İnsan möcüzəsi

Tənəffüsə avtomatik nəzarət

Tənəffüs prosesinin sürəti və dərinliyi onun içində olduğu şəraitə görə dəyişir. Məsələn, qaçan və ya nərdivanla yuxarı çıxan bir insan oturan bir insana nisbətən daha tez-tez və sürətlə nəfəs alıb-verir. Çünki hərəkət halında olarkən orqanizmin hüceyrələri daha çox güc və enerji sərf edir. Buna görə də trilyonlarla hüceyrə normadan artıq oksigenə ehtiyac duyur. Oksigenə ehtiyacın artması ilə yanaşı hüceyrələrin yaratdığı əlavə karbondioksid də orqanizmdən kənarlaşdırılmalıdır. Əgər artan oksigen ehtiyacı ödənməsə, orqanizmin bütün hüceyrələri bundan zərər çəkəcək. Oksigensizliyə az dözümlü olan beyin, ürək kimi nahiyələrdəki hüceyrələr isə çox qısa bir müddətdə bütün həyat əlamətlərini itirəcəklər.

Daha çox oksigen ifrazı və normadan artıq karbondioksidin uzaqlaşdırılması üçün yeganə çarə tənəffüsü sürətləndirməkdir. Tənəffüsü sürətləndirməyin yeganə yolu da ağciyərlərin daha sürətlə fəaliyyət göstərməsini təmin etməkdir. Belə halda xüsusi bir sistem dövriyyəyə daxil olub ağciyərin fəaliyyətini təcili surətdə sürətləndirməlidir. Tənəffüs sistemi belə ani ehtiyaclar qarşısında dövriyyəyə daxil olan bir sistemə də malikdir.

Nəfəs alıb-vermə prosesinə onurğa və beyindəki mərkəzlər tərəfindən nəzarət edilir. Diafraqma və qabırğa əzələlərinə gedən sinirlər bu sistemlərin hər 4-5 saniyədən bir nizamlı şəkildə yığılmasını təmin edir. Əgər sinirlər kəsilərsə, nəfəs alıb-vermə prosesi də dayanar.
Tənəffüsə təsir edən başqa bir amil də qanın tərkibindəki CO2-nin miqdarıdır. Metabolizm sürətlə fəaliyyət göstərdiyi vaxtlarda qanın tərkibində karbondioksidin miqdarı da artır. Bunun nəti-cəsində qanın turşuluğu da yüksəlir və buna görə də qanın pH-ı aşağı düşür. Bu hal sinir sistemindəki tənəffüs mərkəzinə təsir göstərir. Bu mərkəzlər sinirlər vasitəsilə diafraqma və döş qəfəsinə siqnallar göndərir və nəfəs alıb-vermə sürətlənir. Sürətlə oksigen alınır, karbondioksid verilir. Beləliklə, qa-nın karbondioksid miqdarı normal həddə endirilir və qanın pH-ı tənzimlənir.

Tənəffüs normadan yüksək olanda isə beyin sapı dövriyyəyə daxil olaraq lazımi tənzimləmə-lər aparır. Beyin sapından başqa, ağciyərlərin xarici səthində yerləşən və təzyiqə qarşı həssas olan qəbuledicilər ağciyər lazım olandan artıq gərildiyi zaman beyin sapına tənəffüsün dərinliyinin azaldılması üçün lazımi əmrləri göndərir.
Göründüyü kimi, bu sistem bir-birinə hər baxımdan bağlıdır. Buna görə də sinir sistemi də, tə-nəffüs mərkəzi də, diafraqma və başqa hissələr də eyni anda ortaya çıxmaq məcburiyyətində olan vahid sistemin hissələridir. Buna görə də orqanizmimizdəki avtomatik tənəffüs nəzarətinin həyata keçirilə bilməsi üçün bu sistemin bütün hissələri qüsursuz şəkildə bir yerdə olmalıdır. Yəni hamısı eyni bir anda ortaya çıxmalıdır.
Təkamül nəzəriyyəsinə görə, ağciyərlərdə olan incəliklərin heç biri ilk zamanlarda mövcud olmayıb və bütün bu qüsursuz xüsusiyyətlər müəyyən zaman ərzində inkişaf edən təsadüflər nəticəsində əmələ gəlib. Lakin belə bir iddianı qəbul etmək mümkün deyil. Məlumdur ki, belə bir iddia nə ağıla, nə də elmə uyğun deyil. Çünki ilk öncə bir insanın nəfəs ala bilməsi üçün yuxarıda incəliklərindən bəhs edilən ağciyərdəki bütün xüsusiyyətlər eyni anda və ilk insanın yaranmasından etibarən meydana çıxmalıdır. Məsələn, qabırğa sümüklərinin orqanizmin başqa sümüklərindən fərqli olaraq elastiklik xüsusiyyətinin olmadığı, alveollərin əmələ gəlmədiyi, alveollərin ətrafında surfaktant maddəsinin olmadığı və ya ətrafında qoruyucu təbəqəsi olmayan bir ağciyər heç bir iş üçün faydalı olmayacaq. Təkamül nəzəriyyəsinin irəli sürdüyü təsadüflər mexanizminin orqanizmdəki hər hansı bir orqanı yaratması, ona xüsusiyyətlər verməsi isə tamamilə qeyri-mümkündür. On milyon, yüz milyon, hətta trilyon illərlə gözləmək lazım gəlsə də bu qəti həqiqət heç vaxt dəyişməyəcək.

İnsan orqanizmindəki bütün detal və incəliklər Allahın varlığının dəlillərindəndir. Bu, bir-birinə bağlı olan nizamı quran, yaratmaqda heç bir şəriki olmayan Uca Allahdır. Allah hər bir yaratmanı bilən və üstün güc sahibi olandır:

"Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan, sürətlə təqib edən gündüzü gecə ilə örtüb bürüyən, Günəşi, Ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır" ("Əraf" surəsi, 54).