İnsan möcüzəsi

Qanın həyati əhəmiyyətli funksiyaları və misilsiz xüsusiyyətləri

1. Nəqletməyə cavabdehlik

Orqanizmimizin ehtiyac duyduğu hər bir maddə lazımi orqanlara qan vasitəsilə daşınır. Qlü-koza, amin turşusu, vitamin, minerallar kimi qidalar və ən əhəmiyyətlisi olan oksigen bunlardan bəzi-ləridir. Bundan əlavə, qan hüceyrə tullantılarını toplayan bir zibil qutusu kimidir. Orqanizmdə olan təxminən 100 trilyon hüceyrənin hər birinin gündəlik həyata keçirdiyi proseslər nəticəsində bəzi tul-lantılar ortaya çıxır. Orqanizm üçün zərərli olan karbondioksid və sidik cövhəri kimi bu tullantı mad-dələrinin hüceyrələrdən kənarlaşdırılaraq orqanizmdən xaric edilməsi də qan vasitəsilə həyata keçiri-lir. Qan artıq maddələri böyrəklərə daşıyır və bu maddələr böyrəklərdə təmizlənir. Hüceyrələrdə ya-ranan zəhərli karbondioksid qazı da qan tərəfindən ağciyərlərə daşınır və burada orqanizmdən xaric edilir.

Bütün bu prosesləri isə şüursuz qan hüceyrələri həyata keçirir. Lakin bu hüceyrələr qanda da-şınan tullantı maddələrini və faydalı maddələri bir-birindən olduqca şüurlu və planlı bir şəkildə ayır-mağı bacarır, hansının hara çatdırılacağını çox yaxşı bilirlər. Məsələn, onlar zəhərli qazları böyrəklərə və ya tullantı maddələrini ağciyərlərə heç vaxt daşımazlar. Həmçinin qidaya ehtiyacı olan bir orqana tullantı maddələrini daşımazlar. Şübhəsiz ki, belə bir səhv həmin insanın ölümünə səbəb ola biləcək şəkildə ciddi bir xəta olardı. Qan hüceyrələrinin öz funksiyalarını heç bir çaşqınlıq, axsama və səhv olmadan, heç nəyi qarışdırmadan olduqca şüurlu bir şəkildə yerinə yetirməsi onlara nəzarət edən, tənzimləyən, təşkil edən bir ağıl və şüurun da varlığını göstərir. Bu, insanın özü deyil və ola da bil-məz. Çünki insan bütün bu proseslərin heç birindən xəbərdar olmadan ömür sürür. Lakin buna bax-mayaraq qan dövranı yenə də əvvəlki kimi qüsursuz şəkildə işləməkdə davam edir.
Qan hüceyrələrinin ayırma, seçmə və qərar vermə kimi qabiliyyətləri təsadüfən əldə etdikləri, bunları öz istəkləri ilə həyata keçirdikləri fikrini irəli sürmək isə ən məntiqsiz və ağıldankənar iddia-lardan biri olacaq. Aşkar bir həqiqətdir ki, bütün bu xüsusiyyətləri verən və qüsursuz bir sistem yara-dan qüvvə üstün qüdrət sahibi olan Allahdır.



Darvinizmin nə qədər mənasız və cəfəng olmasını görmək üçün yalnız bir nümunə kifayətdir!

Darvinizm təsadüfən meydana gələn milyonlarla hadisənin cansız maddələri canlandırması və qüsursuz şəkildə fəaliyyət göstərən mükəmməl quruluşlu varlıqları əmələ gətirməsi fikrini irəli sürən olduqca məntiqsiz bir iddiadır. Darvinizmin nə qədər böyük cəfəngiyyat, nə qədər mənasız bir məsə-lə olduğunu görmək üçün yalnız bu nümunəni oxumağınız kifayətdir.
Qanda daşıyıcı proteinlərdən biri olan albumin xolesterol kimi yağları, hormonları, zəhərli öd kisəsi maddəsini və pensilin kimi dərmanları özünə bağlayır. Daha sonra isə qanla birlikdə orqanizm-də gəzərək topladığı zəhərləri qaraciyərdə zərərsizləşdirib buraxır, qida maddələrini və hormonları isə lazımi yerlərə daşıyır.
İndi isə bir düşünün və özünüzə bu sualları verin:
- Albumin kimi atomlardan təşkil olunmuş, heç bir biliyi, şüuru olmayan bir molekul yağları, zəhərləri, dərmanları və qida maddələrini bir-birindən necə seçib ayırır?
- Bundan əlavə, necə olur ki, qaraciyəri, öd kisəsini, mədəni tanıyıb daşıdığı maddələri çaş-madan, yanılmadan, heç bir səhv etmədən hər dəfə doğru yerə və tələbata uyğun şəkildə çatdıra bilir?
Əgər tibb təhsili almamısınızsa, hətta siz də qanda daşınan zəhərli maddələri, dərman və qida maddələrini mikroskopla görsəniz, onları bir-birindən ayıra bilməzsiniz. Hansı maddənin hansı orqa-na nə qədər verilməsinin lazım olduğunu isə qətiyyən müəyyən edə bilməzsiniz.
Əksər insanların təhsil almadan bilməyəcəyi bu məlumatları bir çox şüursuz atomların birləş-məsindən əmələ gələn albumin molekulu bilir və bütün insanlarda milyonlarla ildir ki, öz funksiyala-rını qüsursuz şəkildə yerinə yetirir. Şübhəsiz ki, "atom birləşməsinin" belə bir şüuru nümayiş etdirə bilməsi Allahın sonsuz qüdrəti və elmi sayəsində baş verir.



2. Əsgərlərin daşınması
Qanın başqa bir funksiyası da xəstəliklərə qarşı mübarizə aparan müdafiə sistemi hüceyrələrini daşımaqdır. Orqanizmə daxil olan virus, bakteriya kimi yad maddələr qanda olan anticism və leyko-sit adlandırılan müdafiəçilər tərəfindən zərərsizləşdirilir. Həmçinin müdafiə sistemi hüceyrələri qan çayı sayəsində dairəvi şəkildə gəzir və bunun sayəsində bütün orqanizmə nəzarət edirlər. Buna görə də orqanizmə daxil olan yad maddə dairəvi hərəkət edən bu müdafiə hüceyrələrindən biri tərəfindən dərhal müəyyən edilə bilir (Orqanizmdəki müdafiə üçün bax: Harun Yəhya, "Müdafiə sistemi möcü-zəsi", Vural nəşriyyatı).

3. Xəbərləşmə
Qan eyni zamanda orqanizmin xəbərləşmə (informasiya mübadiləsi) yollarından birini də təş-kil edir. İnsan orqanizmindəki hüceyrələr arasında çox üstün bir xəbərləşmə sistemi var. Hüceyrələr hər biri sanki şüurlu insan kimi bir-biri ilə informasiya mübadiləsi yaradır. Hüceyrələrin bir-birinə göndərdiyi xəbərlər (hormonlar) qan tərəfindən daşınır (Müfəssəl məlumat üçün bax: "Orqanizmi-mizdəki möhtəşəm xəbərləşmə: hormonal sistem bölümü").

4. Yaraların örtülməsi
Qan mayesinin ən möcüzəvi xüsusiyyətlərindən biri də onun laxtalanma mexanizmidir. Zədə-lənmiş damarda meydana gələ biləcək qan itkisi laxtalanma sayəsində ən aşağı səviyyəyə endirilmiş olur. Laxtalanma mexanizmində qanda olan onlarla protein, enzim və vitamin bir nizam içində funk-siya daşıyır. Laxtalanma mexanizmi bu xüsusiyyətinə görə alimlər tərəfindən qüsursuz bir planlanma və layihə nümunəsi kimi göstərilir.

5. Orqanizmdəki tarazlıqların tənzimlənməsi
Qanın daşıdığı həyati əhəmiyyətli yük bağlamalarından biri də istilikdir. Qanla dolu olan da-marlar eynilə bir binanın isti su daşıyan qızdırıcı boruları kimi istiliyi bütün orqanizmə yayır. Lakin is-tiliyin mənbəyi qızdırıcı borularda olduğu kimi yalnız bir istilik qazanı deyil, orqanizmdə olan bütün hüceyrələrdir. Hüceyrələrin yaratdığı istilik qanın sayəsində bütün orqanizmə bərabər şəkildə payla-nır.
Əgər orqanizmimizin istilik paylama sistemi olmasaydı, olduqca böyük çətinliklərlə üzləşər-dik. Əzələ qüvvəsi ilə yerinə yetirdiyimiz bir iş nəticəsində, məsələn, qaçdığımız zaman ayaqlarımız və ya yük qaldırdığımız zaman qollarımız hədsiz dərəcədə isinər, bədənimizin başqa nahiyələri isə soyuq qalardı. Bu nizamsız quruluş metabolizmamıza böyük zərər verərdi. Beləliklə, bu səbəbdən is-tiliyin orqanizmimizə bərabər şəkildə paylanması son dərəcə əhəmiyyətlidir.

Eyni zamanda orqanizmimizdə yüksələn istiliyin aşağı salınması üçün də tərləmə mexanizmi ilə birlikdə qan hərəkətə gəlir. Dəri altında olan qan damarları genişlənir və beləliklə, qanın daşıdığı istiliyi havaya buraxması asanlaşdırılmış olur. Buna görə də ağır fiziki işlər gördüyümüz zaman da-marların genişlənməsi nəticəsində üzümüz qızarır. Qan orqanizmimizin hərarətinin qorunub saxlan-masında da böyük rol oynayır. Biz üşüyəndə bədənimizin rəngi ağarır. Çünki dərimizin altında olan qan damarları havanın soyuqluğuna görə daralır. Bədənimizin havaya yaxın olan nahiyələrində qan bu şəkildə azaldılır və orqanizmdəki soyuma minimuma endirilir.