İnsan möcüzəsi

Həyat borusu - nəfəs borusu

İlk anda burunda təmizlənən hava tənəffüsün sonrakı mərhələsində orqanizm içində hərəkət edərək bir az da aşağı enəcək. Havanın burundan sonra keçəcəyi yer nəfəs borusudur.

Mikroskop altında tədqiq edildiyi zaman nəfəs borusunun hər saniyə öz-özünü təmizləyərək ağciyərləri qoruyan bir quruluş olduğu müşahidə ediləcək. Nəfəs borusu halqavari quruluşa malik olub daxili hissəsi titrək tüklərlə örtülüdür. Həmin tükcüklər fasiləsiz olaraq ağciyərə əks istiqamətdə, yəni ağıza doğru qamçı şəkilli hərəkət edirlər. Tükcüklərin üzərinə düşən daha kiçik hissələr bu şəkildə boğaza doğru irəliləyir və ağciyərdən uzaqlaşır. Boğazda yemək borusu ilə birləşən nəfəs borusu içində toplanan artıq hissələrini və bəzi bakteriyaları yemək borusuna ötürür. Boğazda toplanan zərrəciklər udqunma refleksi yaradır. Beləliklə, artıq maddələr və ağciyərdə xəstəlik yarada biləcək bütün bakteriyalar udularaq mədəyə göndərilir və mədə turşusunda parçalanıb yox edilir. Səhər yuxudan oyananda boğazın sanki dolu olmasının hiss edilməsi və səsin dəyişməsinin səbəbi də gecə uzunu nəfəs borusunun özünütəmizləmə prosesi zamanı toplanan yad maddə və bakteriyalardır.

Ağciyəri qoruyan sığorta sistemləri bununla bitmir. Nəfəs borusuna yanlışlıq ucbatından qida və ya rütubət zərrələri düşsə də bunlar da başqa bir təhlükəsizlik və müdafiə sistemi vasitəsi olan və öskürək adlandırılan hava partlaması ilə çıxarılır. Bir öskürəyin havanı itələməsi saatda 960 km-ə qədər çıxa bilir.

Nəfəs borusu qırtlaqdan ağciyərə qədər olan və uzunluğu təxminən 30 sm təşkil edən bir borudur. Bu boru hər an açıq olmalıdır. Əks təqdirdə havanın ciyərlərə verilməsi dayanar və insan boğularaq ölər. Boyun kimi mütəhərrik bir nahiyədən keçən və ətdən ibarət olan bu elastik borunun da-im açıq qalmasını təmin etmək əslində olduqca çətindir. Lakin nəfəs borusunun ideal quruluşu sayəsində bu çətinlik aradan qaldırılmış olur. Nəfəs borusu C hərfinə bənzər qığırdaqlarla möhkəmləndirilib. Belə ki, həmin qığırdaqlar nəfəs borusunun bağlanmasının qarşısını alır.

Bu mürəkkəb sistemin hər hansı bir hissəsindəki qüsur orqanizmdə aradan qaldırılması çətin olan zədələrin yaranmasına səbəb olur. Məsələn, genetik bir xəstəlik olan Kartagen sindromunda sistemin bütün ünsürləri qüsursuz mövcud olmalarına baxmayaraq nəfəs borusunu örtən tükcüklərin hərəkət etmə xüsusiyyətləri yoxdur. Bu qüsurla doğulan körpələrin əksəriyyəti tez-tez baş verən ağciyər infeksiyaları səbəbi ilə böyüməmiş ölür.

İnsan orqanizminin dərinliklərindəki gözlə görünməyən mikrotükcüklər insan səhhəti üçün var qüvvələri ilə fəaliyyət göstərirlər. Onlar nəfəs borunuza daxil olan tozu və yad cisimləri əldən-ələ ötürməklə daşıyaraq ciyərlərinizdən uzaqlaşdırmağa çalışırlar. İnsanın varlığından hətta xəbərinin də olmadığı, lakin ona gecə-gündüz xidmət göstərən bu milyonlarla mikrotükcük insan orqanizminin planlaşdırılmış, yəni yaradılmış olmasının bir dəlilidir.

Hətta hüceyrələri də hərəkət etdirən mikroskopik tükcüklərin varlığı da darvinizm cəfəngiyyatını alt-üst etmək üçün kifayətdir

Darvinistlərin iddiasına görə, bütün canlılar boş təsadüflər nəticəsində yaranıb. Lakin orqanizmimizdəki minlərlə kompleks sistem həmin təsadüflər cəfəngiyyatını alt-üst edir. Bunlardan biri funksiyası hüceyrəni hərəkət etdirmək olan tükcüklərin quruluşundakı minlərlə incəlikdir.
* Bəzi hüceyrələr kipriklərə bənzəyən tükcüklər sayəsində hərəkət edirlər. Məsələn, tənəffüs yollarındakı sabit hüceyrələrin hər biri yüz ədəd tükcüyə malikdir.

* Tükcüklər eynilə gəmi avarları kimi eyni anda hərəkət edərək hüceyrənin irəliləməsini təmin edir.
* Bir tükcük şaquli istiqamətdə (uzununa) kəsiləndə onun doqquz ayrı çubuqşəkilli quruluşdan ibarət olduğu görünür.
* Mikrokolba adlanan çubuqlar bir-birinin içinə keçmiş iki ayrı halqadan ibarətdir.
* Bu halqaların biri on üç, digəri isə on ayrı teldən ibarətdir.

* Mikrokolbalar tubulin adlı proteinlərdən əmələ gəlir.
* Mikrokolbanın "dynein" adlı bir proteinə malik olan xarici qol və daxili qol adlı iki çıxıntısı var. Dynein proteininin vəzifəsi hüceyrələr arasında mühərrik funksiyası daşımaq və mexaniki qüvvə yaratmaqdır.
Bu tubulin proteinini təşkil edən molekullar bir kərpic kimi düzülüb hüceyrədə silindrşəkilli nizam əmələ gətirirlər. Lakin tubulin molekullarının düzülüşü kərpiclərdən daha mürəkkəb və mükəmməldir.

* Tükcüklərin ortasında iki mikrokolba da var. Bunlar tək olur və 13 tubulin lentindən ibarətdirlər.
* Hər bir tubulinin üst tərəfində 10 ədəd qısa çıxıntı, alt tərəfdə isə 10 ədəd girinti var. Bu girinti-çıxıntılar bir-birinin içinə keçə biləcək şəkildə harmonik yaradılıb. Beləliklə, onlar çox sağlam bir quruluş əmələ gətirirlər. Çox xüsusi bir quruluşa malik olan bu girinti-çıxıntılarda ən kiçik bir zədə də hüceyrənin quruluşuna xələl gətirəcək.

Yuxarıda çox qısaca və sadə sözlərlə xülasə etdiyimiz zərrəciklər tükcüyü meydana gətirir və onların yeganə məqsədi orqanizmimizdəki trilyonlarla hüceyrədən yalnız birini hərəkət etdirməkdir. Bu günə qədər yaşamış və hələ də yaşayan bütün insanların tənəffüs hüceyrələrinin hər birində belə əhatəli bir sistem var. Üstəlik bir çox hissədən ibarət olan bu kompleks sistem hətta gözlə görünməyəcək qədər kiçik olan hüceyrənin içindəki bir tükcüyün də təməlidir. Bir sözlə, Allah bizim heçlik adlandıra biləcəyimiz qədər kiçik bir yerə olduqca sistemli və kompleks bir mexanizm yerləşdirib. Təsadüflərin hüceyrəni hərəkət etdirməyi düşünərək belə bir sistemi hətta təsəvvür də edə bilməyəcəyimiz qədər kiçik bir sahəyə sığışdırması qətiyyən mümkün deyil. Bu, yalnız Uca Allahın üstün və sonsuz ağlı, elmi və qüvvəsi sayəsində mümkün ola bilər.