İnsan möcüzəsi

Analoqu yaradıla bilinməyən möcüzəli maye

Qanın tərkibində baş verən hadisələri tədqiq edən alimlər qarşılaşdıqları qüsursuz nizamı təqlid edə bilmək üçün çalışmalarını davam etdirirlər. Lakin hələ bu günə qədər konkret bir irəliləyiş qeydə alınmayıb. Hətta tədqiqatçılar da bu qeyri-adi mayeni təqlid etmək yönündə çalışmaqdan imtina etmiş, qanla bağlı tədqiqatlarının istiqamətini dəyişdirmişlər. Onlar oksigen daşıya bilən ehtiyat mayeni yaratmaq üçün tədqiqatlar aparırlar.

Lakin alimlər qanla bağlı tədqiqat apararkən müxtəlif çətinliklərlə qarşılaşırlar. Qanı damardan çəkdikləri zaman qan laxtalanır. Qan hüceyrələrinin mikroskop altında və orqanizmdə eyni şəkildə hərəkət edib- etməməsi məlum deyil. Bundan əlavə, qan nə plastik boruda, nə də şüşə qabda tam mənasında canlı halda qalmadığı üçün onun içindəki hüceyrələr ayrı-ayrılıqda tədqiq edilir. Bütün bunlar nəzərə alındığı zaman elm əsl qanı deyil, laboratoriyadakı qanı analiz edərək öyrənir. (R. von Bredow, Geo, noyabr, 1997).

Laboratoriyalarda analoqu yaradıla bilməyən bu qeyri-adi maddə insanın ilk yarandığı gündən etibarən orqanizmdə hazırlanır. Bu gün malik olduğumuz yüksək texnologiya ilə hətta təqlid də edilə bilməyən bir maddənin müəyyən dövr ərzində öz-özünə, təsadüflərin təsiri ilə əmələ gəldiyini iddia etmək şüurdan tamamilə uzaqlaşmaq deməkdir. Bir çox canlı növünə həyat verən bu maddə Allahın yaradıcı olmasının açıq dəlillərindən biridir.

Eritrositlərin şəkildəyişmə qabiliyyəti
Eritrosit hüceyrələri yalnız bir qan damlasında 250 milyon ədəd yerləşəcək qədər kiçik ölçüdədir. Bu isə eritrositlərin damarlarda asan hərəkət edə bilməsini təmin edən sərfəli bir haldır. Lakin insanın orqanizmində diametri eritrosit hüceyrəsinin diametrindən də kiçik olan kapilyarlar (kiçik qan damarları) var. Bu, ilk baxışda çox böyük bir problem kimi görünə bilər. Çünki eritrosit hüceyrəsi özündən çox kiçik diametrdə olan kapilyarlardan keçməlidir. Bu çətin proses necə baş verəcək?

Eritrositlərin elastik quruluşu məhz bu məqamda işə yarayır. Eritrositlər özlərinin yastı və olduqca elastik quruluşları sayəsində hətta ən dar damarlardan da asanlıqla keçə bilirlər. Bu elastiklik eritrosit hüceyrələrinin malik olduğu başqa bir layihənin nümunəsidir. Əgər eritrositlər bu elastikliyini azacıq da olsa itirsə, ortaya olduqca ciddi problemlər çıxa bilər. Məsələn, bəzi şəkər xəstələrinin gözlərindəki həssas toxumalar elastikliyini itirmiş eritrosit hüceyrələri tərəfindən tıxanıb bağlanır və bu hal növbəti mərhələdə korluğa səbəb olur . Yalnız bir nümunədən göründüyü kimi, insan orqaniz-minin hər bir hissəsində mövcud olan quruluş olduqca həssas, qüsursuz tarazlıqda yaradılmışdır.

Orqanizmdəki geriyə mübadilə ilə müşayiət olunan sistem
İnsan orqanizmindəki geriyə mübadilə sistemi də qüsursuz bir quruluşa malikdir. Hər an çoxlu prosesin baş verdiyi orqanizmimizdə daim zərərli tullantılar, ölü hüceyrələr, orqanizmə daxil olan və müdafiə sistemi tərəfindən parçalanan yad maddələr və başqa bir çox lazımsız maddələr gəzir. Lakin bunların heç biri orqanizmə zərər vermir.

Çünki bu maddələri orqanizmdən kənar edə biləcək və ya onlardan orqanizmdəki zəruri proseslərdə istifadə edə biləcək sistemlər var. Buna misal olaraq daim yeniləşən eritrosit hüceyrələrini göstərə bilərik. Bu hüceyrələrin ömrü təxminən 120-130 gündür. Yaşlı eritrositlər qaraciyərdə, dalaq-da və sümük iliyində ölürlər. Ölən eritrositlərin əvəzinə də yeni eritrositlər yaranır. Hər saniyə 10 milyon eritrosit ölür, onların əvəzinə hər gün 200 milyard yeni hüceyrə əmələ gəlir və bu yolla orqaniz-min bütün eritrositləri təxminən dörd aydan bir tamamilə yeniləşmiş olur.

Ölən eritrositlərin içində olan dəmir molekulu da orqanizmimizdəki "geriyə mübadilə" sistemi ilə yeni eritrositlərin hazırlanmasında istifadə edilmək üçün ehtiyatda saxlanılır. Bu isə ideal bir səna-ye planlaşdırma nümunəsidir. Aydındır ki, belə bir layihə öz-özünə ortaya çıxmayıb. Eritrositləri bu xüsusiyyətləri ilə birlikdə yaradan Uca Allahdır.