İnsan möcüzəsi

Üzən hüceyrələrdən təşkil olunmuş toxuma

Qan öz quruluşuna görə orqanizmin digər mayelərindən fərqlənir. Qan müəyyən mənada əs-lində eynilə sümük və ya əzələ toxuması kimi bir toxumadır. Lakin bu toxumaları əmələ gətirən hü-ceyrələr bir-birinə sıx sarıldığı halda qan toxumasını əmələ gətirən hüceyrələr bir-birinə yapışmayan hüceyrələrdən təşkil olunur. Eritrosit, leykosit və trombosit alandırılan qan hüceyrələri qan plazması içində sərbəst yayılmış şəkildə hərəkət edirlər.

Qan 55 faiz plazmadan, 45 faiz qan hüceyrələrindən təşkil olunur. Plazmanın 90-92 faizi su-dan, yerdə qalan hissəsi isə plazma proteinləri, amin turşuları, karbohidratlar, yağlar, hormonlar, sidik cövhəri, sidik turşusu, süd turşusu, enzimlər, spirt, anticismlər, natrium, kalium, yod, dəmir, bikarbo-nat kimi elementlərdən ibarətdir. Beləliklə, qan hüceyrələri bu qarışıq mayenin içində üzürlər.