İnsan möcüzəsi

Ürəyin fəaliyyətindəki mühüm maddələr

Bu ana qədər ürəkdə mövcud olan elektronik sistemin quruluşundan bəhs etdik. Lakin bu sistemin qüsursuz quruluşunun fəaliyyət göstərə bilməsi üçün onun elektrik siqnallarına ehtiyacı var. Elektrik siqnallarının hazırlana bilməsi üçün isə qanın tərkibində olan natrium, kalium və kalsium ionları müəyyən bir nizamda olmalıdır. Bu maddələrin qandakı səviyyəsinin böyrək, bağırsaq, mədə, ağciyər kimi orqanlar tərəfindən nizamlandığını nəzərə alsaq, həmin sistemin təkamül kimi xəyali bir mexanizm nəticəsində meydana gəlməsinin qeyri-mümkün olması daha aydın şəkildə ortaya çıxır.

Ürəyin bura qədər gözdən keçirdiyimiz xüsusiyyətlərini nəzərə alaraq bir obrazı təsəvvür edək. Bəşər övladının ürəyə bənzəyən bir cihaz yarada biləcəyini qəbul edək. 70 il ərzində fasiləsiz olaraq fəaliyyət göstərən, öz enerjisini özü yaradan, qayğıya və hansısa hissəsinin dəyişilməsinə ehtiyacı olmayan, elektron bir sistem sayəsində iş sürətini və gücünü avtomatik olaraq nizamlayan qüsursuz nasos hazırlandığını təsəvvür edək. Əlbəttə ki, bu müvəffəqiyyət texnologiya, elmi inkişaf, planlaşdırma və uzun müddət davam edən proseslər nəticəsində əldə edilə bilər. Heç bir insan belə bir ci-hazın təsadüflər nəticəsində yarana biləcəyini düşünməz. Çünki bu, məntiqdənkənar bir fikir olardı.

Bunun əksinə olaraq burada qəribə bir həqiqət də var. Ürəyin təsadüfən yarandığını düşün-mək belə bir nasosun və ya buna bənzər hər hansı bir texnologiya məhsulunun (məsələn, televizorun) təsadüfən mövcud ola biləcəyini düşünməkdən də böyük məntiqsizlik və şüursuzluqdur.

Hər şeydən əvvəl ürəkdə insan əməyinin məhsulu olan bir cihazdan da üstün bir texnologiya var. Lakin - bu, nə qədər qeyri-mümkün olsa da - ən əsası odur ki, ürəyin təsadüfən yaranmasının təkbaşına heç bir mənası yoxdur. Çünki bu halda ürəklə birlikdə minlərlə kilometr uzunluğundakı qan damarları, damarlarda olan qan mayesi, bu qanı süzən böyrəklər, qana oksigen verib karbondiok-sidi alan ağciyərlər, qanı qida ilə təmin edən həzm sistemi, bu qidaları təmizləyən qaraciyər, ürəyin fəaliyyətini nizamlayan sinir sistemi, orqanizmi vahid şəkildə idarə edəcək beyin, orqanizmi saxlayan sümük sistemi, ürəyin fəaliyyətinə kömək edən hormonal sistem və buna bənzər minlərlə amil də eyni zamanda yalnız bir təsadüf ucbatından yaranmalıdır. Lakin bu sayılanların hər biri heç bir təsadüflə izah edilə bilməyəcək şəkildə xüsusi bir quruluşa malikdir. Elə buna görə də təkamül müddəti nəticəsində ürəyin təsadüfən əmələ gəlməsi təsadüfən bir televizorun və ya başqa hər hansı bir texnologiya məhsulunun yaranması ilə müqayisə edilməyəcək qədər qeyri-mümkündür.
Burada çox aşkar bir həqiqət var. Ürək fəaliyyət göstərdiyi bütün sistemlərlə və başqa funksional hissələrlə birlikdə Allah tərəfindən yaradılıb.