İnsan möcüzəsi

Çeşidləmə girişi

Yeməyi ağzınıza almaqla birlikdə həzm sistemi də fəaliyyətə başlayır. Ağıza götürülən qidalar dişlər tərəfindən parçalanır və üyüdülür.
Dişlər bu proses üçün xüsusi olaraq yaradılıb. Diş tanıdığımız ən sərt üzvi maddə olan mina qatı ilə örtülüb və eyni zamanda da kimyəvi maddələrə qarşı çox dözümlüdür.
Hər bir diş öz funksiyasına uyğun formaya malikdir. Məsələn, kəsici dişlər adlanan ön dişlər itidir, qidanı kəsib qoparır. Köpək dişləri sivri formadadır, qidanı yırtıb-parçalayır. Azı dişlər isə qidanı üyüdə biləcək formada layihələndirilərək yaradılıb. Əgər ağzımızdakı bütün dişlər eyni cinsdən olsaydı, məsələn, 32 köpək diş və ya 32 kəsici dişə malik olsaydıq, yemək yeməyimiz demək olar ki, qeyri-mümkün olardı.
Dişlərdə olan layihənin başqa bir nümunəsinə dişlərin düzülüşündə rast gəlinir. Hər bir diş öz yerindədir. Kəsicilər lazım olduğu kimi ön tərəfdə, azı dişlər də lazımi olan yerdə, yəni arxa tərəfdədir. Bunların yerinin dəyişdirilməsi də dişlərin öz funksiyalarını itirməsinə səbəb ola bilər.

Bir-birindən asılı olmayan üst və alt dişlər arasında qüsursuz bir uyğunluq var. Hər iki tərəfdə olan dişlər çənə sümüyü bağlandığı zaman tam şəkildə bir-birinin üzərinə oturacaq formada planlaşdırılıb. Məsələn, yalnız bir azı dişiniz başqa dişlərdən uzun olsa və ya üzərində artıq bir çıxıntı olsa, ağzınızı bağlaya bilməzsiniz. Bu halda danışmaq və yemək kimi çox adi ehtiyaclarınızı da ödəyə bilməzsiniz.
Yeni doğulmuş körpələrin ağzında isə diş yoxdur. İlk günlərində yeganə qidaları ana südü olduğu üçün onların buna ehtiyacı da yoxdur. Lakin bərk qidalar yemək vaxtı gəldiyi zaman körpələrin ağızlarında olan yumşaq damağın içində bəzi dəyişikliklər baş verir. Burada olan bəzi hüceyrələr bir siqnal almış kimi ani olaraq kalsium toplamağa başlayır. Daha sonra isə bu milyonlarla hüceyrə birləşərək bir nizamda, sanki nə edəcəklərini bilirmiş kimi üst-üstə və yan-yana düzülürlər. Artıq kalsium ehtiyatda saxlayan hüceyrələr bir müddət sonra məhv olurlar. Beləliklə, məhv olan bu hüceyrələr dişlərin əsasını təşkil edəcək.

Milyonlarla hüceyrə əvvəlcə kalsiumu ehtiyatda saxlayıb ardınc da yan-yana gələrək böyük bir kompleks əmələ gətirirlər. Bu kompleksin formasını da kompleksi əmələ gətirən hüceyrələr müəyyən edir. Bu yerdə yenə də başqa bir yaradılış möcüzəsi ilə qarşılaşırıq. Məsələn, alt damaqdakı hüceyrələr özlərindən uzaqda olan üst damaqdakı hüceyrələrin necə bir forma yaratdıqlarını yaxşı bilirlər. Hər iki hüceyrə qrupu hasil etdiyi nəhəng kompleksi özlərinin qarşılarında olan komplekslə uyğun formada yaradır. Beləliklə, çənə sümüyü bağlandığı zaman üst damaqdakı bir azı dişlə alt damaqda olan bir azı diş bir-birinin üzərində ən uyğun şəkildə yerləşirlər. Bu şəkildə hər hansı bir qüsurun olması insanı narahat edən hallar yarada bilər. Lakin damağın içində olan hüceyrələrin göstərdiyi ağlasığmaz şüur sayəsində 32 kalsium kompleksi bir-birinə ən uyğun formada inşa edilir.

Dişlərin möhkəm quruluşu, sıra ilə düzülməsi, malik olduqları formalar və funksiyalarının uyğun olması kimi incəliklər dişlərdəki açıq nizamı və planı göstərir. Hüceyrələrin belə şüurlu hərəkətinin isə yalnız bir səbəbi var. Orqanizmin bütün hüceyrələrinə olduğu kimi dişləri təşkil edən hüceyrələrə də malik olduqları xüsusiyyətləri verən güc isə üstün qüvvə sahibi Allahdır.