İnsan möcüzəsi

Mikroəsgərlər: leykositlər

Bir damla qanın içində leykosit adlandırılan təxminən 400 min mikroəsgər var. Hətta qüvvətli bir müdafiə lazım olduğu zaman adi şəraitdə qanın hər kubmillimetrində leykositlərin sayı 7.000-10.000 arasında olduğu halda birdən-birə bu say 30.000-ə qədər yüksələ bilir. Həmin əsgərlərin vəzifəsi orqanizmi mikrodüşmənlərdən qorumaqdır. Leykositlər orqanizmə aid olmayan canlı-cansız hər şeyi yox etməyə proqramlaşdırılıblar. Buna görə də orqanizmə daxil olan bakteriyaları, virusları və təhlükə yarada biləcək hər bir maddəni axtarır, tapır, izləyir və ən müvafiq məqamda yox edirlər.

Leykositlər qanda olan başqa hüceyrələrdən quruluş baxımından fərqlənirlər. Məsələn, eritrositlərdə nüvə olmur. Lakin leykositlər nüvəlidir və onların içində bütün kiçik orqanizmlər olur. Bundan əlavə, leykositlər bir neçə gün, bir infeksion xəstəlik zamanı hətta bir neçə saat yaşayırlar. Bu qədər qısa bir həyat güman edildiyinin əksinə olaraq orqanizmin müdafiəsi baxımından çox əhəmiyyətlidir. Çünki müdafiə edən, yəni qüvvədən düşmüş leykosit ölür və o, yenicə məhv olarkən onun əvəzinə dərhal sağlam və müdafiə qabiliyyəti çox yüksək olan yeni bir leykosit hazırlanır.

Leykositlər əslində yalnız bir növ hüceyrələrdən əmələ gəlmir. "Leykosit" müxtəlif əsgərlər-dən təşkil olunmuş və insan orqanizmi uğrunda mübarizə aparan döyüşçü hüceyrələrə verilən ümumi addır. Bu əsgərlər iki əsas qrupa ayrılır. Birinci qrup düşmənlə ilk qarşılaşan və üz-üzə mübarizə aparan qranulositlərdir. İkinci qrup isə düşmənə qarşı xüsusi silahlar (anticisim) hazırlayan limfositlərdir.
Limfositlərin qandakı başqa hüceyrələrdən fərqlənən xüsusiyyətləri var. Qanı nəzərə almasaq, toxumalarda olan limfositlərin sayı qandakı limfositlərin sayına nisbətən çoxdur. Bu hüceyrələr orqanizmin dərinliklərində olan toxumalarda sanki baza yaradır və toxumaları mikroblardan qoruyurlar. Belə olduğu halda qanın tərkibində limfosit olmasının səbəbi nədir?

Əslində, leykositlər qandan daşıma vasitəsi kimi istifadə edirlər. Leykositlər sanki patrul xidməti yerinə yetirən jandarma birliyi kimi qanla birlikdə bütün orqanizmi gəzir, yaşlı və qüvvəsiz leykositlərin olduğu toxumaları sürətlə möhkəmləndirirlər. Belə şüurlu və sürətləndirici bir sistemin təkamülçülərin iddia etdikləri kimi, təsadüflər nəticəsində inkişaf etməsi mümkün deyil.

Şüursuz atomlardan ibarət olan bir hüceyrənin seçmə qabiliyyətinə, ağıla və şüura malik ola bilməyəcəyi, orqanizmin müdafiəsini təmin edən xüsusiyyətləri öz-özünə əldə edə bilməyəcəyi aşkar bir həqiqətdir. Bu kiçik canlının başqa hüceyrələri qorumaq üçün mübarizə aparması olduqca mühüm və incə bir məsələdir. Gözlə görünməyən bir hüceyrənin özünü sizin üçün fəda etməsi və orqanizminizdə eyni şəkildə fədakarlıq edən milyonlarla hüceyrənin olması gözünüzlə gördüyünüz milyonlarla möcüzədən biridir.

Leykositlərin quruluşundakı mükəmməllik, malik olduqları fədakarlıq, mübarizə aparmaq şüuru və qabiliyyəti öz seçimlərinin deyil, Allahın onları bu xüsusiyyətlərdə yaratmasının bir nəticəsidir. Bunun əksini sübut etməyə çalışanlar bu günə qədər heç bir nəticə əldə etməyiblər, bundan sonra əldə etmələri də mümkün deyil. Allah Onu inkar etməyə çalışanların səylərini "Nur" surəsində ilğıma bənzədərək belə buyurmuşdur:
"İnkar edənlərin əməlləri ucsuz-bucaqsız səhradakı ilğıma bənzər ki, su suzluqdan ürəyi yanan onu su bilər. Nəhayət, gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. Allah da onun cəzasını verər. Allah tezliklə haqq-hesab çəkəndir" ("Nur" surəsi, 39).

Təkamülçülərin bu məsələdəki məntiqsiz düşüncələri
İnsan orqanizminə hər gün çoxlu sayda mikrob daxil olur. Bu mikrobların müdafiə sisteminin ilk mərhələsində zərərsizləşdirilməsinə çalışılır. Lakin qarşısı alınmayan bəzi mikroblar və yad maddələr qan dövranına daxil olaraq həyati təhlükə yarada bilər. Belə mikroblara "antigen" adı verilir. Orqanizm antigenlərə qarşı "anticism" adlı maddələr hazırlayaraq onları yox etməyə və ya onların çoxalmasının qarşısını almağa çalışır. Anticisim açar qıfıla yerləşən sayaq üçölçülü quruluşlu antigenə yerləşərək onu zərərsizləşdirir. Anticisimlə antigen arasındakı açar-qıfıl oxşarlığı bu sistemin dərk edilməsi baxımından üzərində düşünülməsi lazım gələn bir nümunədir.

Müdafiə hüceyrələri təbiətdə əmələ gələn yüz minlərlə müxtəlif antigenə qarşı ayrı-ayrı anticisim hazırlaya bilir. Bu, orqanizmdə olan hüceyrələrin yüz minlərlə qıfıla uyğun gələn açarı bir anda hazırlaması deməkdir. Əlbəttə ki, bunun özü möcüzəvi bir hadisədir.
Lakin ən maraqlısı laboratoriyada əmələ gətirilərək hətta insanın orqanizminə yerləşdirilən sü-ni antigenlərə qarşı da müdafiə hüceyrələrinin anticisim hazırlaya bilməsidir. Orqanizmin hüceyrələri təbiətdə olan qıfıllara uyğun açar hazırlaya bildikləri kimi, təbiətdə heç olmayan və laboratoriyada hazırlanan qıfıllara görə də açarlar hazırlaya bilirlər.

Orqanizmin içindəki mexanizmin kənar dünya haqqında bu qədər heyrətamiz məlumata sahib olması əlbəttə ki, təsadüflərlə izah edilə bilməz. Necə olur ki, bir hüceyrə yüz minlərlə yad maddə haqqında məlumata malik olmaqla yanaşı laboratoriyada süni surətdə yaradılan çox fərqli bir maddə (antigen) haqqında da məlumata malik olur? Hətta müdafiə hüceyrələrinin orqanizmdəki antigenləri müəyyən şəkildə tanıdığını qəbul etsək də əvvəl heç vaxt qarşılaşmadığı bir antigeni də tanıya bilmələri çox heyrətamizdir. Bundan başqa, müdafiə hüceyrələri orqanizmə yeni daxil olan bu yad maddəyə vaxtında diaqnoz qoyduqları kimi maddəyə qarşı istifadə ediləcək uyğun anticisim kimi təsirli silahları da vaxtında təyin edib hazırlamaq üçün lazım olan qabiliyyət və şüura da malikdirlər. Diaqnoz qoymaq, tədbir görmək kimi ağıl, bilik və şüur tələb edən xüsusiyyətlərlə yaradılmış müdafiə hücey-rələrinin təsadüfən əmələ gəldiyini söyləmək mühüm bir məntiqi yanlışlıqdır. Təkamülçülər müdafiə hüceyrələrinin hər cür yad maddəni əvvəlcədən müəyyən edə bilmə xüsusiyyətini öz müddəalarına görə izah edə bilmədikləri kimi mövzunun üzərindən məntiqdən və elmdən kənar izahatlarla sükutla keçməyə çalışırlar.

Müdafiə hüceyrələrinin süni bir antigeni tanıması mövzusu ilə bağlı olaraq təkamülçü alimlər-dən Əli Dəmirsoyun sözləri buna misaldır:
"Lakin XX əsrdə süni sintez olunan kimyəvi maddəyə qarşı anticisimdən istifadə etmə planını hələ əvvəlcədən inkişaf etdirən bir hüceyrə kahin deməkdir".
Professor Dəmirsoy həmin kitabında bu günə qədər bu mövzunun izahının olmamasını da belə etiraf edir:
"Plazma hüceyrələri bu məlumatı necə və hansı formada əldə edərək buna uyğun gələn xüsusi formalaşmış anticismi hazırlaya bilir? Hələ bu günə qədər bu suala qəti cavab verilməyib".

Dəmirsoy bu ifadəsi ilə hüceyrənin bəzi qeyri-adi xüsusiyyətlərə malik olduğunu qəbul edir. Çünki "kahin" sözü bəzi məlumatlara əvvəlcədən malik olan insanlar haqqında işlədilir. Bir hüceyrənin hər hansı bir məlumata malik olması, hələ üstəlik olduğu şəraitdən tamamilə uzaqdakı varlıqlar haqqında məlumata malik olması qeyri-adi bir xüsusiyyətdir. Əlbəttə ki, cansız atomların birləşmə-sindən əmələ gəlmiş bir hüceyrənin təsadüfən qüvvətli hissiyyatlara və ya inkişaf etmiş bilik və mə-dəniyyətə öz-özündən malik olmasını gözləmək olmaz. Bunu iddia etmək ağlın və məntiqin sərhədlərindən kənara çıxmaq deməkdir.

Lakin təkamülçülər çarəsiz qaldıqları üçün canlıların yaradılışdan etibarən malik olduqları xüsusiyyətləri qəbul edirlər. Amma bu sistemlərin xüsusi olaraq yaradıldığını qəbul etməmək, daha doğrusu, Allahın varlığını inkar etmək üçün bu mükəmməlliyin səbəbini başqa yollarla izah etməyə çalışırlar. Artıq bu məqamdan sonra təkamülçülər elmlə heç bir əlaqəsi olmayan, yalnız təlqin etməyə və acizliklərini gizləməyə çalışan izahatlar verirlər. Təkamülün "Bu, bir təkamül möcüzəsidir" və ya "Bu hüceyrə sanki bir kahin kimidir" kimi tilsimli sözləri ilə xalqı "hipnoz" etməyə çalışırlar.

Halbuki burada qeyri-adi bir hal var. İnsanın orqanizmindəki gözlə görünməyən kiçik və daim yeniləşən hüceyrələr təbiətdə mövcud olan bütün düşmənlərini hələ onları görmədən tanımaq, diaqnoz qoymaq, yox etmək qabiliyyətinə və təchizatına malikdirlər. Belə bir quruluşu təsadüflərlə izah etmək Allaha inanmamağı özlərinə məqsəd hesab edən insanların əqli acizliyini göstərən mühüm bir nümunədir.
Təkamülçülər bu hüceyrələrin belə ideal funksiya və xüsusiyyətlərlə əmələ gəlmə səbəbini mutasiyaların mexanizmi ilə izah edirlər. Dəmirsoy da "İrsiyyət və təkamül" adlı kitabında yuxarıdakı sözlərini belə davam etdirir: "Bu planın (anticismin antigeni tanıması) əmələ gəlməsi fikri də təsadüflərlə meydana gələn mutasiyalardır formasında müdafiə edilir".

Yuxarıdakı izahatı müfəssəl şəkildə tədqiq etmək təkamül nəzəriyyəsini müdafiə edən alimlərin əl atdığı oyunları anlamaq baxımından olduqca əhəmiyyətlidir. Müəllif bəzi dairələrin bu planın mutasiyalar nəticəsində ortaya çıxdığını iddia etdiklərini deyir. Bu cümləni oxuyan və biologiya haq-qında kifayət qədər məlumata malik olmayan bir oxucu da bu iddianın elmi izahat və sübut edilmiş bir həqiqət olduğunu güman edə bilər. Halbuki "Bu planın (anticismin antigeni tanıması) əmələ gəlməsi fikri də təsadüflərlə meydana gələn mutasiyalardır formasında müdafiə edilir" cümləsi heç bir elmi dəyəri olmayan və yalnız oxucunun diqqətini yayındırmaq, onu təsir altına almaq üçün hazırlanmış tamamilə mənasız bir cümlədir.

Bu təsir altına alma və aldatma üsulu əslində dünya haqqında heç bir məlumatı olmayan, hət-ta hafizəsini tamamilə itirmiş bir insanı sözlə aldatmağa bənzəyir. Bu insan içi olduqca inkişaf etmiş texnologiya ilə təchiz edilmiş bir göydələnin qarşısına gətirilsə və ona bu binanın zəlzələ nəticəsində yarandığı deyilsə, (şübhəsiz ki, həmin insan məntiqi cəhətdən buna inanmasa da) həmin anda onun bunu isbat etmək imkanı yoxdur. Lakin hər şeyə rəğmən ağlı və vicdanı ilə düşünən hər bir insan be-lə bir hadisənin baş verə bilməyəcəyini müəyyən edə bilər.
Kompleks bir hüceyrənin mutasiya nəticəsində əmələ gəldiyini demək də yuxarıdakı nümunə-yə bənzəyir. Hər şeydən əvvəl hüceyrə göydələndən daha üstün bir texnologiyaya malikdir. Hətta bir çox elmi dairələr hüceyrənin insan övladının qarşılaşdığı ən üstün və kompleks quruluş olduğunu deyir. İkincisi, hüeyrəyə malik olduğu xüsusiyyətləri verdiyi iddia edilən mutasiyanın hüceyrəyə tə-siri adətən zəlzələnin göydələnə təsirindən daha çox dağıdıcı, təhrifedici və dəyişdiricidir.

Belə dağıdıcı bir amilin yüz minlərlə müxtəlif antigen üçün yüz minlərlə müxtəlif anticisim yarada bilən, insan hafizəsi və zəkasından üstün bir qabiliyyətə malik olan hüceyrəni təsadüfən yarada bilməsi tamamilə qeyri-mümkündür.

Təkamül nəzəriyyəsinə görə isə hüceyrə yalnız bir mutasiya nəticəsində deyil, bir-birinin ar-dınca baş verən bir neçə mutasiya nəticəsində bu xüsusiyyətlərə malik olmuşdur. Bu da bir-birinin ar-dınca baş verən bir çox zəlzələnin bir şəhəri abad etməsinə bənzəyir.
Mutasiyaların hər birinin elmi həqiqətlərə zidd olaraq hüceyrəyə faydalı xüsusiyyət qazandır-dığını hər nə qədər mümkün olmasa da qəbul edək. Lakin bu da kifayət deyil. Çünki müdafiə hüceyrəsinin malik olduğu xüsusiyyətləri əldə etmək üçün milyon illərlə gözləməsi qeyri-mümkündür. Əgər müdafiə hüceyrəsi öz funksiyasını yerinə yetirməsə, bu, bir canlı üçün ölüm deməkdir. Müdafiə hüceyrələri bütün xüsusiyyətləri ilə birlikdə canlının orqanizmində ilk anlardan etibarən mövcud olmalıdır.

Bundan əlavə, müdafiə hüceyrələri yalnız üstün bir istehsal qabiliyyətinə malik deyil. Müdafiə sistemində bir-birindən fərqli xüsusiyyət və funksiyalar daşıyan bir çox hüceyrə var. Bu hüceyrə-lərin sanki intizamlı bir ordu kimi öz aralarında malik olduğu əlaqə, intizam, komandanlıq zənciri kimi xüsusiyyətləri nəzərə alınanda təkamül nəzəriyyəsinin təsadüf izahatının elm qarşısında necə alt-üst olması bir daha görünər.
Müdafiə hüceyrələrinin başqa canlıların bədən quruluşlarını ehtimal edə bilmə və bununla bağlı taktikanı müəyyən etmə qabiliyyətləri ən incə təfərrüatlarına qədər Allah tərəfindən yaradılmışdır. Allah üstün qüdrət sahibidir:

"Sizin tanrınız ancaq O Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm (Öz əzəli elmi) ilə hər şeyi ehtiva etmişdir!""
("Taha" surəsi, 98).