İnsan möcüzəsi

Qanın yaranması və mədə

Mədə mukozasının digər xüsusiyyəti də onun qanyaranma prosesində iştirak etməsidir. Mədə mukozası qan hasil etmir. Lakin qan yaradan sümük iliyinə əsaslı kömək edir. Orqanizm üçün böyük əhəmiyyətə malik olan B-12 vitaminini sümük iliyinə çatdırır. B-12 vitamininin sümük iliyinə çatana kimi keçdiyi yol və mədə mukozasının bu yoldakı rolu tədqiq ediləndə mikroskopik səviyyədə həya-ta keçən böyük bir möcüzə ilə qarşılaşırıq.
B-12 vitamini insan orqanizminə daxil olduqdan sonra həzm sistemi boyunca hərəkət edir. Bundan sonra nazik bağırsaqdan qan dövranına keçərək qana qarışır və sümük iliyi hüceyrələrinə çatır.

B-12 vitamini nazik bağırsaqda mənimsənilir. Lakin nazik bağırsaqda olan həzm hüceyrəsi B-12 vitaminini tuta bilmir. Nazik bağırsağın kiçik bir hissəsində vəzifəsi yalnız B-12 vitaminini tutmaq olan xüsusi hüceyrə qrupu var.32 Bu hüceyrə qrupu möcüzəvi şəkildə bütün həyatını yalnız B-12 vitaminini tutmağa həsr edir. Bu hüceyrələr trilyonlarla molekul arasından B-12 vitaminini müəyyən edir və tutur.
Məhz bu yerdə baş verən möcüzəni görə bilmək üçün düşünmək lazımdır. B-12 vitaminini tutan hüceyrələr bu vitaminin insan orqanizmi üçün nə qədər əhəmiyyətli olduğunu bilirlər. Onlar xüsusi olaraq nazik bağırsağın müəyyən bir hissəsində bu funksiya üçün yerləşdiriliblər. Həyatlarını B-12 vitaminini tutmağa həsr etsələr də bu vitamin onların işlərinə yaramır. Tutduqları vitamini qan dövra-nına buraxaraq onu özlərinə naməlum qalan yerə göndərirlər.

Bu hüceyrələrin B-12 vitaminini tutduqları zaman göstərdiyi şüur əlbəttə ki, heç bir təsadüflə izah edilə bilməz. Aydın olduğu kimi, bu sistem xüsusi şəkildə yaradılıb. Bu sistemi bir az da dərindən tədqiq edəndə daha böyük möcüzələrlə qarşılaşırıq.
Nazik bağırsaqdakı hüceyrələr yalın vəziyyətdə olan B-12 vitaminini tanıya bilməzlər. B-12 vitamininin bu hüceyrələr tərəfindən tanına və tutula bilməsi üçün onun xüsusi bir molekulla işarələnməsi lazımdır. Əlbəttə ki, bu ehtiyac da əvvəlcədən düşünülüb və B-12 vitamininin nazik bağırsağa çatmadan işarələnməsini təmin edən sistem də qurulub.
B-12 vitamini hələ mədədə olanda mədə hüceyrələri B-12 vitamini üçün xüsusi bir molekul hazırlayırlar. Bu molekul B-12 vitamininin səfərinin qarşıdakı mərhələlərində ehtiyac duyacağı "şəxsiyyət vəsiqəsi"dir. Bu şəxsiyyət vəsiqəsi B-12 vitamininə möhkəm yapışır və B-12 vitamini nazik bağırsağa doğru səfərini davam etdirir.

Az öncə də qeyd etdiyimiz kimi, nazik bağırsaqda yalnız B-12 vitaminini tapmaq vəzifəsini yerinə yetirən sinir məmurları (xüsusiləşmiş hüceyrə qrupu) B-12 hüceyrəsinin qan dövranına keçmə-sini təmin edəcəklər. Lakin bu məmurlar yalın halda olan B-12 vitaminini tanımırlar. Məhz bu mərhələdə B-12 vitamininin köməyinə əlindəki şəxsiyyət vəsiqəsi gəlir. Sinir məmurları bu vəsiqə sayəsin-də trilyonlarla molekul arasından B-12 vitaminini tanıyır və tapırlar. Bundan sonra yenə də bu şəxsiyyət vəsiqəsinin köməyi sayəsində B-12 vitamininin qan dövranına keçməsini təmin edirlər. Belə-liklə, B-12 qan vasitəsilə sümük iliyinə çata bilir.
Göründüyü kimi, mədə hüceyrələri B-12 vitamininin orqanizm üçün əhəmiyyətini bilirlər. Həmçinin bağırsaq hüceyrələrinin B-12 vitaminini tanımaq üçün necə bir işarəyə ehtiyacının olduğunu da bilir və bu işarə molekulunu xüsusi şəkildə yaradırlar. Gözləri, əlləri və ya beyni olmayan bağırsaq hüceyrələri də bu işarəni tanıyır və B-12 vitaminini tuturlar.

Yaddan çıxarılmaması lazım olan başqa mühüm bir məqam da budur ki, bütün bu hadisələr nəticəsində mənimsənən B-12 vitamini nə mədə hüceyrəsinin, nə də bağırsaq hüceyrəsinin işinə yaramır. B-12 vitaminindən çox uzaqlarda - sümük iliyində istifadə edilir. Bu vitamin sayəsində insan or-qanizmində qan yaranır və insanın həyatı davam edir.
Yalnız bu vitaminin səfəri və hətta bu səfərdə olan təfsilatlar da insan orqanizmində qurulmuş sistemin qüsursuzluğunun dərk edilməsi üçün kifayətdir.

Şübhəsiz ki, bu proseslər zamanı nümayiş etdirilən şüur və qüsursuz fəaliyyət haqqında bəhs edilən hüceyrələrin öz iradəsi ilə baş vermir. Nəticədə hüceyrə dediyimiz şeylər şüursuz atomların birləşməsi ilə meydana gələn varlıqlardır. Hüceyrə içində şüur, iradə və ya bir qüvvə axtarmaq olduqca mənasız iş olardı. Burada mədə hüceyrələrini də, qan yaradan mexanizmləri də yaradan eyni bir Yaradıcı, yəni Allahdır. Onların Allah tərəfindən yaradılması və yalnız Onun ilhamı ilə öz funksiyalarını yerinə yetirməsi açıq-aşkar bir həqiqətdir:

"Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə vermişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!" ("Bəqərə" surəsi, 255).