İnsan möcüzəsi

Möhkəm quruluş: skelet sistemi

Ola bilsin ki, hal-hazırda bir yerdə oturmusunuz və ya uzanmısınız. Əlinizdə olan kitabı oxuyub bitirdikdən sonra ehtimal ki, ayağa qalxıb yeriyəcək, bəlkə də yerdən əyilib bir şey götürəcək və ya əlinizi kitabxananın üst rəfinə uzadıb kitabı ora qoyacaqsınız. Bütün bunları edərkən bir tərəfdən də barmaqlarınızla möhkəmcə tutduğunuz fincandakı çayınızı içirsiniz. Lakin bu sətirləri necə oxumağınızdan və hansı işi yerinə yetirməyinizdən asılı olmayaraq bütün hərəkətlərinizi sümükləriniz və sümüklərin əmələ gətirdiyi güclü skelet sistemi sayəsində edirsiniz. Əgər sümükləriniz və skeletiniz olmasaydı, bu yazını oxuya bilməzdiniz, nəinki yerininzdən qalxıb hərəkət etməyiniz, qaçmağınız və yeriməyiniz, hətta əlinizi hərəkət etdirməyiniz də mümkün olmazdı. Çünki orqanizminiz içi boş olan bir çuval və ya bir ət parçası kimi yerə sərilərdi. Orqanlarınız öz ağırlığınız altında əzilər və bir neçə saniyə ərzində ölərdiniz.

Gündəlik həyatda heç düşünmədən yerinə yetirdiyimiz və çox sadə hesab etdiyimiz hərəkət-ləri də sümüklərimizin funksional quruluşları sayəsində edirik. Məsələn, bu kitabı oxuyarkən hansı hərəkətləri etdiyinizi düşünək. Bu səhifəni oxuya bilmək üçün əvvəlki səhifəni çevirdiniz. Bunu edərkən ilk olaraq şəhadət və orta barmağınız işlədi. Baş barmağınız da sizə kömək etdi. Şəhadət barmağınızı təşkil edən üç hissədən ibarət sümük sıra ilə büküldü. Eyni zamanda barmağınızı təşkil edən iki sümük havaya qalxaraq səhifəni çevirdi. Bütün bunlar baş verərkən əlinizin bağlı olduğu bilək sümüyü və əlinizdəki digər sümüklər müxtəlif formalarda büküldülər, elastik hərəkətlər etdilər. Əlbəttə, qol sümükləri də səhifəyə doğru uzanmağa kömək etdilər. Qısası, bəlkə də mövcud olduğunu bilmədiyiniz bir mexanizmin yenə də siz bilmədən sizin üçün bir çox prosesləri eyni zamanda etməsi sayəsində bu kitabı oxumağa başladınız və səhifələri çevirməkdə hələ də davam edirsiniz.
Gülmək, qaçmaq, yerimək, oturmaq, qalxmaq, ayaq üstdə dayanmaq, yatmaq, yazı yazmaq... Hər bir insan bu prosesləri sümükləri sayəsində icra edir. Sümükləri sayəsində yeriyir, yenə də onların sayəsində ayaq üstdə dayanır, yatır, gülür, sümükləri sayəsində yemək yeyir... İnsanın skeleti 206 ədəd sərt hissənin birləşməsi ilə əmələ gəlib. Bu hissələr düzəlt-dağıt oyununun hissələri kimi bir-birinə tam şəkildə uyğunlaşdırılıb və müəyyən uclardan bir-birinə birləşiblər.

Sümüklər və sümüklərin birləşərək əmələ gətirdiyi skelet quruluş, vəzifə və funksiya qismində incələnəndə çox mühüm bir yaradılış möcüzəsi ilə qarşılaşdığımızı daha yaxşı dərk edə bilirik. İnsan orqanizmində olan və hər biri müxtəlif funksiyaları yerinə yetirən sümüklər bizə Allahın yaratma sənətinin yüksək və uca olmasını göstərir. Allah bu misilsiz yaradılışa bir çox ayələrdə diqqət çəkir:

"...İndi sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da necə onların üzərini ətlə örtürük?..." ("Bəqərə" surəsi, 259).

Allah başqa bir ayəsində ölümdən sonrakı həyatın varlığına inanmayan bir inkarçıya sümüklərin yaradılışını belə nümunə göstərir:

"Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildəbilər?!" - deyə, hələ Bizə bir məsəl də çəkdi. De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyan-dır!" ("Yasin" surəsi, 78-79).