İnsan möcüzəsi

İnsan Allah tərəfindən yaradılıb

Bu saytı oxuduğunuz zaman bəlkə də ayaqlarınızı hərəkət etdirərək orqanizminizdəki əzələ və sümüklərin birgə necə fəaliyyət göstərdiyini dərk etməyə çalışdınız. Bəzən də yeməyi ağzınızda çeynədiyiniz zaman ağlınıza yediklərinizin həzm prosesi üçün hazırlandığı məsələsi gəldi, yatdığınız zaman ürəyinizin səsini eşitdiniz və sizin də əlavə bir generatorunuzun olduğunu düşündünüz. Bəlkə də qəzet oxuduğunuz zaman əllərinizdəki əzələlər ağlınıza gəldi və səhifələri çevirərkən barmaqları-nızın etdiyi hərəkətlərə göz qoymağa çalışdınız...
Burada ən mühüm məsələ kitabı oxuduğunuz zaman hiss etdiklərinizin, o an düşündüklərini-zin davamlı olması, sonrakı günlərdə də öz təsirini göstərməsi, həmçinin bu kitab vasitəsilə əldə edi-lən dərin düşüncə metodlarından qarşılaşdığınız hər bir hadisədə istifadə edilməsidir. Çünki bu kita-bın yazılmasındakı məqsəd insan orqanizmi haqqında bioloji məlumatlar vermək və bunları oxucuya maraqlı müqayisə və nümunələrlə başa salmaqdan ibarət deyil. Kitabda verilən müqayisələrdə, diq-qətçəkici ifadələrdə, müfəssəl məlumatlarda məqsəd hər bir insanın öz orqanizmində hər an baş ve-rən möcüzəvi hadisələr barədə yanlış baxışlarını aradan qaldırmaqdan ibarətdir. Bu hadisələrə “adi baxmaq” kimi yanlış fikrin aradan qaldırılması üçün oxucunu düşünməyə sövq edən suallar da veri-lir. Bu suallar üzərində düşünmək və kamilləşmək isə hər bir insanın öz səyi ilə mümkündür. Bütün kitab boyu istifadə edilən bu metodlar çox əhəmiyyətlidir, çünki bu günə qədər təkamül ssenarilərini elmi həqiqətlər kimi qəbul etmiş insanlara təsir edən “təsadüf nağılı”nın aradan qaldırılması yalnız bu metodlarla mümkündür. Təkamülçülərin məntiqi zəifliklərinin elmi şəkildə və hər bir insanın dərk edəcəyi dillə ortaya qoyulması ilə yanaşı təkamül nəzəriyyəsinin elmilik maskası taxmış açıq saxta-karlıq olması aydın görünür.
Təkamül sehrinin aradan qaldırılması açıq-aydın olan yaradılış həqiqətini görməyi təmin et-mək üçün bir vasitədir. Kitabda təfərrüatları ilə birlikdə qeyd olunduğu kimi, Allah insanın qüsursuz şəkildə yaradıb və bunu Öz ayələrində bildirib.
Orqanizmimiz bizim üçün bir nemət olaraq 24 saat fasiləsiz fəaliyyət göstərir. Lakin unutma-yın! “İnsan möcüzəsi” adlı bu kitabda bütün oxuduqlarınız yalnız sizin orqanizminizdə deyil, ananı-zın, atanızın, bacı və qardaşınızın, övladlarınızın, həyat yoldaşınızın, qohumlarınızın, qonşularınızın, bir sözlə, ətrafınızdakı və dünyadakı bütün insanların orqanizmində də baş verir. Keçmişdə yaşayan insanların orqanizmlərində də həmin sistemlər qüsursuz şəkildə mövcud idi. Allahın izni ilə gələcək-də də belə olacaq.
Bu, bütün aləmlərin Rəbbi olan Uca Allahın yaratdığıdır... Allahın gücü hədsizdir.

Ağlı və vicdanı olan insanlar bu açıq həqiqəti görür və yalnız Rəbbini razı salmaq üçün yaşayırlar.