İnsan möcüzəsi

Sümüklər arasındakı mükəmməl yağlama sistemi

Sümüklər orqanizmdə yerləşdikləri yerə görə müxtəlif xüsusiyyətlərə malik olurlar. Məsələn, daimi hərəkətdə olan bəzi sümüklərimizin hərəkətsiz yerlərdəki sümüklərə nəzərən müxtəlif dəstəklərə ehtiyacı var. Oynaqlarımızı buna nümunə göstərə bilərik. Onurğamızı təşkil edən fəqərələr, ayaqlarımızdakı, qollarımızdakı, əl və ya ayaqlarımızdakı oynaqlar hər bir hərəkətimizdə bir-birinin üzərində fırlanırlar. Onlar daim hərəkətdə olduqları üçün də köməkçi sistemlərə ehtiyacları var. Bunu belə bir nümunə ilə izah edə bilərik.

Hər hansı bir mexaniki cihaz fəaliyyət göstərərkən hərəkət edən hissələrin bir-biri ilə təmasa girən nöqtələrində bir sürtünmə müşahidə edilir. Sürtünmə olan yerlərdə qısa müddət sonra aşınma, aşınma nəticəsində də hissələrin sıradan çıxması baş verir. Bunun qarşısını almaq üçün mexaniki hissələr müntəzəm şəkildə yağlanır. Sadə bir qapı rəzəsindən yüksək texnologiyanın məhsulu olan avtomobil mühərrikinə qədər hər bir hərəki mexaniki sistemdə yağlamaya ehtiyac var. Lakin bu yağlama aşınmanın qarşısını tam şəkildə almır, bu prosesi yalnız bir müddət ləngidir. Məsələn, avtomobillərin mühərriki hər 5000 km-dən bir yağlandığı halda da aşınmanın qarşısı alınmır. Buna görə də mühərrikin hissələrinin müntəzəm şəkildə dəyişdirilməsi lazım gəlir.
Lakin insanların və heyvanların oynaqları bu canlıların bütün ömürləri boyu hərəkət etdikləri halda heç bir qayğıya və yağlamaya ehtiyac duymurlar. Hətta bir insanın bütün ömrü boyu təxminən 100 min km yol getdiyini düşünsəniz, haqqında bəhs edilən mexaniki sistemin işindəki möcüzəli cəhət daha yaxşı anlaşılar.

Əgər oynaqlarımızın köməyi olmasaydı, hərəkət edə bilməzdik. Çünki orqanizmimizin bütün hərəkətləri oynaqların bir-biri üzərindəki hərəkətləri sayəsində gerçəkləşir. Bir basketbol oyunu zaman oyunçular orqanizmlərindəki bütün sümüklərdən, oynaqlardan və əzələlərdən istifadə edirlər. Əllərin topu tutması, qaçmaq, topu atmaq... Bəs bu hərəkətlər zamanı oynaqlar hansı funksiyaları daşıyır?
Oynaq iki sümüyün bir-birinə birləşdiyi hər yerdə ola bilər. Oynağın funksiyası sümüklər bir-birinə sürtünməsin deyə onların arasındakı məsafəni mümkün qədər uzaq saxlamaqdır. Dizlər, dirsəklər, biləklər yalnız bunun sayəsində rahat hərəkət etdirilir. Əgər oynağın özünəməxsus quruluşu və aradakı qişa olmasaydı, insanlar da robotlar kimi kəsik-kəsik, mərhələli şəkildə və çətinliklə hərəkət edərdilər.
Alimlər uzun illərdir ki, oynaqlardakı bu xüsusiyyət üzərində tədqiqatlar aparır. Xüsusən də araşdırma zamanı ortaya çıxan sürtünmənin qarşısının alınması özlüyündə bir tədqiqat mövzusudur. Məqsəd isə insan orqanizmində olan bu ideal sistemi robotlara da tətbiq edə bilməkdir. Tədqiqatçılar ilk öncə aparılan araşdırmalarda topuqlarda sürtünmənin olmamasının səbəbini oynaqdakı mayelərlə izah edirdilər.
 Lakin daha sonra məlum oldu ki, həmin maye sürtünmənin qarşısını alacaq qüvvəyə malik deyil. Bu mövzu ilə bağlı tədqiqatlar genişləndiriləndə alimlərin qarşısına üstün layihə nümunəsi çıxdı. Oynaqların sürtünmə səthi incə və torşəkilli qığırdaq təbəqəsi ilə örtülmüşdü. Bu təbəqə-nin altında isə sıx maye vardı. Sümük oynağın bir yerinə təzyiq edəndə bu maye dəliklərdən kənara fışqırır və oynaq səthini yağ kimi sürüşkən edir.
Göründüyü kimi, insanın hərəkət edə bilməsi üçün hər baxımdan qüsursuz layihə var.