İnsan möcüzəsi

İnsan bu ideal sistemə görə kimə borcludur?

Təkamül nəzəriyyəsi insan orqanizminin milyon illər ərzində kiçik mərhələlər keçərək bugünkü vəziyyətə gəldiyini iddia edir. Bunun da mənası belədir: insan orqanizmindəki orqanların bir qismi bir zaman mövcud olmayıb, lakin bir müddət sonra təkamül nəticəsində yaranıb.

Belə bir iddianın əsla qeyri-mümkün olduğunu bilmək üçün yenidən hormonlara aid verdiyimiz misallara nəzər yetirək. Məsələn, insan orqanizmindəki kalsiumun müəyyən tarazlıqda qalmasını təmin edən sistemin fəaliyyət göstərməsi üçün bir-birindən ayrı olan bir çox müstəqil amil eyni vaxtda mövcud olmalıdır. Mövcud amillərdən birinin, məsələn, parahormonun çatışmazlığı bütün sistemin sıradan çıxmasına səbəb ola bilər. Bu hal başqa hormonal vəzilərə və onların hazırlanmasına da aiddir. Məsələn, böyrəküstü vəzilərdən ifraz olunan bir hormonun (aldosteron) yoxluğu mütləq ölüm deməkdir. Belə olan halda böyrəküstü vəzinin müəyyən zaman ərzində tədricən, yavaş-yavaş inkişaf etdiyini düşünmək olmaz, çünki bu vəzi olmadan insanın həyatını davam etdirməsi mümkün deyil.

Eyni zamanda mədəaltı vəziyə və insulinə malik olmayan bir insan orqanizminin də yaşaması qeyri-mümkündür. Təsəvvür edək ki, mədəaltı vəzisi olmayan bir yarıminsan milyon illər bundan əvvəl yer üzündə gəzir. Həmin insanın başına nə gələrdi? Bunun cavabı çox sadədir: ilk şəkərli qidanı yeyəndən dərhal sonra koma vəziyyətinə düşər və oradaca ölərdi.

Biz yenə də bəzilərinin çox "şüurlu" bir pəhriz saxlayaraq (bu, əslində mümkün deyil, çünki yediyimiz qidaların əksər hissəsində şəkər var) yaşadığını qəbul edək. Bu zaman belə bir sualla qarşı-laşarıq: görəsən bu xəyali "insan ataları" mədəaltı vəziyə və insulinə necə malik oldular?
Görəsən bir gün bir insan çıxıb "artıq bu şəkər məsələsini həll etmək lazımdır, yaxşısı budur ki, mədənin altında bir yerə bir orqan yerləşdirək və bu orqan qandakı şəkəri tənzimləyən bir hormon ifraz etsin" dedimi? Sonra özünü məcbur edərək həqiqətən mədəsinin altında bir mədəaltı vəzi yaratdımı? İnsulinin hansı formaya malik olduğunu hesablayıb sonra da həmin formulu mədəaltı vəziyə öyrətdimi?

Yoxsa günlərin birində çox "uğurlu" bir mutasiya olub da mədəaltı vəzisi olmayan bu xəyali yarıminsanlardan birinin DNT-sindəki bir pozuntu nəticəsində birdən ortaya tam təşəkkül etmiş formada mədəaltı vəzi və insulin hormonu çıxdı?
Lakin bu "ideal" mutasiya da kifayət etməzdi. Həmçinin qandakı şəkər nisbətini daim nəzarət altında saxlayacaq, lazım olanda mədəaltı vəziyə insulin ifraz etmək əmri verəcək, lazımi qədər insulin ifraz etdikdən sonra isə "dayan" əmri verəcək bir qərar mexanizmi beynin müəyyən bir küncündə başqa bir "təsadüf" nəticəsində və mədəaltı vəzi ilə eyni vaxtda yaranmalı idi.

Bu elmdən uzaq ssenaridən də məlum olur ki, orqanizmin başqa sistemlərində olduğu kimi hormonal sistemin də təkamül nəzəriyyəsinin iddia etdiyi şəkildə tədricən yaranması qeyri-mümkün-dür. Müəyyən dövr ərzində inkişaf edən təsadüflərin və ya hər hansı bir başqa xəyali təkamül mexa-nizminin hüceyrələrə qandakı maddələri müayinə etmə, bu müayinələrə görə qərar qəbul etmə, fasiləsiz olaraq başqa orqanlara siqnallar vermə və dövriyyəyə qoşma, əlaqə saxlayarkən xüsusi məlumatlardan (hormonlardan) istifadə etmə kimi qabiliyyətlər verməsi mümkün deyil.
Bu qüsursuz sistemi yaradan, hər bir detalı lazımi şəkildə müəyyən edən qüvvə sonsuz elm sahibi olan Uca Allahdır.