İnsan möcüzəsi

Mikrosüzgəclər: böyrəklər

Qan mayesinin təmizlənmə prosesi necə baş verir?

Orqanizmdə dolaşan qan əvvəlcə böyrəklərdə süzülür. Süzmə prosesinin həyata keçməsi üçün böyrəklərin içinə kiçik ölçüdə bir çox süzgəclər yerləşdirilib. Bu süzgəclərin sayını və ölçüsünü nəzərdən keçirəndə böyük bir yaradılış möcüzəsi ilə qarşılaşırıq. Yalnız bir böyrəyin içində 1 milyon 200 min ədəd süzgəc var. Bu mikrosüzgəclərə nefron deyilir. Bir nefron bouman kapsulu (nefronun ucunda olan yarı kürəşəkilli, kapilyarlardan ibarət olan bir quruluşdur), yumaqcıq, malpigi borucuğu və böyrək damarlarından ibarətdir. 1 milyon 200 min süzgəcin hər biri minlərlə mikrodəliyi olan ideal bir quruluşa malikdir.
Ürəkdən çıxan qanın təxminən 1/4 hissəsi böyrək arteriyaları vasitəsilə böyrəklərə gəlir. Bu, dəqiqədə bir litrdən artıq qan deməkdir. Qanı gətirən damar böyrəyə daxil olar-olmaz saysız kapilyarlara ayrılır. Bu kapilyarların hər biri bir mikrosüzgəcə bağlıdır. Ürəyin təzyiqi sayəsində qan sürət-lə süzgəcin səthinə çırpılır, zərərli maddələr və su süzgəcin o biri tərəfinə keçir. Proteinlər və qan hüceyrələri böyük olduqları üçün bu süzgəcdən keçmirlər. Beləliklə, süzgəcin digər tərəfinə keçməyən qan süzülmüş və təmizlənmiş olur.

Bura qədər verilən məlumatlar barədə ətraflı düşünmək faydalı olacaq.
Yumruğunuz böyüklüyündə olan bir ət parçasının içinə 1 milyon 200 min süzgəc yerləşdirilib. Bu süzgəclərin hər birində həmin müfəssəl quruluş qüsursuz olaraq mövcuddur. Məsələn, hər biri nefronda yumaqcıq adlanan (bouman kapsulu içindəki kapilyar damarlar yığını) bir hissə var. Bu his-sənin xüsusiyyətlərini qısaca şəkildə nəzərdən keçirək.
Bouman kapsuluna daxil olan yumaqcıq burada damar yumağını əmələ gətirmək üçün bir çox kapilyarlara ayrılır. Daha sonra bu kapilyarlar birləşərək yenə arteriya kimi kapsuldan çıxırlar.

Orqanizmdə iki arteriya arasında olan kapilyar damarların şəbəkəsinə yalnız bu yerdə rast gəlinir. Yumaqcıq kapilyarları iki arteriya arasında olduğu üçün qan təzyiqi orqanizmin başqa kapilyar-larından fərqli olaraq burada daha yüksəkdir. Qan təzyiqinin bu nahiyədə yüksək saxlanmasının məqsədi var. Qan təzyiqi yüksək olduğuna görə süzülmə prosesi daha dəqiq şəkildə baş verir. Yenə də başqa kapilyarlardan fərqli olaraq bu yerlərdə damar divarları ikiqatdır. Bu quruluş onlara həm yüksək təzyiqə davam gətirmək qabiliyyəti verir, həm də protein və leykositlərin kapilyarlardan kənara çıxmasının qarşısını alır.

Bütün bu xüsusiyyətlər sayəsində yumaqcıq kapilyarlarından bouman kapsuluna yalnız su və suda ərimiş maddələr keçə bilir. Başqa kapilyarlarda geriyə sorulma hadisəsi olduğu halda burada olan kapilyarlarda geriyə sorulma yoxdur.
Böyrəklərdə olan quruluşa bir nümunə kimi böyrək damarlarını göstərə bilərik. Süzgəclərə çirklənmiş qanı gətirən, süzülən tullantıları kənarlaşdıran və yerdə qalan təmiz qanı yenidən orqanizmə daşıyan boru (damar) sistemləri 1200000 süzgəcin hər biri üçün ayrı-ayrılıqda döşənib. Böyrək-lərdə olan milyonlarla borudan (damardan) təşkil olunmuş bu sistem heç bir mürəkkəbliyə və dolaşıqlığa imkan verməyəcək şəkildə planlaşdırılıb. Bütün damarlar lazımi yerlərə bağlanıb. Böyrəklərdə damarların hansı bir yolla gedəcəyi, hara gedəcəyi, hansı yollardan keçərək böyrəkdən kənara çıxacaqları, maddələri hara daşıyacaqları kimi hər bir proses xüsusi olaraq yaradılıb.

Burada haqqında bəhs edilənlər böyrəklərdə olan incə quruluşun çox kiçik hissələridir. Böyrəklərdəki yalnız bir funksiya və ifraz olunan bir maddə ilə bağlı səhifələr dolusu kitablar, saysız-hesabsız elmi tədqiqat işləri və təcrübələr mövcuddur. Bunun kimi insan orqanizmi ilə bağlı aparılan bütün tədqiqatlar yalnız bir nəticəni verir. Orqanizmimizi təşkil edən bütün hissələrin vahid şəkildə mövcud olması zəruridir. Çünki bizim həyatımızı davam etdirməyimiz orqanizmimizin vahid şəkildə fəaliyyət göstərməsinə bağlıdır. Ekskretor sisteminin hissələrindən biri olan böyrəklərdəki arterial da-mar sisteminin yuxarıda bəhs edilən xüsusiyyəti olmasa, orqanizmin tarazlığı pozulacaq və bu da ölümlə nəticələnəcək.
Bu hal insan orqanizminin özünün bugünkü vəziyyətinə müəyyən zaman ərzində baş verən təsadüflər və mutasiyalar kimi amillərlə və mərhələli şəkildə gəldiyini iddia edən təkamülçülərin iddialarını da darmadağın edib boşa çıxarır.

Təsadüflərlə bağlı belə bir ssenari təşkil edək. Bir kapilyarın əmələ gəlib, sonra isə yenə də təsadüfən yaranmış başqa kapilyarlarla birləşib, təsadüf nəticəsində yaranmış böyrəyin içində kapsullar əmələ gətirib, sonra yenə də bu kapilyarların arteriya kimi birləşməsi və təsadüfən süzmə prosesini ən uyğun şəkildə yerinə yetirən quruluş əldə etməsi mümkündürmü? Əlbəttə, məlumdur ki, təsadüflərin təsadüflərlə ardıcıl şəkildə əvəzlənməsi ilə uzanıb gedən bu nağıl uydurma bir ssenaridir, çünki hər hansı bir canlının heç bir sistemi bu şəkildə yarana bilməz. İnsan orqanizmində hər şey qüsursuz bir plana əsasən yerli-yerindədir. Əlbəttə ki, bu planı hazırlayan, bu layihənin sahibi olan bir qüvvə vardır. Bu qüvvənin sahibi bütün elmlərin sahibi olan Uca Allahdır.
Həmçinin bura qədər qeyd olunanlar böyrəklərdəki quruluşun və baş verən proseslərin yalnız ilk mərhələsinin təsviridir.