İnsan möcüzəsi

Böyrəklərin həssas funksiyaları

Böyrəklərin başqa funksiyalarını nəzərdən keçirməzdən əvvəl daxilimizdə olan su dünyasına nəzər salmağımız faydalı olardı. İnsan orqanizminin bərk görünüşü əslində orqanizmin daxilindəki su dünyasına əsaslanır. Ümumi kütləmizin 60 faizini təşkil edən suyun yarıdan çoxu hüceyrələrin içindədir. Yerdə qalan hissəsi isə orqanizmimizin başqa hüceyrələrinin payına düşür.

Hüceyrələri əhatə edən su müəyyən sıxlıqda olmalıdır. Əks təqdirdə çox təhlükəli nəticələr yarana bilər. Hüceyrələri əhatə edən suyun əhəmiyyətini bu nümunə ilə vurğulaya bilərik. Əgər bir qan damcısındakı hüceyrələri bulaq suyuna qoysaq, həmin hüceyrələrin şişdiklərini və partladıqlarını görərik. Əgər kran suyundan da sıx bir mayenin içinə qoysaq, bu dəfə də hüceyrələrin burulduğunu görərik.
İlk sınaqda bulaq suyu daha sıx hüceyrənin içinə hücum edəcək. İkinci sınaqda hüceyrə içindəki su daha sıx bir şəraitə çıxacaq. Orqanizmdəki hüceyrələrdə baş verən belə proseslər sonu ölüm olan nəticələr yarada bilər. Buna görə də orqanizm daxilindəki mayenin tamamilə lazımi sıxlıqda ol-ması əsas şərtdir.

Böyrəklərin yaradılışında sözügedən tarazlığı qoruyan xüsusi sistemlər var. Böyrəklər qanı süzüb təmizləməklə yanaşı eyni zamanda daxilimizdə olan və dəniz kimi xarakterizə edilə biləcək suyun sıxlığını da tənzimləyən bir cüt möcüzəvi orqandır. Bu orqan toxumalarınızda olan mayenin miqdarını və bu mayenin sıxlığını bilir və buna uyğun olaraq da orqanizminizdə lazımi tənzimləmələri həyata keçirir.
Toxumalardakı su nisbəti gündəlik həyatda insanın ağlına belə gəlməyəcək bir mövzudur. Lakin sizin xəbəriniz olmadan böyrəklər bu su nisbətini sizin üçün tənzimləyir və eynilə sizin üçün funksiya daşıyan yüzlərlə müxtəlif sistem və trilyonlarla hüceyrəniz kimi fasiləsiz olaraq fəaliyyət göstərirlər.

Böyrəklər orqanizmdəki mayenin miqdarını necə tənzimləyir?
Bu sualın cavabı araşdırılanda Allahın yaratmasında olan bənzərsizlik bir daha ortaya çıxır. Orqanizmdəki tarazlıqların qorunması üçün insan orqanizmində bitişik halda olan və qüsursuz planlaşdırılmış bir sistem fəaliyyət göstərir.
Əgər tərləməklə və ya bir müddət su içməməklə bir qədər su itkisi versək, qanın tərkibindəki suyun sıxlığı aşağı düşər. Qan beyində dolaşanda hipotalamus adlanan nahiyədəki xüsusi qəbuledicilər hərəkətə gəlir və hormonal sistemin başçısı olan "hipofiz vəzisi"nə bir siqnal göndərir. Siqnalı alan və orqanizmdəki suyun azaldığını bilən "başçı" böyrəklərə xüsusi bir mesaj (antidiuretik hormon-ADH) göndərir. Bu siqnal borucuqlardakı hüceyrələrə "orqanizmdə su qıtlığı var, artıq suyu geri çəkin" əmrini verir. Borucuqlar sidikdən daha artıq su soraraq qana qarışdırır və orqanizmdə olan böhran bu şəkildə aradan qaldırılmış olur.

Əgər lazım olandan artıq miqdarda su içmişiksə, bu dəfə yenə də həmin əmrlər zənciri içində bir əlaqə yaranır. Lakin bu dəfə borucuqlardakı hüceyrələrə "orqanizmdə artıq su var, lazımsız yerə su çəkməyin" əmri çatır.
Beynin altında yerləşmiş hipofiz vəzisini təşkil edən hüceyrələrin yerinə yetirdiyi işi bir daha nəzərdən keçirək. Buradakı hüceyrələr özlərindən çox uzaqda olan böyrək hüceyrələrinə xüsusi bir siqnal göndərirlər. Böyrək hüceyrələri də onlara gələn əmrlərə qeyri-şərtsiz tabe olurlar. Bundan son-ra böyrək hüceyrələri sidiyin tərkibindən su molekullarını bir-bir seçir və bu qarışıq mayenin içindən təmiz su əldə edərək orqanizmə ötürürlər. Beyin hüceyrələri ilə böyrək hüceyrələri arasında müəyyən bir əlaqənin olması, böyrək hüceyrələrinin sidik mayesini təmizləyərək içindən təmiz su əldə etməsi şübhəsiz ki, böyük bir ağlın göstəricisidir. Təkcə bu sistemin varlığı yer üzündəki bütün canlıların varlığını bəsit təsadüflərlə izah etməyə çalışan təkamül nəzəriyyəsini kökündən dağıdıb alt-üst etmək üçün kifayətdir. Çünki ekskretor sisteminin fəaliyyət göstərməsi üçün bir-birindən ayrı olan bir çox hissələr eyni anda mövcud olmalı və bunların hər biri bir-biri ilə qüsursuz harmoniya və bağlılıq şəraitində fəaliyyət göstərməlidir.

Məsələn, haqqında bəhs edilən sistemdə hipofiz vəzisindən böyrəklərə əmr daşıyan "antidiu-retik hormon" çatışmazlığı zamanı çox ciddi xəstəliklər ortaya çıxır. Bu xəstəlik zamanı gündəlik sidik hazırlanması 1,5 litr olmalı ikən 25-30 litrə çıxır və ölümcül nəticələr doğurur.