İnsan möcüzəsi

Hansı daha üstün quruluşa malikdir: 5-10 sm-lik böyrək yoxsa yüksək texnologiya məhsulu olan dializ mexanizmi?

Böyrək
Yalnız 5-7 sm-lik bir sahəni tutur;
Heç bir şey hiss etdirmədən səssizcə fəaliyyət göstərir;
Bütün həyat boyunca fasiləsiz olaraq, qayğıya ehtiyac duymadan fəaliyyət göstərir;
Qanın keyfiyyətini yoxlayır, qan hüceyrələri hazırlamağı əmr edir;
Heç bir problem yaratmadan öz-özünə fəaliyyət göstərir;
Qanın tərkibindəki suyun miqdarını tənzimləyir, qan təzyiqinə nəzarət edir;
Qanı təmizləyir, insanı sağlam və möhkəm saxlayır;
Orqanizmin ehtiyaclarına tam uyğun olan bir süzgəc sistemidir, üst-üstə 2.400.000 süzgəcdən ibarət bu ittifaq həftənin 7 gününü 24 saat müddətində fəaliyyət göstərir;
Fəaliyyət göstərmək üçün xüsusi olaraq vaxt ayırmağa ehtiyacı yoxdur, bütün həyat boyunca fəaliyyətini öz-özünə davam etdirir.

Dializ mexanizmi
Orta ölçülü bir soyuducu boydadır;
Elektriklə işləyir, gurultulu səs çıxarır;
3-4 ilə köhnəlir və hissələrə parçalanır;
Böyrək fəaliyyət göstərmədiyi üçün orqanizmdə qan hazırlaya bilməz. Xəstə qansız qaldığı üçün çoxlu qan nəqlinə ehtiyacı var;
Sterilizə olunmuş xəstəxana şəraitində ixtisaslı həkim və texniki işçilər tərəfindən işlədilir;
Bütün xəstələr qan təzyiqi yüksək olan xəstələrdir, onlar bu mexanizmə qoşulduğu zaman təz-yiqləri həddindən artıq aşağı düşür;
Xəstənin nəfəsi daralır, titrətmə baş verir, adi hallarda və tez-tez qanaxma olur, tez-tez əzələ qıcolmaları baş verir;
Bəsit bir süzgəcdir. Qanı kobud şəkildə süzdüyü üçün xəstə müayinə olunur, azalan maddələr peyvəndlə yenidən verilir;
İnsanı 3 gündən bir 5 saat müddətində yatağa düşməyə məcbur edir, hərəkət etməyə imkan vermir.

Göründüyü kimi, böyrək dializ mexanizmi ilə müqayisə edilməyəcək üstünlüyə malikdir.
Elə isə bunu düşünün: bir dializ mexanizmi təsadüflərin nətiəsi ola bilərmi? Yüksək texnologiyanın məhsulu olan bu mexanizmin öz-özünə yarandığını deyən bir insanla qarşılaşsanız, onun haq-qında nə düşünərsiniz?
İndi isə belə düşünək: bir dializ mexanizmi təsadüfən yaranmadığı halda onunla müqayisə edilməyəcək qədər üstün bir quruluşa malik olan böyrək təsadüfən yarana bilərmi?
Əlbəttə ki, yarana bilməz. Böyrək bütün bu xüsusiyyətləri ilə birlikdə üstün bir ağlın və qüvvənin nəticəsidir, hər şeyi qüsursuz, müəyyən bir nizamda yaradan Uca Allahın əsərlərindən biridir.