İnsan möcüzəsi

Oksigen daşıyıcıları

Tənəffüsün əsas məqsədi orqanizmin hüceyrələrindəki karbondioksidin kənarlaşdırılması və əvəzinə oksigenin alınmasıdır. Bu proseslər orqanizmin toxumalarından çox uzaq bir yerdə - ağciyərdə baş verir. Bu halda ağciyərdən orqanizmə daxil olan oksigen toxumalara daşınmalı, toxumalarda ortaya çıxan karbondioksid də eyni qayda ilə ağciyərə çatdırılmalıdır. Bəs bu proses necə yerinə yetiriləcək?

Oksigenlə karbondioksidin insan orqanizmindəki yorulmaq bilməyən daşıyıcıları qan mayesində olan eritrositlərdir. Ağciyərdə qanla təmasda olan eritrositlər hüceyrələrdən artıq maddə kimi gətirdikləri karbondioksidi kisəciklərin içinə boşaltdıqları zaman kisəciyin içində olan oksigeni sorurlar. Bu proses xüsusi bir təbəqə boyunca baş verir. Bu təbəqənin bir tərəfi alveol kisəciyi içindəki oksigenli havadan ibarət olduğu halda digər tərəfində də içindən yalnız bir eritrositin keçə biləcəyi genişlikdə olan kapilyar çıxıntılar var. Oksigen molekulu heç bir problem olmadan eritrositlərlə bu şəkildə təmasda olur.

Oksigen molekulu hüceyrələrə eritrositlərin içində olan hemoqlobin adlı bir molekul tərəfindən daşınır. Hemoqlobin molekulu çox xüsusi bir quruluşa malikdir. Xarici görünüşü oksigen və ya karbondioksid daşımağa çox uyğun olan fincan altlığı şəklindədir. Ağciyərlərdə oksigenə bağlanan hemoqlobin qan dövranının köməyi ilə orqanizmin ən dərin nöqtələrinə doğru yola çıxır. O, oksigenə ehtiyacı olan toxumalara çatanda bir möcüzə baş verir. Xüsusi bir quruluşa malik olan hemoqlobin molekulu bu şəraitin kimyəvi təsirlərinə məruz qalır və oksigenlə onun arasındakı kimyəvi bağ qırılır. Bunun nəticəsində hemoqlobin öz yükünü, yəni oksigeni buraxır. Beləliklə, bu oksigen molekulu orada olan hüceyrələrə həyat verəcək.
Hemoqlobinin funksiyası bununla məhdudlaşmır. Hemoqlobin həmin şəraitdən uzaqlaşdırılmalı olan karbondioksidin ağciyərlərə daşınmasında da mühüm rol oynayır. Bu hadisəni belə xülasə etmək olar.

Hüceyrə tənəffüsü ilə meydana gələn karbondioksid hüceyrələrdən toxuma mayesinə, toxuma mayesindən isə kapilyarlara keçir. Karbondioksidin bir hissəsi eritrositlərdə hemoqlobinlə birləşərək karbamino hemoqlobin şəklində daşınır. Bir hissəsi isə karboanhidraza enziminin təsiri altında su ilə birləşərək karbon turşusunu əmələ gətirir. Daha sonra karbon turşusu bikarbonat və hidrogenə ayrılır. Ayrılan hidrogen ionu hemoqlobin tərəfindən tutulur. Karbondioksid toxuma kapilyarlarından venalarla ürəyə məhz bu şəkildə gətirilir. Ürəkdən də ağciyərə daşınır. Ağciyərlərdə baş verən müx-təlif proseslərdən sonra karbondioksid nəfəs vermə zamanı kənarlaşdırılır.

Hemoqlobinin quruluşunda diqqəti cəlb edən başqa bir xüsusiyyət də var. Hemoqlobin oksigeni daşıya biləcək qabiliyyətə malik olduğu kimi həm də daşıdığı oksigeni vaxtında doğru yerə qoya biləcək qabiliyyətə malikdir. Bunu bacarmasının sirri oksigenlə hemoqlobin arasında qurulmuş kimyəvi bağdadır. Hemoqlobinin bu xüsusiyyətinin tam aydın ola bilməsi üçün belə bir qiymətləndirmə aparmaq faydalı olardı:
- Əgər hemoqlobinlə oksigen arasında qurulan bağ bir az zəif olsaydı, hemoqlobin oksigenə bağlı ola bilməz və toxumalara oksigen çatdırılmazdı. Belə hal canlı üçün mütləq bir ölüm demək olardı.
- Tam əksinə bir hadisə baş versəydi və hemoqlobinlə oksigen arasında qurulan bağ bir az da qüvvətli olsaydı, bu dəfə hemoqlobin-oksigen cütlüyü toxumalara çatanda bir-birindən ayrılmazdılar. Bu halda hüceyrələr yenə də oksigensiz qalar və canlılar bir neçə dəqiqə ərzində ölərdilər.

Yuxarıdakı iki maddə hemoqlobində xüsusi bir quruluş olmasının aşkar dəlilidir. İnsan orqanizmində oksigenin daşınması üçün ideal bir sistem yaradılıb. Bu sistem içində olan hər bir detal Allahın elminin qeyri-məhdud olduğunu və Onun sonsuz gücünü bizlərə bir daha sübut edir. Bunun üzərində düşündüyümüz zaman hemoqlobinlə oksigen arasında qurulan molekulyar əlaqə qüvvəsinin miqdarı ilə bağlı daha sonsuz ehtimalın olması anlaşılacaq. Lakin bu sonsuz ehtimalların arasında ola biləcək ən müvafiq əlaqə hemoqlobinlə oksigen molekulu arasında qurulur. Bu əlaqənin qüvvəsi nə az, nə də çoxdur. Tamamilə lazım gələn miqdardadır. Bu, təsadüfən yaranması qeyri-mümkün olan bir haldır. Bu, açıq bir planın, açıq-aşkar bir quruluşun nəticəsidir.

Bu molekul hasil edilən zaman meydana gələ biləcək hər hansı bir qüsur, tənəffüs sistemində ortaya çıxan bir axsama, qanın vurulmasında baş verə biləcək hər hansı bir problem, qanın tərkibində ehtimal olunan bir dəyişiklik (bunun həyata keçməsi üçün böyrəklə bağlı bəsit bir problem kifayətdir) ilk öncə ən ağır xəstəlikləri, nəticədə isə ölümü gətirəcək. Belə olan halda bu böyük nizamı əmələ gətirən hissələrdən birinin təsadüflərlə, öz-özünə yaranması əsla mümkün deyil. Onların hamısı eyni an-da, bir orqanizmdə yaranmalıdır. Üstəlik bu, insan orqanizmindəki yalnız bir hüceyrədəki daşıma prosesi üçün deyil, dünyadakı milyardlarla insanın hər birinin trilyonlarla hüceyrəsində baş verən proseslərə də aiddir.

Bəs bu qüsursuz layihə kimin əsəridir? Hemoqlobinin oksigeni daşımağa başladığı yer ağciyərlərdir. Lakin bu mürəkkəb molekulun hazırlanması tamamilə sümük iliyinin nəzarətindədir. Sümük iliyi hüceyrələrinin özlərindən çox uzaqdakı bir orqanda baş verənlərdən xəbərdar olması və prosesləri ehtiyaca görə yerinə yetirmək üçün bir qərara gəlməsi mümkündürmü? Əlbəttə ki, bu, ağıldankənar bir məsələ demək olardı.

Tənəffüs sistemindəki hər bir detalda üstün və misilsiz ağlın dəlillərinə rast gəlinir. Son dərəcə mürəkkəb, lakin qüsursuz olan bu sistemin varlığını təsadüflərlə izah etmək olmaz. Bunun yeganə izahı yaradılışdır. Uca və Qadir Allah insanları bugünkü qüsursuz orqanizmləri ilə yoxdan yaradıb:
"Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: "Ol!" -deyəcəyi gün dərhal olar. Onun sö-zü haqdır. Surun çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, xəbərdardır!" ("Ənam" surəsi, 73).