İnsan möcüzəsi

Həzm prosesi ilə birlikdə turşuya çevrilən maye

Mədənin fəaliyyət sistemindəki vahid layihə sistemi yalnız bu deyil. Əvvəl də qeyd etdiyimiz kimi, insan orqanizmində elə qüsursuz bir sistem var ki, burada hər bir ehtimal üçün lazım olan tədbirlər əvvəlcədən görülmüşdür. Məsələn, mədə boş olarkən onun içində həzm turşularının olması,- mədə mukus tərəfindən bu turşuya qarşı nə qədər qorunsa da,- mədəyə bir müddət sonra zərər verəcək. Buna görə də mədə boş olanda onun içində həzm turşuları hasil edilmir. Bu səbəbdən mədənin zərər çəkmə təhlükəsi də aradan qalxmış olur. Boş mədənin içində həzmetmə xüsusiyyəti olmayan "pepsin" adlı bir maddə olur. Mədə hüceyrələri yalnız mədəyə qidaların gəlişi ilə birlikdə HCL (hid-roxlorid) turşusu adlı maye ifraz etməyə başlayır. Bu maye boş mədədə olan pepsinin quruluşunu ani surətdə dəyişdirir və "pepsin" adlı çox qüvvətli parçalayıcı maddəyə çevirir. Bu da mədədəki qidaları dərhal parçalayır.

Mədə boş olanda tamamilə zərərsiz olan bir mayenin mədənin dolması ilə birlikdə çox qüvvətli bir parçalayıcıya çevrilməsinin şüursuz təsadüflərlə izah edilə bilməyəcəyini dərk etmək üçün bir az düşünmək kifayətdir. Bir maddənin başqa bir maddəyə təsadüf nəticəsində, üstəlik də hər dəfə doğru formul əsasında çevrilməsi əsla mümkün deyil ki, bu proses də bütün insanlarda yeməkdən əvvəl baş verir. Bu vəziyyət təsadüf kimi boşboğazlığı birdəfəlik rədd edir.
Mədə hüceyrələrinin hansı maddəni nə vaxt ifraz edəcəklərini bilən, hüceyrələrin yerli-yerində hərəkət etməsini təmin edən, turşuların ifrazat vaxtını tənzimləyən bir qüvvənin mövcud olması inkarolunmaz və aşkar bir həqiqətdir. İnsan orqanizminə hakim olan bu qüvvə bütün kainatı, kainatda olan bütün canlıları, insanları yaradan Allahdır. Yaratmaqda Allahın heç bir şəriki yoxdur.

Mədənizdəki xüsusi suspenziya sistemi
Yemək yedikdən sonra siz yalnız toxluq hissi, bəlkə də bir az ağırlıq hiss edirsiniz. Bunlardan başqa, mədənizdə nələrin baş verdiyindən bəlkə heç xəbərdar da deyilsiniz. Halbuki yeməkdən qısa bir müddət sonra mədənizdə böyük bir hərəkət baş verir. Mədəniz daim sağa, sola, yuxarı, aşağı çalxalanır və qidaların daha yaxşı həzm edilməsinə çalışır. Lakin siz mədənizdəki xüsusi suspenziya sistemi sayəsində bu hərəkətləri heç vaxt hiss etmirsiniz.

Mədə əzələləri üç müxtəlif istiqamətdə düzülüb. Mədə bu şəkildə aşağı, yuxarı, sağa, sola və çarpaz formada hərəkətləri asanlıqla yerinə yetirir. Bu da qidaların mədə mayeləri ilə daha yaxşı təmasda olub qarışmasını təmin edir. Lakin bu cür hərəkətlər hər zaman özləri ilə birlikdə sürtünmə təhlükəsini də yaradır.
Mədə bağırsaqların lap yaxınlığında yerləşən orqandır. Onun daimi hərəkət etməsi bağırsaqlara sürtünməsi deməkdir ki, bu da insan səhhəti üçün problemlər yarada biləcək haldır.
Əlbəttə, mədədə bu təhlükəyə qarşı da tədbir görülüb. Mədənin ən üst toxuması "periton" adlı təbəqə ilə örtülüb. Bu təbəqənin ifraz etdiyi selikli maye mədə və bağırsaqlara "çöldən yağlama" kimi xarakterizə ediləcək prosesi yerinə yetirərək bu orqanların sürüşkən olmasını və bundan başqa, onların fəaliyyət göstərərkən bir-birinə sürtünüb zədələnməsinin qarşısını alır.