İnsan möcüzəsi

Bir-birinin ardınca düzülmüş möcüzələr

Allah insanı elə yüksək səviyyədə yaradıb ki, insan orqanizmindəki hər bir sistem başqa sistemlərlə bağlıdır. Bir sistemin fəaliyyətindəki qüsur digər sistemlərin də işinə təsir edir. Bunu daha yaxşı dərk etmək üçün yalnız qan dövranının başqa sistemlərlə olan əlaqələrini nəzərdən keçirək.
* Həzm sisteminin mənimsədiyi qidalar orqanizmin hüceyrələrinə qan yolu ilə daşınır. Belə ki, qan dövranı və həzm sistemləri eyni zamanda yaradılmalıdır.
* Hormonal vəzlərin istehsal etdiyi məlumatlar lazımi orqanlara qan vasitəsilə daşınır. Qan dövranı və hormonal sistemlər eyni zamanda yaradılmalıdır.

* Qanın tərkibindəki karbondioksid tənəffüs sistemi tərəfindən tənzimlənir. Qan dövranı və tənəffüs sistemləri eyni zamanda yaradılmalıdır.
* Qan böyrəklərdə nizamlı şəkildə tənzimlənməlidir. Qan dövranı və ekskretor (ifrazat) sistemləri eyni zamanda yaradılmalıdır.
* Skelet əzələləri yığılmasa, venalarda qan irəliləyə bilməz. Qan dövranı və əzələ sistemi eyni zamanda yaradılmalıdır.
* Qan hüceyrələri sümük iliyində hazırlanır. Qan dövranı və skelet sistemləri eyni zamanda yaradılmalıdır.
Bu nümunələr digər sistemlərin qan dövranına təsirləri ilə bağlı nümunələrdir. Buna bənzər bir çox nümunələr göstərmək olar. Lakin yaddan çıxarılmamalı olan başqa bir mühüm məqam da var. Qan dövranı sistemi digər bütün sistemlərdəki orqanları qidalandırır. Məsələn, həzm sisteminin bir hissəsi olan dil, tüpürcək vəzləri, yemək borusu, mədə, bağırsaqlar, qaraciyər və başqa orqanlar bila-vasitə qan damarları ilə qidalanır.

- Hormonal sistemdə olan hormonal vəzlər qan damarları ilə qidalanır.
- İfrazat sistemi üzvləri, məsələn, böyrəklər, qan damarları ilə qidalanır.
- Tənəffüs sistemi üzvləri, məsələn, ağciyər qan damarları ilə qidalanır.
- Əzələ sistemini təşkil edən əzələlər və skelet sistemini təşkil edən sümüklər qan damarları ilə qidalanır.
Qan dövranı olmadan orqanizmdəki orqanların heç biri qidalana və yaşaya bilməz. Bütün bu əlaqələr və bir-birinin içində olan sistemlər təkamül nəzəriyyəsinin mənasız olduğunu sübut edən ən böyük dəlillərdən biridir. İnsan orqanizmindəki sistemlər bir-biri ilə qüsursuz ahəng, nizam, mübadilə və işbirliyi vəziyyətindədir. Bu sistemlərin işə yararlı olması üçün onların hamısı eyni zamanda yaranmalıdır. Bu, bizi yenə də bir həqiqətə gətirib çıxarır. İnsan orqanizmi bütün xüsusiyyətləri ilə birgə Allah tərəfindən bir anda yaradılıb.