İnsan möcüzəsi

Qanın həyati əhəmiyyətə malik zərrəciyi: plazma


Qan hüceyrələrinin (eritrosit və leykositlər) içində üzdükləri mayenin adı qan plazmasıdır. Qan plazması da sadə bir maye deyil, tərkibində bir çox maddə olan xüsusi bir məhluldur. Plazma tərkibində 90-92 faiz su, 6-8 faiz protein, bundan əlavə, həll olmuş halda duz, qlükoza, yağ və amin turşusu, karbondioksid, azotlu tullantı və hormonlar olan sarımtıl mayedir.

Plazma yediyiniz yeməklərdən əldə edilən qidaları orqanizmin içinə paylayır. Hüceyrələrin yaratdığı tullantıları da orqanizmdən xaric etmək üçün müvafiq orqanlara çatdırır. Əgər plazmanın daşıma və nəql etmə funksiyası olmasa, yeyilən qidalar heç bir fayda verməz, toxumalara qida çata bilməz, yaranan artıq maddələr kənar edilmədiyi üçün orqanizm dərhal zəhərlənərdi.

Plazmanın digər başlıca funksiyaları:
- qan təzyiqinin müəyyən bir səviyyədə qalmasını təmin etmək;
- orqanizmdə istiliyin bərabər şəkildə yayılmasına kömək etmək;
- qanla başqa toxumaların turşuluğunu müəyyən səviyyədə saxlamaqdan ibarətdir.

Hər bir plazma proteinlərinin müxtəlif funksiyaları var. Bunlar proteinlərin üç əsas növü olan albumin, fibrinogen və qlobulinlərdir.
Albumin sayına görə ən çox miqdarda olan plazma proteinidir. Onun orqanizmdə bir mənada daşıyıcı funksiyası var. Albuminin ən mühüm funksiyası isə kapilyarlardan ətraf toxumalara artıq maye keçməsinin qarşısını almaqdır. Bu funksiyanın əhəmiyyətini dərk etmək üçün qidaların orqa-nizmdə hansı yollardan keçdiyinə nəzər yetirmək faydalıdır. Qida maddələrinin arteriyalardan lazımi toxumalara çata bilməsi üçün əsasən toxumanın divarını aşması lazım gəlir. Toxuma divarı çox kiçik məsamələrə malikdir. Buna baxmayaraq heç bir maddə bu divarı öz-özünə keçə bilməz. Bu keçiddə təsirli olan amil qan təzyiqidir. Eynilə bir ələkdə olduğu kimi qanın maye hissəsi və ən kiçik molekullar təzyiqlə divardan keçirlər. Əgər belə bir maneə olmasaydı və bu maddələr toxumalara hədsiz miq-darda çata bilsəydi, orqanizmdə şişkinlik əmələ gələrdi. Beləliklə, albumin qanda yüksək miqdarda olmasına görə suyu bir süngər kimi özünə çəkir və bu təhlükənin qarşısını alır. Bu sistem belə işləyir. Su və həll olmuş halda olan əksər maddələr kapilyarlardan asanlıqla keçə bilirlər. Lakin proteinlər üçün bu keçid mümkün deyil. Buna görə də damar içində qalan albumin kimi proteinlər keçid yerində bir təzyiq əmələ gətirir və mayenin kənara çıxmasının qarşısını alır. Albumin xolesterol kimi yağları, hormonları və öd kisəsi maddəsi olan zəhərli sarı bilirubini özünə çəkərək tutur. Bundan əlavə, civə, pensilin və bəzi başqa vasitələri tutur, onların keçməsinə mane olur. Bundan başqa, zəhərləri qara-ciyərə ötürür, qida maddələrini və hormonları isə orqanizmdə ehtiyac duyulan yerlərə çatdırır.

Plazmada başqa bir protein olan fibrinogen isə qanın laxtalanmasında mühüm rol oynayır. Qanda başqa bir protein olan qamma qlobulinlər orqanizmə müəyyən bir infeksiya barədə xəbərdarlıq edilməsi nəticəsində yaranmış qoruyucu maddə olan anticisimlər kimi xidmət göstərirlər.
Bunlar qanda olan proteinlərdən yalnız bir neçəsidir. Bunlardan başqa, oksigen, azot və karbondioksid qazları da plazmada ərimiş haldadır. Qandakı qatı maddələrdən olan qlükoza isə olduqca mühüm bir maddədir. Qlükozadan beynin yanacaq maddəsi kimi istifadə edilir. Buna görə də onun qandakı səviyyəsi hormonlarla sabit saxlanılır. Əgər qanda olan qlükozanın miqdarı müəyyən bir həddən aşağı olarsa, hədsiz zəiflik, bayılma, əzələlərdə titrəmə və bir müddət sonra isə koma vəziy-yəti ilə müşayiət olunan ölüm ortaya çıxır.

İnsan həyatında olduqca böyük əhəmiyyətə malik olan qandakı bu maddələrin hər biri xüsusi quruluşa malikdir. Bu, onların funksiyaları və əsas xüsusiyyətləri haqqında düşünəndə aydın olur.
Göründüyü kimi, qanda olan bütün maddələr bir-biri ilə sıx əlaqədədir. Maddələrdən yalnız birinin olması və ya lazım gələn normal şəraitlərdən fərqli xüsusiyyətlərdə və miqdarda olması insan orqanizmi üçün ciddi problemlərə səbəb olur. Bütün bunlar insan həyatı üçün mühüm əhəmiyyətə malik olan qanımızın bütün xüsusiyyətləri ilə birlikdə Uca Allah tərəfindən yaradıldığını göstərir.