İnsan möcüzəsi

"Hormonlar" da digər varlıqlar kimi Allahın əmri ilə hərəkət edir

İnsan orqanizmində on minlərlə müxtəlif hormon hər an fəaliyyətdədir. Orqanizmdə ürəyin döyünmə sürətindən qandakı şəkərin miqdarına, damarlardakı qan təzyiqindən görmə hüceyrələrinə çatan işığın dərəcəsinə qədər müxtəlif sahələrdə hər an fasiləsiz şəkildə fəaliyyət göstərən minlərlə millimetrlik ölçü hormonlar tərəfindən tənzimlənir.

Hormonlar hüceyrələrdə hazırlanır. Çox vaxt hormonların hazırlanmasında "millimetrin mində biri" nisbətində bir artıqlıq və ya əskiklik orqanizmdəki bütün tarazlıqları alt-üst edə bilər. Hətta ölümə qədər aparıb çıxaran nəticələr doğura bilər.
Bəs şüursuz hüceyrələr nə qədər hormon hazırlayacaqlarını haradan bilir və bu həssas ölçünü necə hesablayırlar?

Hormon adlandırdığımız nəsnə hər bir növü müxtəlif amin turşuları qruplarından əmələ gəlmiş protein molekullarıdır. Bu molekulların gözləri, qulaqları, burunları, qısası, şəraiti hiss edən orqanları yoxdur. Onlar düşünmək, hesablama aparmaq üçün də heç bir ağıla və şüura malik deyillər. Lakin bu molekullar sanki görür, eşidir, hesablayır və düşünürmüşlər kimi orqanizmdə öz yollarını tapır, daşıdıqları məlumatları lazımi hüceyrələrə göndərirlər. Öz mikroskopik böyüklüklərinə nisbətdə min kilometrlərə çevrilən məsafəni çaşmadan, yollarını itirmədən qət edir və lazımi hüceyrələrə çatırlar.

Belə olan halda bu şüur və həssaslığa malik olmayan molekullar istiqamətlərini necə tapır, lazımi hüceyrələrə necə çatırlar? Nə ağzı, nə də dili olmayan bu hormonlar çatdıqları hüceyrələrə daşıdıqları lazımi məlumatları necə çatdırırlar? Daşıdıqları məlumatı çatdırmaq lazım olduğunu haradan bilirlər?
Hüceyrələr hormonların daşıdığı məlumatları dərk edib öz daxillərində lazım olan prosesləri dərhal yerinə yetirməyə başlayırlar. Onlardan tələb olunan fəaliyyəti tam şəkildə həyata keçirirlər.

Bu haqda bir daha düşünək. Ağlı, şüuru, gözü, qulağı olmayan bir hüceyrə özünə gələn məlumatı necə dərk edir? Tutaq ki, dərk etdi. Nə etmək və necə etmək lazım olduğunu haradan bilir?
Təsəvvür edək ki, bütün bunları dərk edir və bilir. Bəs nə üçün dərhal və qüsursuz şəkildə tabe olmaq məcburiyyəti hiss edirlər? Laqeydlik, məsuliyyətsizlik və ya zəiflik nümayiş etdirmir, təxirə salmır və unutmurlar?

Məlumdur ki, bu sualların cavabını hormonların içindəki atomlarda, hüceyrənin içindəki zərrəciklərdə və ya molekullarda axtarmaq mənasızdır. Çünki bunların heç biri hətta bir anlığa da olsa hesablamaq və doğru qərar qəbul etmək üçün ağıl və şüura malik deyil.
Bu sualların yalnız bir cavabı var. Canlı-cansız bütün varlıqlar kimi bu yaradılış nümunələri də onları yaradan Allahın əmrlərinə tabe olurlar. Kainatın hər bir yerinə olduğu kimi hüceyrələrə, molekullara, atomlara da hər an nə edəcəkləri yalnız Uca Allah tərəfindən ilham edilir. Bu sirr bir Quran ayəsində bizə belə bildirilir:

"Yeddi göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi öz elmi ilə ehtiva etdiyini biləsiniz deyə Allahın əmri onların arasında nazil olar" ("Talaq" surəsi, 12).