İnsan möcüzəsi

Kisəciklərdən ibarət mükəmməl sistem

Ağciyərin quruluşunu nəzərdən keçirdiyiniz zaman oksigenlə karbondioksidi qovuşdurmaq üçün planlaşdırılmış qüsursuz bir sistemlə qarşılaşacaqsınız.
Ağciyərin içinə hər biri iynə ucundan da kiçik olan 300 milyondan artıq kisəcik (alveol) yerləşdirilib. Kisəciklərin hər birinin diametri 0,25 mm qədərdir. Bütün bu kisəciklərin səthinin ümumi sahəsi hesablananda ortaya fövqəladə bir rəqəm çıxır. Bir insanın ağciyərinin səthinin sahəsi təxminən 70-100 kvadratmetrdir. Belə bir böyük səthin bu qədər kiçik bir həcmə sığışdırılması ağciyərlərdəki qüsursuz layihənin nəticəsidir.
Hər dəfə nəfəs aldığınız zaman həmin 300 milyon kisəciyin içi hava ilə dolur. Bu kisəciklərin daxili səthində kapilyarlar var. Balonlar hava ilə dolanda kapilyarlarda olan qandakı karbondioksid havada olan oksigen atomları ilə yerini dəyişir.
Lakin həmin hava kisəciklərinin açılıb-bağlanması ilk baxışdan göründüyü kimi asan deyil. İlk dəfə şişirdilən balonu şişirtmək nə qədər çətindirsə, adi şəraitdə yüksək bir gərilməyə sahib olan alveolləri şişirtmək də o qədər çətindir. Lakin tənəffüs zamanı heç bir çətinlik çəkmirik. Hətta alveollə-rimizin açılıb-bağlanmasını da hiss etmirik. Çünki tənəffüs sistemimiz rahat nəfəs almağımızı təmin edən bir quruluşa malikdir. Hər dəfə nəfəs alanda alveollərin asanlıqla açılıb-bağlanmasını təmin edən sistemin olmaması insan üçün ölümcül nəticələr yarada biləcək ciddi bir problemdir.

Mümkün olan ən yaxşı layihə hər zaman olduğu kimi yenə də insanın ixtiyarına verilmişdir.
Ağciyərlərinizi əmələ gətirən 300 milyondan artıq kisəciyin ətrafı surfaktant adlı bir maddə ilə əhatə edilib. Surfaktant maddəsi bu kisəciklərin açılıb-bağlanmasına kömək edir, səthdəki gərilmələri aşağı salır. Bu maddənin başqa bir funksiyası isə nəfəs verərkən kisəciklərin tamamilə boşalmasının qarşısını almaqdır. Hətta ən güclü şəkildə nəfəs veriləndə də ağciyərlərdə surfaktant sayə-sində müəyyən miqdarda hava qalır. Beləliklə, alveol ətrafında dolaşan qan həmişə hava ilə təmasda olub orqanizmin bütün hüceyrələrinə nizamlı şəkildə oksigen çatdırır.
Surfaktant alveollərin səthində olan xüsusi bir hüceyrə qrupu (II tibb qranulyar promositlər) tərəfindən sintez edilir. Orqanizmin ağciyərdən başqa heç bir hissəsində olmayan bu hüceyrələr sayəsində rahatlıqla nəfəs ala bilirik.

Bu maddənin mühüm xüsusiyyətlərindən biri də onun körpə doğulmazdan tam bir ay əvvəl hazırlanmasıdır. Olayın möcüzəvi tərəfi də elə buradan başlayır. Ana bətnində olarkən ağciyərindən istifadə etməyən körpə necə olur ki, bayırda nəfəs alarkən belə bir çətinliklə qarşılaşacağını düşünüb bu maddəni hazırlamağa ehtiyac duyur? Körpə surfaktantın ağciyərindəki kisəciklərə kömək edə biləcəyini haradan bilir? Bu maddənin kisəciklərin səthindəki gərilməni necə aşağı salacağını kimyaya dair hansı biliklə ehtimal edir? Bu maddənin yoxluğu körpənin çox qısa bir müddətdə ölməsi ilə nəti-cələnər. Bu hazırlıq görülmədiyi zaman, yəni surfaktant hazırlanması kifayət qədər olmadığı müstəsna hallarda bu vəziyyət məsələn, körpələrdə oksigen çatışmazlığına səbəb olur.

İnsan orqanizminin hər bir nöqtəsində rast gəlinən bu həssas tarazlıq canlıların yaradılışlarındakı ideal quruluşun mühüm nümunəsidir. Sonsuz qüvvə sahibi olan Uca və Qadir Allah hər bir canlı üçün misilsiz layihələr yaradıb. Bütün bunları öyrənərək Rəbbini tanımaq məqsədilə bir addım da atan insanın vəzifəsi isə Allahın ucalığını lazımınca qiymətləndirib təqdir etmək və Ondan lazımınca qorxmaqdır:

"Sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalim, həm də çox nankordur" ("İbrahim" surəsi, 34).