İnsan möcüzəsi

Orqanizmdə bütün həyat boyu sönməyən od: tənəffüs

Tənəffüs sistemini bir çox cəhətlərdən odun yanmasına bənzətmək olar. Lakin tənəffüs odun yanması ilə müqayisədə daha asta templə və daha aşağı istiliklərlə baş verən kimyəvi bir prosesdir.
Hüceyrələriniz havadakı oksigendən istifadə edərək qidalarda olan karbonu "yandırır" və bu yanma nəticəsində də orqanizminiz üçün lazım olan enerji əmələ gəlir. Buna görə də hər dəfə nəfəs aldıqdan sonra baş verən hadisələri milyardlarla kiçik odun daxilinizdə yanması kimi xarakterizə etməyiniz yanlışlıq olmaz.
İnsan orqanizminin hər bir nöqtəsindəki hüceyrələrin fasiləsiz olaraq oksigenə ehtiyacı var. Məsələn, hal-hazırda bu kitabı oxuya bilməyiniz gözünüzün retina təbəqəsindəki milyonlarla hüceyrənin fasiləsiz olaraq oksigenlə qidalanması sayəsində mümkün olur. Bunun kimi orqanizmdəki bütün əzələlərin, bu əzələləri əmələ gətirən hüceyrələrin karbon birləşmələrini "yandıraraq", yəni onların oksigenlə reaksiyaya girməsini təmin edərək enerji əldə etməsi lazımdır. Hər dəfə nəfəs aldığınız za-man orqanizminizə 100 trilyona yaxın hava molekulu daxil olur. Bunun təxminən 21 faizi, yəni 21 trilyonu oksigen molekuludur. Tənəffüs sistemi vasitəsilə orqanizminizə daxil olan və qan dövranına yüklənən bu molekullar yenə də qan vasitəsilə orqanizmin ən uzaq və dərin nöqtələrinə qədər çatdırılır. Və onlar burada olan karbondioksid molekulları ilə yerini dəyişir. Biz yalnız nəfəs aldığımızı güman edərkən əslində bu zaman orqanizmimizin dərinliklərində fasiləsiz olaraq oksigen, karbondiok-sid və su mübadiləsi baş verir. Əlbəttə ki, yalnız və yalnız Uca Allahın iradəsi və istəyi ilə...