İnsan möcüzəsi

Qanın laxtalanması

İnsan orqanizminin demək olar ki, hər yerinə milyonlarla borudan ibarət olan və "damarlar" adlanan bir sistem döşənmişdir. Bu boruların içində fasiləsiz olaraq axan qan çayı var. Dərinin altındakı bu boruların içindən axan qan müəyyən dövrlərdə insan orqanizmində kiçik bir cızıq və ya kəsik nəticəsində kənara sıza bilər. Adi şəraitdə orqanizmdə olan qanın - dibində dəlik açılmış su şüşəsi kimi - həmin dəlikdən axması və hətta kiçik bir cızıq səbəbilə insan ölə bilər. Lakin bu, baş vermir. Həmin dəliyin ətrafında qan laxtalanmağa başlayır və laxtalanan qan dəliyi tıxac kimi tutur. Bu hal dibi deşilən bir şüşənin içindəki suyunun kənara axmaması üçün dəliyi bərpa etməsinə və sərtləşərək dəliyi bağlamasına bənzəyir.

Bu, şübhəsiz ki, böyük bir möcüzədir. Qanın belə bir xüsusiyyəti dünyada hər bir insanın həyatını xilas edir. Əks təqdirdə hətta ən kiçik yara da insanların ölümünə səbəb olardı. Lakin insanlar gözlərinin qarşısında olan və öz həyatlarını xilas edən bu möcüzə haqqında heç düşünmürlər. Bəs belə böyük möcüzə necə baş verir? Qan necə laxtalanır? Bu sualın cavabını araşdırdığımız zaman ortaya çox açıq bir yaradılış möcüzəsi çıxır.

Laxtalanma hadisəsi avtomobil yolunda baş verən qəzaya təcili yetişən patrulun və təcili tibbi yardım xidmətinin göstərdikləri ilk köməyi xatırladan bir hadisədir.

Orqanizmin hər hansı bir yerində qanaxma meydana gəldiyi zaman ilk yardımı trombosit adlanan qan lövhəcikləri göstərir. Trombositlər qanın tərkibində dağınıq şəkildə gəzdiklərinə görə qanaxmanın orqanizmin hansı yerində olmasından asılı olmayaraq mütləq həmin yerə yaxın dairəvi hərəkət edən trombositlər var.

"Von Willebrand" adlı protein isə həmin qəza yerinə işarə edərək yardım istəyən yol polisi kimi trombositləri gördüyü zaman onların qarşısını kəsir və onlardan hadisə yerində olmalarını tələb edir.

Hadisə yerinə gələn ilk trombosit teleqraf kömək istəyən kimi xüsusi bir maddə ifraz edərək başqa dəstələri də hadisə yerinə çağırır. Gözlə görünməyən bir hüceyrə burada problem olduğunu anlayır və başqa mexanizmlərlə əlaqə saxlaya bilir. Başqa dəstələr onlara çatan xəbəri anlayır və onlardan tələb olunan işi yerinə yetirirlər. Orqanizmimizin kiçik bir yerində gözlə görünməyən varlıqlar bir-biri ilə əlaqə saxlayır və bir təşkilat yaradırlar.

Bu vaxt orqanizmdə olan 20-yə yaxın enzim bir yerə toplaşaraq yaranın üzərində trombin adlı protein yaratmağa başlayırlar. Bu enzimlərdən yalnız birinin olmaması bu sistemin işləməməsi və insanın ölməsi deməkdir. Lakin hər şey mükəmməl planlaşdırılıb və bu sistem qüsursuz şəkildə yaradılıb.

Trombin yalnız açıq yaranın olduğu yerdə hazırlanır. Bu isə hadisə yerində olan yardım qrupunun xəstə üçün lazım olan dərmanları həmin yerdə hazırlamasına bənzəyir. Üstəlik bu istehsal tam ehtiyaca uyğun olmalıdır. Bundan əlavə, bu proteinin hazırlanması vaxtında başlamalı və vaxtında da bitməlidir. Başlama və saxlama əmrini trombin hazırlayan enzimlər öz aralarında verirlər.

Bu proteindən kifayət qədər hazırlandıqdan sonra fibrinogen adlı liflər yaradılır. Bu liflərin çox mühüm bir funksiyası var: onlar qanın üzərində bir tor əmələ gətirirlər və gələn trombositlər bu tora ilişərək toplanır. Toplanmış bu təbəqə qalınlaşanda isə qanın kənara axması dayanır. Yara tamamilə yaxşılaşdığı zaman yenə də qan laxtalanması buna bənzər proseslərlə həyata keçirilir.

İndi bir az düşünək. Burada haqqında danışılan enzimlər, proteinlər cansız, şüursuz, kor atomların müxtəlif formalarda düzülmələrindən ibarət olan strukturlardır. Bunların hər biri yaralanma baş verən andan etibarən məsuliyyət daşıyaraq təcili şəkildə axan qanı saxlamaq üçün səfərbər olur, dərman hazırlayan kimi lazımi proteinləri hazırlayır, kömək üçün başqalarına xəbər göndərir, onlar da xəbəri anlayıb dərhal hadisə yerinə gəlir və hər biri öz funksiyasını qüsursuz olaraq yerinə yetirir.

Bu sistem ən kiçik təfərrüatına qədər qüsursuz şəkildə fəaliyyət göstərir. Əgər bu həyati əhəmiyyətli sistemin fəaliyyətində hər hansı bir nöqsan olsaydı, nə olacağını düşünək. Yara olmadığı halda qan birdən-birə laxtalanmağa başlasaydı, yaranın ətrafında əmələ gələn qan laxtası olduğu yerdən ayrılsaydı və yaxud da laxtalanmada rol oynayan proteinlər arasındakı əlaqədə qüsur olsaydı... Bunlardan hər hansı birinin olması, ürək, ağciyər və ya beyin kimi həyat əhəmiyyətli orqanlara gedən yollarda tıxanma, qan itirilməsinə görə ölüm kimi hadisələrlə qarşılaşardıq.
Qanın laxtalanması deyəndə ağlımıza yalnız gözlə görünən yaralardakı laxtalanma gəlməməlidir. Laxtalanma sistemi gündəlik həyatda tez-tez başımıza gələn, lakin barəsində çox vaxt düşünmə-diyimiz yaralanmış kapilyarların bərpa edilməsi üçün də olduqca zəruridir. Ayağınız masanın kənarına və ya otaqdakı hər hansı əşyaya dəyəndə çoxlu sayda kapilyar zədələnir. Bu da daxili qanaxmaya səbəb olur, amma laxtalanma sisteminin fəaliyyətə başlayıb qanaxmanı saxlaması və bərpa etməsi sayəsində daxili qanaxmaların qarşısı alınmış olur.

Bəs laxtalanma sistemi olmasaydı, nə olardı? Bu zaman hemofiliya adlandırılan bir xəstəlik ortaya çıxardı. Hemofiliya xəstələri hətta ən kiçik bir zərbədən də qorunmalıdır. Çünki bu xəstəliyin əsasən ilk mərhələlərində ən kiçik bir qanaxmanı da saxlamaq mümkün olmur, bu da xəstənin ölümünə gətirib çıxarır.

Qanımızdakı laxtalanma xüsusiyyəti olduqca zəruridir. Həmçinin buna nəzarət edilməlidir. Verilən məlumatlardan da aydın olduğu kimi, canlı orqanizmdə belə bir sistemin təsadüfən əmələ gəlməsi mümkün deyil. Hər bir incəliyi, hər bir detalı ayrıca plan və hesablamanın nəticəsi olan bu sistem Allahın sonsuz elminni, ağıl və qüvvəsinin bir göstəricisidir. Belə bir sistemin təsadüfən əmələ gəldiyini iddia etmək isə darvinistlərin məntiqi cəhətdən süqutu baxımından olduqca ibrətamiz bir hadisədir:

"Heç yaradan yaratmayana bənzəyərmi?! Məgər düşünmürsünüz?!" ("Nəhl" surəsi, 17).