdafiə olunmaq, istərsə də hücum vəziyyətinə keçməklə hər bir halda böyük cəldlik nümayiş etdirir.

Sinir hüceyrələri cansız və şüursuz atomlardan təşkil olunmuş varlıqlardır. Lakin bu atomlar orqanizmin ehtiyac duyduğu halları dərhal bilərək orqanizmin lazımi yerlərinə təcili surətdə məlumat göndərirlər. Məlumatı alan həmin nahiyə (əza) də eynilə bu cansız atomların birləşməsindən əmələ gəlib. Buna baxmayaraq onlar özlərinə gələn məlumatı anlayaraq işə başlayır və dərhal lazımi hormonu hazırlayır. Bu hormon isə olduqca şüurlu bir şəkildə və özünün yaranma məqsədini bilərək bütün orqanizmi dolaşır və lazımi orqanları fövqəladə hazırlıq vəziyyətinə gətirir.

Bu qədər şüurlu, planlaşdırılmış, təşkil olunmuş və məqsədəuyğun bir sistemin təsadüfən əmələ gəldiyini düşünmək əslində ağıldan, məntiqdən və sağlam şüurdan üz çevirmək deməkdir. Darvinistlər bütün bu sistemlərin və orqanların təsadüfi şəkildə yarandığını iddia etməklə özlərini hətta uşaqların da ələ salıb güləcəyi, məsxərəyə qoyacağı bir vəziyyətə salırlar.
Malkolm Muggeridge təkamülçü və ateist bir filosof olmasına baxmayaraq darvinizmin düşdüyü həmin acınacaqlı və həm də gülməli vəziyyəti belə təsvir edərək aşağıdakıları etiraf edir:

"Mən özüm bir daha inandım ki, təkamül nəzəriyyəsi xüsusən də onun tətbiq olunduğu sahələrdə gələcəyin tarix kitablarındakı ən böyük zarafat mənbəyi olacaq. Gələcək nəsil bu qədər məntiqsiz və qeyri-dəqiq müddəanın inanılmaz doğruluqla qəbul edilməsini heyrətlə qarşılayacaq" (Malkolm Muggeridge, "The End of Christendom", Grand Rapids: Eerdmans, 1980, s.43).