İnsan möcüzəsi

Açarlar və qıfıllar

Hormonlar əsasən insan orqanizminin daxilini tənzimləmək üçün proqramlaşdırılmış və kodlaşdırılmış bir siqnal qrupu kimi tanınır. Bu siqnalların hər biri müxtəlif orqan və toxumalardakı hüceyrələrə xəbərdarlıq edir. Bir hormon hədəf seçilmiş hüceyrəyə çatana qədər keçdiyi bir çox toxumada hiss edilmir. Bəs hədəf seçilən hüceyrə öz hormonunu necə tanıyır?

Hədəf seçilmiş hüceyrələrin səthində bir antenna (qəbuledici) var. Hormon bu antenna ilə tam şəkildə birləşir. Antenna və hormon bir-birinə o qədər uyğun şəkildə yaradılıblar ki, göndərilən hormon heç bir zaman yanlış antennaya bağlanmır.
Bu şəkildə hər bir hormon bir açara, bu hormonun təsir göstərdiyi qəbuledici də yalnız həmin açarla açıla biləcək xüsusi bir qıfıla bənzəyir. Lakin hormon və hədəf hüceyrə arasındakı üçölçülü uyğunluq açarla kilid arasındakı üçölçülü harmoniyadan daha mürəkkəb və üstündür. Yalnız bir hormon qıfıla uyğun gəlir və həmin hüceyrənin ümumi quruluşuna təsir edir. Beləliklə, bu harmoniya sayəsində heç bir zaman yanlış bir orqan və ya toxuma hərəkətə gətirilmir.

Hormon molekulunun hüceyrənin səthində olan antennaya sıxılması ilə birlikdə hüceyrənin içində serial bir zəncirvari reaksiya baş verir. Bu reaksiyalar nəticəsində hüceyrə ona əmr edilən funksiyanı yerinə yetirir. Hadisə belə baş verir.
Məsələn, göndərilən əmr hüceyrəyə xüsusi olaraq bir protein hazırlamasını əmr edirsə, hüceyrənin içində olan müxtəlif enzimlər hərəkətə gəlir. Bu enzimlər hüceyrənin məlumat mərkəzi olan DNT-yə gedərək hazırlanmalı olan proteinə aid məlumatı tapır və onun surətini çıxarır. Beləliklə, lazım olan proeinin hazırlanması prosesi başlayır.

Bu sistemin ünsürləri bir zəncirin halqaları kimi fəaliyyət göstərir. Bu halqalardan hər hansı birinin funksiyasında axsamanın olması zəncirin qopmasına, yəni orqanizm sisteminin pozulmasına səbəb olacaq. Belə bir axsamanın nəticələri orqanizm üçün çox ağır olar, bəzən hətta ölümə də səbəb ola bilər.

Hormonal sistemin rəhbəri
0,5 qr ağırlığında və bir noxud dənəsi boyda kiçik bir ət parçası və bu ət parçasını təşkil edən hüceyrələr orqanizminizi sizin adınıza yönləndirir və sınağa çəkir. Hormon sisteminin idarə mərkəzi olan "hipofiz vəzi" adlı bu kiçik orqan yer üzünün ən ideal orkestrinin rəhbəridir. Bu kiçik rəhbər öz əmrlərini hormon adı verilən molekulların köməyi ilə başqa hüceyrələrə bildirir.

Hipofiz vəzi hormon sisteminin istiqamətvericisi və tənzimləyicisidir. Beynin hipotalamus adlı nahiyəsinin nəzarəti altında fəaliyyət göstərir. Bu kiçik ət parçası hipotalamusdan gələn məlumatlar sayəsində sizin hansı şəraitdə nəyə ehtiyacınızın olduğunu, bu ehtiyacı ödəmək üçün hansı orqanın hansı hüceyrələrinin fəaliyyət göstərməsinin lazım olduğunu, bu hüceyrələrin kimyəvi mexanizmləri-ni, fiziki quruluşlarını, hazırlanmalı olan məhsulları və bu istehsal prosesinin dayandırılacağı vaxtı bilir. Hətta bunları bilməklə də kifayətlənmir, bu ehtiyacların ödənilməsi üçün xüsusi bir əlaqə sistemi sayəsində lazımi yerlərə bütün əmrləri göndərir.

Məsələn, insan orqanizmi yetkinlik yaşının sonuna qədər inkişaf edir. Bu dövr boyunca trilyonlarla hüceyrə bölünərək çoxalır, toxuma və orqanların böyüməsi təmin edilir. Müəyyən bir həddə çatanda toxumalarda böyümə fəaliyyəti dayanır. Beləliklə, nə qədər böyüməyinizin lazım olduğunu bilən və bu həddə çatdığınız zaman inkişafı dayandıran orqan hipofiz vəzi adlanan kiçik rəhbərdir.
Hipofiz vəzi tərəfindən ifraz olunan böyümə hormonu hüceyrələrə nə qədər böyümək lazım olduğunu bildirir. Bu hormonun ifrazının dayanması ilə böyümə də dayanmış olur.

Böyümə hormonu orqanizmdə hansı yerlərin genişlənəcəyini bilir. Orqanizm də dərhal hormonu tanıyaraq öz funksiyasını yerinə yetirir. Böyümə hormonu sümüyə çatanda sümük dərhal böyüməyə başlayır. Lakin böyümə hormonu qadında və kişidə müxtəlif yerlərə fərqli şəkillərdə təsir göstərir. Məsələn, böyümə hormonu kişinin çiyin hüceyrələrinə gedir və bu nahiyəni genişləndirəcəyinin bilir. Lakin qadında bunu etmir.

Kiçik bir uşağın səs telləri də böyümə hormonu sayəsində inkişaf edir. Bu hormon səsin necə olacağını bilir və qadınların səs tellərini incə, kişilərin səs tellərini isə qalın səs çıxaracaq şəkildə böyüdür.
Hüceyrələrin böyümə hormonuna tabe olması da olduqca diqqətçəkicidir. Bütün orqan və to-xumalar bunun sayəsində müvafiq şəkildə böyüyürlər. Məsələn, burunu əhatə edən dərinin inkişaf etməsi və böyüməsi dayananda burun altında olan sümük toxumasının böyüməsi və inkişafı da dayanır. Sümük bir daha böyüməyə davam etmir və dərini yırtıb kənara çıxmır. Orqanizmin bütün orqanları bir-birinə uyğun şəkildə böyüyürlər.