İnsan möcüzəsi

Asan hərəkət etməyin səbəbi: qüsursuz harmoniya

İnsan orqanizmindəki əzələlərin hərəkəti həmişə biristiqamətlidir. Məsələn, qolun ön əzələsi qolu bükür, lakin onu yenidən əvvəlki vəziyyətinə qaytara bilməz. Belə ki, bu halda qolun arxa əzələsi hərəkətə gəlir və qolu çəkir. Beləliklə, qol əvvəlki vəziyyətinə dönür. Həmin əzələlər ardıcıllıqla fəaliyyət göstərmək məcburiyyətindədir. Əks təqdirdə biri fəaliyyətdə ikən digəri də dövriyyəyə daxil olarsa, qol hərəkət edə bilməz. Orqanizmdəki qüsursuz harmoniya (koordinasiya) əzələlərin iş ardıcıllığını da müəyyən edir.
Şübhəsiz ki, əzələnin hasil etdiyi gücün hərəkətə çevrilməsində ən mühüm amil sümüklərdir. Əzələ yığılarkən sümükləri çəkir və onları hərəkət etdirir. Əzələlər sümüklərə elə mükəmməl şəkildə bağlanıblar ki, onlar həm elastik olur, həm də bükülürlər. Əgər sümük olmasaydı, əzələnin hasil etdiyi güc hərəkətə çevrilməzdi. Həmçinin əzələlər olmasaydı, sümüklər hərəkət edə bilməzdilər.

İnsanın hərəkət edə bilməsi üçün üst-üstə 200-dən çox sümük və 400-dən çox əzələ tam mü-kəmməl bir koordinasiya və harmoniya içində fəaliyyət göstərir. Sümüklər bir-birinə hərəkətə imkan verəcək ən mükəmməl şəkildə bağlanıblar. Əzələlər də orqanizmdə sümükləri ən rahat hərəkət etdirə-cək şəkildə yerləşdiriliblər. Bu iki sistemin insan orqanizminə verdiyi hərəkət imkanından sümüyün əzələyə bağlandığı bağın quruluşuna qədər olan hər bir hissədə açıq yaradılış nümunələrinin olduğu görünür. Elastik bağ olduğu üçün nə sümük əzələdən ayrılır, nə də bağ sıx olduğu üçün əzələlərin hə-rəkət edə bilməməsi kimi bir vəziyyət yaranır.

Əlbəttə ki, bütün bu qərarları qəbul edən qüvvə sümük toxuması və ya toxumanı təşkil edən hüceyrələr deyil. Hüceyrənin və toxumanın heç bir şüuru yoxdur. Həmin məlumatların hüceyrələrə hər hansı bir şəkildə yerləşdirilməsi də mümkün deyil. Buna görə də hüceyrələrə məlumatları yerləş-dirən, onlara necə davranacaqlarını öyrədən, bir sözlə, onları yönləndirən bir qüvvə var. Bu misilsiz elmin və qüvvənin sahibi isə Uca və Qadir Allahdır. Allah hər şeyə nəzarət edəndir:
"Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?!" ("Bəqərə" surəsi, 107).