İnsan möcüzəsi

Dilin həzm prosesindəki rolu

Mexaniki üyütmədə dilin də mühüm rolu var. Çox həssas bir dadbilmə xüsusiyyətinə malik olan dil eyni zamanda qidaların ağızda yuvarlanaraq boğazdan keçməsini asanlaşdırır.
Dilin üst səthində və ətraflarında olan dörd müxtəlif dada - acıya, şirinə, duzluya və turşuya qarşı həssas olan 10 minə yaxın olan dadbilmə nöqtəsi var. Məhz bu dadbilmə nöqtələri hər gün yediyimiz onlarla müxtəlif qidanın dadını da asanlıqla ayıra bilir. Belə ki, dil əvvəl bilmədiyi bir qidanın dadını da asanlıqla ayırır. Bunun sayəsində heç bir zaman qarpızın dadını qreypfrutun (subtropik meyvə) dadı kimi turş qəbul etmir və ya torta duzlu demirik. Bundan əlavə, reseptorlar milyardlarla insanda eyni qidada eyni dadı qəbul edir. Şirin, duzlu, turş kimi ifadələr hər bir insan üçün eynidir. Bəzi alimlər dilin belə bir qabiliyyətə malik olmasını "qeyri-adi kimyəvi texnologiya" adlandırırlar.

Bəs dilin üzərində daha az reseptor olsaydı, nə olardı?
O zaman yediyimiz yeməklərin heç birinin dadını bilməzdik. Nə şirniyyatın, nə qızartmaların, nə çörəyin, nə də başqa yeməklərin dadını bilməzdik. Bütün yeməklərdən eyni dadı alardıq. Yemək yemək zövqverici bir nemətdən daha çox gündəlik həyata keçirməyə məcbur olduğumuz əziyyətli bir iş olardı. Lakin bu, belə olmur və biz dildəki xüsusi reseptorlar vasitəsilə bütün yeməklərin dadını ayıra bilirik. Bunun da nəticəsində böyük zövqlə yemək yeyirik