İnsan möcüzəsi

Orqanizmdəki başqa bir layihə möcüzəsi: venalar

Qan arteriyalarda ürəyin döyünmə təzyiqi nəticəsində yola çıxır. Lakin kapilyarlarda bu təzyiqin təsiri azalır. Venalara gəldikdə isə artıq ürəyin vurma gücü öz təsirini tamamilə itirib.
Bəs qan özünün geriyə səfərini necə tamamlayacaq?

Qandakı səfəri xatırlayaq və içində yerləşdiyimiz venaların ayaqda olduğunu təsəvvür edək. Qarşınızda ürəyə qayıdana qədər uzun bir yol var. Ayaqlar, qarın və döş hissəsini aşaraq uzun bir yolu yuxarıya doğru çıxmalı və bu zaman da sizi daim aşağıya doğru çəkən yerin cazibə qüvvəsinə qalib gəlməlisiniz. Buna görə də elə bir sistemə ehtiyac var ki, o, hər gün minlərlə litr mayenin aşağıdan yuxarıya (ayaqlardan ürəyə) doğru getməsini təmin etsin.

Venalar xüsusi bir plan əsasında yerləşdiriliblər. Bu damar növünün ətrafı skelet əzələləri ilə əhatə edilib. Belə ki, venalar bu əzələlərin enerjisindən faydalanırlar. Məsələn, hər bir addımınızda yığılan ayaq əzələləriniz eyni anda qanı da yuxarıya doğru vurur. Beləliklə, bu planlaşdırma nəticə-sində venaların öz qan vurma sistemləri var.
Ayaqla ürək arasındakı 1,5 metrlik səfərin sonu gələndə başqa bir problem ortaya çıxır. Əsas venalar orqanizmin ortasına çatanda artıq skelet əzələləri ilə əhatə edilmirlər. Burada isə tənəffüs əzələləri venalara dəstək verir. Ağciyərin altında yerləşən əsas venalar hər dəfə nəfəs aldığımız zaman sıxılır. Buna görə də genişlənən döş qəfəsinin əmələ gətirdiyi təzyiq qanı ürəyə doğru qaytarır.

Lakin venalarda elə bir başqa xüsusiyyət də var ki, bu, orqanizmdə olan qüsursuz quruluşun ən gözəl nümunələrindən biridir. Venaların içinə bir çox qapaqcıqlar yerləşdirilib. Bu qapaqcıqlar yalnız ürəyə doğru açılır. Beləliklə, qan yerin cazibə qüvvəsinin təsiri ilə geriyə doğru gedə bilməz. Axın yalnız ürəyə doğru olur. İndi düşünək.
Venaların içinə çoxlu sayda kiçik qapaqcıq yerləşdirilib. Bu qapaqcıqların hər biri son dərəcə məxsusi bir quruluşa malikdir. Hər birinin - yenə də ətdən olan - lövhəcikləri var və bu lövhəciklər qapağın yalnız bir tərəfə doğru açılmasına izn verən şəkildə planlaşdırılıb. Burada böyük bir mühən-dislik möcüzəsi var. İndi isə bu ideal sistemin necə inşa edildiyini düşünək. Yer üzünün ən uzun bo-ru xəttinin inşa edilməsində işləyən insanlar üç əsas funksiyanı daşıyırlar. Bu işçilərin vəzifəsi həm bir mühəndis, həm bir fəhlə, həm də bir inşaat materialı olmaqdır.
Bu boru xətti inşaatının qurulma planları və layihələri hüceyrələrin nüvələrindəki məlumat banklarında (DNT-lərdə) olur. Hər bir hüceyrə bu layihəni bir mühəndis kimi oxuyur. Şübhəsiz ki, hüceyrənin bir inşaat layihəsini oxuması və şərh etməsi böyük bir möcüzədir. İnsanlar bütün ömürlərini akademik tədqiqatlara sərf etmiş mühəndislərə, professorlara qarşı hörmət və heyranlıq hissi duy-duqları halda öz hüceyrələrinin çox mürəkkəb plan və layihələri oxuya, şərh edə və tətbiq edə bildiklərini bilmir və ya görmürlər.

Hüceyrələr oxuduqları və şərh etdikləri plana əsasən boru inşasının hansı yerində funksiya dayışacaqlarını bilirlər. Bundan əlavə, həmin inşaatda fəaliyyət göstərən milyardlarla hüceyrə arasından məhz hansıları ilə birləşəcəklərini də yaxşı bilirlər. Lazım olan yeri tapdıqları zaman bir fəhlə kimi işləməyə başlayır və boru xəttinin özlərinə aid olan hissələrini inşa edirlər. Lakin istifadə etdikləri ma-terial yad inşaat materialı deyil, elə özləridir. Bu inşaatda fəaliyyət göstərən hər bir hüceyrə ömrünün yerdə qalan hissəsini boru xəttinin kiçik bir hissəsi olmaq uğrunda fəda edir.

İnşa edilən damarların daxili quruluşu girintili-çıxıntılı deyil. Damarların daxili səthləri mərmər ustasının döşədiyi və cilalanmış mərmər səthi kimi cilalı və hamardır. Yalnız arada kiçik bir fərq var: bu səthlərin parket daşları mərmər kafellər deyil, canlı varlıqlardır.
Haqqında bəhs edilən inşaat davam edərkən bəzi hüceyrələr də oxuduqları plana əsasən müxtəlif qərarlar qəbul edirlər. Bu hüceyrələr damarın içində bir qapaq əmələ gətirir. Minlərlə hüceyrə birləşərək bir qapaq əmələ gətirir və damarın daxili səthinə yapışırlar. Bəzi hüceyrələr də hər biri aid olacaqları yeri əllərində olan plana əsasən müəyyən edərək bu qapağın lövhəciyini əmələ gətirirlər. Haqqında bəhs edilən lövhəciyin bir istiqamətə doğru açılması da hüceyrələrin planı şərh edə bilmək və inşa etmək qabiliyyətləri sayəsində həyata keçir. Bu hüceyrələr yerləşdikləri borudan mayenin axacağını, bu mayenin hansı istiqamətdə axacağını və bu axımın daimi olması üçün hansı tədbirləri görmək lazım olduğunu bilir və buna görə hərəkət edirlər.

Bu qapaqdan bir neçə millimetr qarşıda yenə həmin möcüzə baş verir. Burada olan başqa hüceyrələr də yenə buna bənzər bir şüurla başqa bir qapaq yaradırlar. Sanki əvvəlki qapağı yaradan hüceyrələrlə sözləşiblərmiş kimi eyni istiqamətə doğru açılan bir qapaq yaradırlar. Əgər bu qapaqlardan bəzilərini inşa edən hüceyrələr fərqli bir qərar versəydilər və bəzi qapaqları tərs istiqamətə doğru inşa etsəydilər, bu dəfə qan damarlarda axa bilməz və insan dərhal ölərdi. Lakin bu, baş vermir. Venalar boyunca mövcud olan minlərlə qapağın hər biri özlərinə uyğun şəkildə ayrı-ayrılıqda inşa edilir.

Bu sistemin çox üstün bir Yaradıcının əsəri olması, hüceyrələrin yuxarıda bəhs etdiyimiz ağıl, şüur və fədakarlıq nümunəsini yalnız və yalnız onları yaradan yüksək qüvvə sayəsində həyata keçirməsi mübahisəsiz bir həqiqətdir. Hüceyrələrin nüvələrinə yer üzünün ən böyük boru xəttinin və orqa-nizmdəki minlərlə digər sistemin layihələrini yerləşdirən, hüceyrələrə bu layihələri oxuma, şərh etmə və buna əsasən inşa etmə qabiliyyətlərini verən qüvvə isə yalnız aləmlərin Rəbbi olan Allahdır:

"Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni yaratdı, düzəldib qaydaya saldı. Sənə Özü istədiyi surətdə biçim verdi" ("İnfitar" surəsi, 6-8).


Ürəyə dönüş
Damarların içində insan orqanizmi boyunca çıxdığımız səfərimizə qayıdaq. Yuxarıda üzərində müfəssəl şəkildə dayandığımız venalardakı birtərəfli kiçik qapaqlar sayəsində ürəyə doğru yolumuza davam edək. Səfərə başladıqdan təxminən 40 saniyə sonra yenidən ürəyə geri qayıdacağıq.
Səfərimizin ürəyin sol üst kamerasında başlayan birinci hissəsi ürəyin sağ üst kamerasında bitir. Açıq qırmızı rəng içində səfərə çıxdığımız halda tünd rəngli bir qan dənizi içində səfərimizin ilk hissəsi bitir. Artıq başqa bir səfərə çıxmaq vaxtı gəlib çatıb. Karbondioksid yüklü qan təmizlənməlidir.
Sağ qulaqcığın yığılması ilə birlikdə qulaqcığın altındakı qapaq açılır və içində olduğumuz tünd qırmızı qan sağ mədəciyə dolur. Bundan sonra bu qapaq bağlanır və qanın qulaqcığa doğru geri qayıtmasının qarşısı alınır.

Sağ mədəciyin içində çox qısa müddət qalırıq. Sağ mədəciyin yığılması ilə başqa bir qapaq açılır və qan ağciyərlərə doğru vurulur. Arxamızda qalan qapaq ürəyə geri dönüşümüzün qarşısını alan son təhlükəsizlik sistemidir. Karbondioksid yüklü qanın içində ağciyərlərə doğru sürətlə yola çıxırıq.
Ürəkdən ağciyərlərə doğru olan səfər qısamüddətlidir və buna görə də "kiçik qan dövranı" adlandırılır. Ağciyərə çatdığımız zaman ətrafımızda olan qan hüceyrələri karbondioksidi verib (karbondioksidin daşınmasında da bir çox mürəkkəb kimyəvi proseslər həyata keçir) oksigeni almağa başlayır. Burada gözləri qaraldan, başgicəlləndirici bir sürətlə mübadilə prosesi gedir.

Ağciyərdə hər dəqiqə 56.000.000.000.000.000.000.000, yəni 56x10 üstü 21 (56 septrilyon) oksigen atomu hüceyrələrə çatdırılır.26 Yalnız bir oksigen atomunun eritrositlərə keçməsi üçün bir çox mikrosistem birlikdə işləyir. Hər bir vahid (fərd) özündən yuxarıdakı vahidə tam uyğunluq göstərir ki, bu da oksigen-karbondioksid mübadiləsinin hətta bir saniyə də olsa qüsursuz işləməsini təmin edir. Başgicəlləndirici bir sürətlə gerçəkləşən bu mübadilə nəticəsində ətrafımızda olan eritrositlər oksigenlə yüklənir. Bundan sonra bu hüceyrələrlə birlikdə ağciyər venaları içində ürəyə doğru yola çıxmağa başlayırıq. Sonda səfərimizə başladığımız yerə - sol qulaqcığa çatırıq. Oksigenlə yüklənmiş təmiz qan orqanizmdə yeni bir səfərə, yeni bir dövrəyə hazırdır