İnsan möcüzəsi

Orqanizmdəki xəbərləşmə şəbəkəsi

Koordinasiyanın ilkin şərti doğru məlumat təminatıdır. Yeni qiymətləndirmələr yalnız doğru məlumatların əldə edilməsi ilə aparıla bilər. Əzələlərin doğru fəaliyyət göstərə bilməsi üçün orqanizmdə möhtəşəm bir xəbərləşmə (informasiya mübadiləsi) şəbəkəsi var.

Koordinasiya edilib əlaqələndirilmiş bir hərəkəti edə bilmək üçün hər şeydən əvvəl həmin hərəkətlə bağlı bədən üzvlərinin tələbatı və bir-biri ilə əlaqələri məlum olmalıdır. Həmin məlumat gözlərdən, daxili qulaqdakı müvazinət mexanizmindən, əzələlərdən, oynaqlardan və dəridən gəlir. Hər saniyə milyardlarla məlumat alınır, qiymətləndirilir və onlara əsasən yeni qərarlar qəbul edilir.

Məlumatı təmin edən milyardlarla ötürücü orqanizmə yerləşdirilib. Əzələlərin və oynaqların içində orqanizmin o andakı durumuna aid məlumatları verən milyardlarla kiçik mikroreseptor (mikro-qəbuledici) var. Həmin qəbuledicilərdən gələn məlumatlar mərkəzi sinir sisteminə çatır və burada aparılan qiymətləndirməyə görə əzələlərə yeni əmrlər verilir.

Bu koordinasiya ilə bağlı daha aydın bir nümunəni nəzərdən keçirək. Yalnız əlinizi havaya qaldırmağınız üçün çiyniniz bükülməli, "biceps" və "triseps" adlanan ön və arxa qol əzələləriniz açılıb-yığılmalı, dirsəyinizlə biləyiniz arasında olan əzələlər biləyinizi döndərməli, ələ və barmaqlara nəzarət edən əzələlər dövriyyəyə daxil olub əlinizə lazım olan formanı verməlidirlər. Hərəkətin hər bir mərhələsində əzələlərin içində olan milyonlarla qəbuledici hər an əzələlərin yerlərini mərkəzə bildirir. Mərkəzdən də əzələlərə bir an sonra nə edəcəklərinin lazım gəldiyi bildirilir. Təbii ki, insan qeyri-adi sürətlə həyata keçən bu kimyəvi və fiziki reaksiyalardan xəbərsizdir, yalnız əlinini qaldırmaq istəyir və qaldırır.

Danışmaq üçün də xüsusi bir səy göstərmirik. İstədiyimiz sözlərin ağzımızdan çıxması üçün səs tellərinin hansı açıqlıqda, nə qədər titrəyəcəyi, ağzımızdakı, dilimizdəki, boğazımızdakı yüzlərlə əzələnin hansını, hansı ardıcıllıqla və neçə dəfə, hansı nisbətdə yığıb-açacağımızı, ciyərlərimizə neçə kubsantimetr hava alıb bu havanı hansı sürət və aralıqlarla verəcəyimizi oturub hesablamırıq.
Sinir sistemi yalnız əzələlərdən deyil, eyni zamanda daxili orqanların vəziyyətindən və fəaliyyətindən də xəbərdardır. Bu məlumatlar analiz edilir və lazımi tədbirlər görülür. Hətta siz yatdığınız zaman da həyati orqanlarınız sinir sisteminin bir bölümündən başqa (alt beyindən və onurğa beynindən) gələn əmrlər sayəsində fəaliyyət göstərməkdə davam edir. Ürəyiniz döyünür, ağciyərləriniz fəaliyyət göstərir və nəfəs alırsınız.

Orqanizmin fəaliyyət sistemində heç bir kompüterin bacarmayacağı məlumat-proses sürəti var. Ən sadə bir işdən ən çətin proseslərə qədər nə edirsinizsə edin, orqanizminizdə ağlasığmaz hesablamalar aparılır.
Buradan aydın olur ki, bütün bu qeyd olunanlar sonsuz qüdrət tələb edən bir yaradılış nəticəsində gerçəkləşir. Həmin sonsuz qüdrət isə bütün kainatı yaradan üstün güc sahibi Uca Allaha məxsudur:

"...Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!" ("Bəqərə" surəsi, 116).