Orqanizmin gizli dəstəyi: mədəaltı vəzi
(pankreas)
Gözəl bir şam yeməyi yediyinizi təsəvvür edək.
Ola bilsin ki, müxtəlif qidalardan təşkil
olunmuş bu yeməyi necə həzm edəcəyinizi indiyə
qədər heç ağlınıza gətirməmisiniz. Hətta ola
bilsin ki, bu qidaların hər birinin müxtəlif
enzimlərlə prosesləri yerinə yetirdiklərini də
bilmirsiniz. Əlbəttə, bu sahədə təhsil almamış
bir insanın belə məlumatlara malik olmaması
təbiidir. Lakin orqanizmimizdə olan bir orqan
bütün bu məlumatlara malikdir. Bu orqan hansı
qidanın hansı şəkildə həzm ediləcəyini bilir.
Heç bir qarışıqlıq və qüsur olmadan, ən uyğun
zamanda, ən doğru kimyəvi şirələri qidalara
göndərir. Bu orqan mədəaltı vəzidir.
Mədəaltı vəzi orqanizmdəki ən mühüm orqanlardan
biridir. Mədəaltı vəzi damarlarda axan qanın
tərkibindəki şəkər molekulunun miqdarını
tənzimləyir. Əgər qanın tərkibindəki şəkər
molekulunun miqdarı azalarsa, mədəaltı vəzi
dərhal bu miqdarı artıraraq bunun qarşısını alır
və bu tədbirlər insanın həyatını qoruyur. Əgər
şəkər molekulunun miqdarı artarsa, bu dəfə də
qanın tərkibindəki şəkərin miqdarını azaltmaq
üçün tədbirlər görür.
Mədəaltı vəzi həzm sisteminə göndərdiyi
enzimlərlə də insan həyatında mühüm rol oynayır.
Bağırsaqların mədə turşuları tərəfindən
parçalanmasının qarşısını alan enzimlər də
mədəaltı vəzi tərəfindən hasil edilir.
Bütün bu funksiyaları ayrı-ayrılıqda tədqiq
etsək, bəlkə də heç diqqətimizi cəlb etməyən bir
orqanın bizim üçün nə qədər şüurlu və planlı
şəkildə hərəkət etdiyini, bizi mütləq ölümdən
xilas edən qüsursuz bir sistemə sahib olaraq
yaradıldığını görərik.
Həzm sistemində mədəaltı vəzinin fəaliyyətə
başlaması xüsusi bir xəbər vasitəsilə baş verir.
Mədədə həzm prosesləri davam etdiyi halda xüsusi
bir maddə olan "xolesistokinin" qanın tərkibinə
keçməyə başlayır. Bu enzimin qanda müəyyən bir
səviyyəyə gəlməsi mədəaltı vəziyə xəbərdarlıq
edir. Bu xəbərdarlıq mədəaltı vəziyə
funksiyasının vaxtını çatdığını bildirir və
mədəaltı vəzi parçalayıcı maddələri onikibarmaq
bağırsağa ifraz etməyə başlayır.
Gizli kimyagər
Mədəaltı vəzi yalnız həzm prosesini dərk etməklə
kifayətlənmir, həm də yediyiniz yeməklərin
növlərini bilir. Yediyiniz müxtəlif yeməklərə
görə fərqli həzm maddələri hasil edir. Məsələn,
makaron, çörək kimi karbohidratlı qidalar
yediyiniz zaman mədəaltı vəzin ifraz etdiyi
enzim karbohidratları parçalamaq xüsusiyyətinə
malikdir. Bu qidalar onikibarmaq bağırsağa
çatanda mədəaltı vəzi karbohidratları parçalamaq
xüsusiyyətində olan "amilaza" adlı enzim hasil
edir.
Əgər siz ət, balıq və ya toyuq kimi qidalar
yesəniz, mədəaltı vəzi proteinli qida qəbul
etdiyinizi dərhal bilir. Həmçinin bu qidalar
onikibarmaq bağırsağa çatdığı zaman bu dəfə
proteinləri parçalamaq üçün "tripsin,
kimotripsin, karboksipeptidaza, ribonukleaza və
dezoksiribonukleaza" kimi müxtəlif enzimlər
hasil edir və bu enzimlər protein molekullarına
hücum edir. Əgər yeməyinizdəki yağın nisbəti
yuxarıdırsa, bu enzimlərlə yanaşı yağları həzm
edən "lipaza" adlı bir enzim də hərəkətə gəlir.
Göründüyü kimi, bir orqan yediyiniz yeməklərin
nələrdən təşkil olunduğunu bilib daha sonra bu
qidaların həzm edilməsi üçün lazım olan kimyəvi
mayeləri ayrı-ayrılıqda hasil edir və bunları
yalnız lazımi anlarda ifraz edir. Mədəaltı vəzi
karbohidrat molekulu üçün protein parçalayıcı və
ya yağ molekulu üçün karbohidrat parçalayıcı
şirə ifraz etmir. Hasil etdiyi qarışıq mayelərin
kimyəvi formullarını unutmur. Bu qarışığı təşkil
edən hər hansı bir maddəni təsadüfən əskik etməz.
Mədəaltı vəzi sağlam insanlarda ömür boyu düzgün
şəkildə fəaliyyət göstərir.
İndi isə həyata keçən bu hadisəni mikromüstəvidə
və ən incə şəkildə tədqiq edərək qarşımızdakı
möcüzənin ölçülərini daha yaxından görək. Mədədə
həzm prosesi davam etdiyi halda mədə hüceyrələri
boş dayanmır. Bu hüceyrələrdən bəziləri mədədə
həzm edilən qidaların bir müddət sonra
onikibarmaq bağırsağa çatdığını bilir. Bu
hüceyrələrin bütün düşüncə və istəkləri
qidaların insan üçün ən gözəl şəkildə həzm
edilməsidir. Öz içlərindəki məsuliyyət hissi ilə
hərəkət edən mədə hüceyrələri mədəaltı vəzi
hüceyrələrinə məktub yazmağı (hormon ifraz
etməyi) və bu hüceyrələri köməyə çağırmağı
qərara alırlar. Bundan sonra yazdıqları
məktubları qan vasitəsilə mədəaltı vəziyə
göndərirlər.
Qanın tərkibinə buraxılan məktub orqanizmdə
səfər edir. Bu səfər əsnasında mədəaltı vəziyə
gəldiyimiz zaman mədəaltı vəzi hüceyrələri
məktubu tanıyır və dərhal açırlar. Buradakı
maraqlı məqam məktubun qan vasitəsilə demək olar
ki, bütün orqanizmi dolaşdığı halda onun digər
orqanların hüceyrələri tərəfindən açılmaması və
oxunmamasıdır. Bütün hüceyrələr bu məktubun
mədəaltı vəzi üçün yazıldığını, onları nəzərdə
tutmadığını bilir. Çünki məktubun üzərində
mədəaltı vəzinin ünvanı var. Məktubun molekulyar
quruluşu yalnız mədəaltı vəzi hüceyrələrinin üst
təbəqəsində olan qəbuledici molekullarla
qarşılıqlı təsir halında xüsusi olaraq yaradılıb.
Yəni mədə hüceyrəsi şüurlu və ağıllı bir şəkildə
hasil etdiyi hormonun üzərinə həqiqətən də bir
ünvan yazıb. Həmçinin orqanizmdə milyardlarla
müxtəlif ünvanlar arasından mədəaltı vəzi
hüceyrəsinin ünvanını düzgün şəkildə yazıb. Bu
ünvanın düzgün yazılması üçün mədə hüceyrəsinin
mədəaltı vəzi hüceyrəsinin bütün
xüsusiyyətlərini bilməsi lazım gəlir.
Möcüzə yalnız ünvanın düzgün yazılması ilə
bitmir. Mədə hüceyrəsinin göndərdiyi məktubun
içində həm də xəbər var. İnsan orqanizminin
dərinliklərində, bir-birindən çox uzaqda olan
iki kiçik canlı (hüceyrə) məktublaşıb əlaqə
saxlayır. Onlar bir-birlərini heç görmür, lakin
bir-birini hansı dildə anladıqlarını bilirlər.
Həmçinin bu əlaqə müəyyən bir məqsədə xidmət
edir. İki hüceyrə birləşib yediyiniz qidaların
həzm edilməsi üçün plan qururlar. Şübhəsiz ki,
bu, həqiqi bir möcüzədir.
Ona gələn məktubu (xolesistokinin hormonunu)
oxuyan mədəaltı vəzi heç bir şeyi gözləmədən bu
məktubdakı əmrə tabe olur. Dərhal qidaların həzm
edilməsi üçün lazımi enzimləri ifraz etməyə
başlayır. Əgər onikibarmaq bağırsağa çatan qida
proteindirsə, protein ifraz edən enzim hasil
edir. Əgər bu qida karbohidrat tərkiblidirsə, bu
dəfə karbohidratları parçalayan bir enzim hasil
edir və bu enzimi onikibarmaq bağırsağa göndərir.
İndi isə qarşınıza qara bir lövhənin qoyulduğunu
və bu lövhənin üzərinə sıra ilə bir protein
molekulunun, bir yağ molekulunun və bir
karbohidrat molekulunun formullarının
yazıldığını, bu molekulların atomik sıralarını
göstərən şəkillərin çəkildiyini düşünək. Bundan
sonra sizdən bu üç müxtəlif molekulyar quruluşun
hər birini parçalayacaq ən uyğun molekulyar
quruluşa malik olan enzimlərin formullarını
yaratmağınızı və həmin formulları lövhəyə
yazmağınızı istəsinlər.
Əgər kimya sahəsində bir təhsiliniz yoxdursa,
sizə milyon il vaxt verilsə də buna uyğun
formulu ehtimal edib tapa bilməzsiniz. Bu
molekulları parçalayan enzimlərin formullarını
yalnız kimyaçı mütəxəssis yaza bilər. Bu insan
da uyğun formulu öz xəyalına əsaslanaraq yazmaz.
Yalnız aldığı təhsilə və əvvəl də ona verilən
bilgilərə əsasən bu formulu yaza bilər.
Vəziyyət belə olduğu halda mədəaltı vəzi
hüceyrələrinin hasil etdiyi enzimlərin kimyəvi
quruluşlarını necə bilməsi sualı olduqca böyük
əhəmiyyət daşıyır. Hər bir mədəaltı vəzi
hüceyrəsi yaranandan bəri həmin məlumatlara
malik olur. Onlar yalnız bu məlumata malik
olmaqla da kifayətlənmir, bildiklərindən ən
düzgün şəkildə istifadə edir və yorulmadan
insana xidmət edirlər. Mədəaltı vəzi hüceyrələri
kimya sahəsində insanlardan da ağıllı və
bacarıqlıdır. Çünki insanın bütün bu formulları
yarada bilməsi üçün təhsilə ehtiyacı olduğu
halda kiçik bir hüceyrə haqqında bəhs edilən
formulları yaranandan bəri əzbər bilir.
Hüceyrələrin belə yüksək ağıla, xüsusi məlumata
və üstün məsuliyyətə malik olmasını heç bir
təsadüflə izah etmək olmaz. Heç bir təsadüf
hüceyrələrin bir-biri ilə əlaqə saxlayacaqları,
bir-birindən kömək istəyəcəkləri bir sistemi
yarada bilməz. Heç bir təsadüf bircə mədəaltı
vəzi hüceyrəsinə də bir kimyəvi formulu öyrədə
bilməz. Həmçinin heç bir təsadüf hüceyrəyə
əlindəki məlumatdan düzgün və vaxtında istifadə
etmək qabiliyyəti verə bilməz.
Bu sistemləri yoxdan yaradan və onların hər an
fasiləsiz fəaliyyət göstərməsini təmin edərək
insana xidmət etdirən qüvvə aləmlərin Rəbbi olan
Uca Allahdır.
Mədəaltı vəzinin orqanizmdə başqa mühüm
funksiyalarından biri də onun qanın tərkibindəki
şəkəri tənzimləməsidir. Bu tənzimləməni aparan
şirələr mədəaltı vəzinin içində olan və "Langerhans
badamcıqları" adlanan kiçik bağlı vəzilər
tərəfindən hasil edilir. İnsulin və qlükaqon
adlı bu hormonlar şəkərin tənzimlənməsi
funksiyasını daşıyır.
Bir tərəfdən şirin çayınızı içdiyiniz, digər bir
tərəfdən də tortunuzu yediyiniz zaman qanınızın
tərkibində olan şəkərin miqdarını
tənzimləməyinizin vacibliyi haqqında heç vaxt
fikirləşmirsiniz. Bəlkə də ardıcıl şəkildə
gerçəkləşən tənzimləmənin nə qədər həyati
əhəmiyyət daşıdığını da düşünmürsünüz. Lakin
sizin səhhətinizlə bağlı bu sahədə konkret
vəzifə daşıyan mədəaltı vəziniz lazım gələn
bütün məlumatlara malikdir və qanınızın
tərkibində olan şəkərlə bağlı ölçmələri çox
həssas şəkildə yerinə yetirir. Lazım olduğu
zaman da kifayət qədər hormon ifraz edərək
orqanizminizdəki şəkəri tənzimləyir.
Qanın tərkibindəki şəkərin miqdarının müəyyən
həddə olması insan həyatı üçün zəruridir. Lakin
insan gündəlik həyatında şəkərli qidalar
yeyərkən bu həssas tarazlığı hesablaya bilməz.
Çünki bu hesabat hər bir insan üçün müntəzəm
şəkildə aparılır.
Qanın tərkibində olan şəkərin miqdarı yüksələndə
mədəaltı vəzi bundan dərhal xəbər tutur və
insulin adlı xüsusi bir maddə ifraz edir. Bu
maddə qaraciyərə və orqanizmdə olan başqa
hüceyrələrə qanın tərkibindəki artıq şəkəri
saxlamağı əmr edir. Əgər qandakı şəkərin miqdarı
aşağı düşərsə, mədəaltı vəzi bunu da dərhal
öyrənir və "qlükaqon" adlı başqa bir hormon
ifraz edir. Bununla əlaqədar olaraq qaraciyər
əvvəlcədən ehtiyatda saxladığı şəkər
ehtiyatlarını xüsusi proseslərdən keçirib
yenidən qana verir. Qanın tərkibindəki şəkərin
nisbəti bu proseslər sayəsində heç bir zaman,-
xəstəlik hallarını çıxmaq şərtilə,- təhlükəli
həddə çatmır.
Gündəlik həyatda sizin nə mədəaltı vəzidən, nə
insulindən, nə də qaraciyərdən xəbəriniz olmur.
Qanınızda şəkərin miqdarının yüksəldiyini hiss
etməzsiniz, hətta qarşınıza müxtəlif şəkər
nisbətləri olan iki şüşə qan qoyulsa, arada olan
fərqi də bilməzsiniz. Lakin heç bir zaman
görmədiyiniz və bilmədiyiniz bəzi hüceyrələriniz
qanınızdakı şəkərin miqdarını laboratoriyada
olan cihazlardan da dəqiq şəkildə ölçür və nə
etmək lazım olduğunu dərhal müəyyən edərək
müvafiq tədbirlər görürlər.
Bəs hüceyrələriniz bu misilsiz ağıl və
qabiliyyətə necə nail olublar?
Əlbəttə ki, hüceyrələrinizə ölçmə apartdıran,
qərar qəbul etdirən, bunları tətbiq edəcək ağıl
və qabiliyyət qazandıran hüceyrələrinizin özləri
deyil. Orqanizminizdəki hüceyrələrə lazımi
əmrləri verən, onları necə davranmaq lazım
gəlməsi barədə xəbərdar edən, qüsursuz sistemlə
onları yaradan üs-tün qüvvə sahibi Uca Allahdır.
Bura qədərki hissələrdə mədəaltı vəzidən bəhs
edərkən "bilir, edir, unutmur, qüsura yol vermir,
qarışdırmır, yanılmır" kimi ifadələrdən istifadə
etdik. Mədəaltı vəzinin də hüceyrələrdən təşkil
olunduğunu qəbul etsək, ağıl tələb edən bu
vəsflərin mədəaltı vəzinin özünə məxsus olmadığı
dərhal aydın olacaq. Bəs bu hüceyrələrə bütün
ömür boyu yaratmaq, xidmət göstərmək
məsuliyyətini verən kimdir? Mədəaltı vəzi
hüceyrələrinə bir-birindən fərqli və mürəkkəb
molekulları parçalayan enzimlə-rin kimyəvi
formullarını kim öyrədib? Hasil edilən mayelərin
ünvana düzgün çatdırılmasını təmin edən boru
sistemini kim döşəyib? Düzgün mayenin düz və
vaxtında çatdırılmasını təmin edən siqnal və
əlaqə sistemini kim qurub?
Bu suallar və bunun kimi verilə biləcək yüzlərlə
sual bizi açıq bir həqiqətə doğru aparır. Bütün
bunları yaradan qüvvə Allahdır. Allah kiçik
sahələrə yerləşdirdiyi belə əzəmətli və möhtəşəm
xüsusiyyətlərlə Özünü bizlərə tanıdır. Allah
böyük qüvvə sahibidir. Allahın yaratmaqda heç
bir şəriki yoxdur. Bu isə insanın həyatındakı ən
mühüm həqiqətdir: