İnsan möcüzəsi

Qanı əmələ gətirən zərrəciklər

Kiçik qırmızı hüceyrələr: eritrositlər

İnsan orqanizmindəki təxminən 25 trilyon kiçik qırmızı qan hüceyrəsi fasiləsiz olaraq yük da-şıyır. Eritrosit adlanan bu hüceyrələr qan mayesi içində bütün orqanizmi gəzir və yerinə uyğun olaraq oksigen və ya karbondioksid daşıyırlar. Lakin bu, sadə bir daşıma prosesi deyil. İlk öncə hüceyrənin bir maddəni daşıya bilməsi üçün onun xüsusi quruluşa malik olması lazımdır. Məsələn, oksigen daşı-yacaq bir hüceyrə üçün ən ideal forma həmin hüceyrənin yastı olmasıdır. Çünki bu cür forma hücey-rənin səthini artıracaq və onun oksigenlə təmasını asanlaşdıracaq. Belə ki, eritrosit hüceyrəsinin quru-luşu yuvarlaq və yastı formada olan yastığı xatırladır. Eritrositlər bunun sayəsində mümkün qədər çoxlu miqdarda oksigen atomu ilə təmasa girə bilən bir quruluşa malikdir.
Normal şəraitdə orqanizmdə saniyədə təxminən 2,5 milyon eritrosit hazırlanır. Eritrositlərin sayının nizamlanması və bu nisbətin tarazlı şəkildə saxlanılması orqanizm üçün həyati əhəmiyyət da-şıyır. Hər hansı bir səbəbdən, məsələn, bədənin hərarətinin azalması səbəbi ilə eritrositlərin sayında artım müşahidə edilməsi ciddi narahatlıqlara səbəb ola bilər. Bədənin temperaturu hədsiz dərəcədə aşağı düşəndə qan mayesinin azalmasının əksinə olaraq eritrositlərin sayı eyni qalır. Vahid həcmə dü-şən eritrositlərin sayının artması ilə birlikdə qanın axıcılığı da azalır. Bu da damarlarda tıxanmaya sə-bəb olur və ürəyin fəaliyyətini çətinləşdirir. Buna görə də eritrosit sayının müəyyən bir tarazlıqda ol-ması insan üçün həyati əhəmiyyət daşıyır.

Orqanizmdəki daşıma prosesi üçün hüceyrə formasının yalnız yastı olması kifayət deyil. Oksi-geni daşıyan, lakin onları hüceyrəyə onun istifadə edə biləcəyi şəkildə verə bilməyən eritrositlərin heç bir mənası yoxdur. Çünki orqanizm hüceyrələrinin oksigeni özlərinə bağlayacaq xüsusi molekul-lara ehtiyacı var. Bu molekul oksigenlə üçölçülü quruluşda ən ideal formada birləşməli və oksigeni etibarlı şəkildə daşımalıdır. Lakin o, oksigenə çox da sıx şəkildə bağlanmamalı, oksigen veriləcək hü-ceyrəyə çatdığı zaman oksigendən asanlıqla ayrıla bilməlidir. Qısası, oksigenin daşınması və ondan lazımi yerlərdə istifadə edilə bilməsi üçün özünəməxsus bir quruluşda olan xüsusi molekula ehtiyac var. Bu molekul eritrositlərə, deməli, qana qırmızı rəng verən hemoqlobin molekuludur. Hemoqlobin bir-birindən fərqli iki funksiya daşıdığına görə alimlər tərəfindən "qeyri-adi molekul" adlandırılır.

Hemoqlobin ağciyərdəki oksigeni aldığı halda karbondioksidi verir və oradan əzələlərə keçir. Bu zaman əzələlər də qidaları əridib karbondioksidi əmələ gətirir. Hemoqlobin molekulu əzələlərə çatdığı zaman əvvəlkinin tam əksi olan bir funksiya yerinə yetirərək oksigeni verib karbondioksidi alır. Bu, çox şüurlu və nizamlı hərəkət formasıdır.
Alimlər 1996-cı ildə eritrositlərin quruluşundakı hemoqlobin molekullarının oksigeni daşımaq-dan savayı həyat üçün əhəmiyyətli olan başqa bir molekulu da daşıdıqlarını kəşf etdilər. Bu molekul azotmonoksiddir (NO). Hemoqlobinin azotmonoksid qazını daşımasının çox mühüm bir səbəbi var. Hemoqlobin azotmonoksid qazının köməyi ilə toxumaya nə qədər oksigen veriləcəyinə nəzarət edir. Buna görə də bu qazın hemoqlobin tərəfindən daşınması insanın həyatı və səhhəti baxımından ol-duqca əhəmiyyətlidir.

Hemoqlobinin qüsursuz molekul quruluşu və funksiyaları alimlərin də diqqətini cəlb edib. Təkamülçü Qordon Rettri Teylor "Böyük təkamül mistikası" ("The Great Evolution Mystery") adlı ki-tabında hemoqlobin haqqında bunları yazır:
"Qanın hələ yalnız əmələ gəlməsi saqa dastanına bənzəyir. Qan əksəriyyətinin kifayət qədər aydın olmadığı ən azı 80 ünsürdən təşkil olunur. Ən böyük əhəmiyyətə malik olan əsas qüvvə isə he-moqlobindir. Hemoqlobin ağciyərdə olan oksigeni aldığı halda karbondioksidi verir və oradan əzələ-lərə keçir. Orada isə tam əks olan bir funksiya yerinə yetirərək oksigeni verib karbondioksidi alır. Əzələlər də qidaları əridib karbondioksidi əmələ gətirir. Bu, bir avtomobilin yanacaq yandırıb kar-bonmonoksid yaratmasına bənzəyir. Bu maddə həqiqətən də qeyri-adi bir molekuldur ki, bir anda oksigenə qarşı birləşməyə meyl edərkən bir neçə saniyə sonra həmin meyllənmə istəyini itirir. Bir an-da seçimi karbondioksidə bağlı olaraq dəyişir. Bu da onu daha da diqqət mərkəzinə gətirir. Onun ye-rinə yetirdiyi işə uyğun olan daha yaxşı nümunə yoxdur".

Teylorun da qısaca qeyd etdiyi kimi, hemoqlobin molekulu sanki şüurlu bir varlıq kimi lazımi yerdə və vaxtda lazımi seçimi edə bilir. Hemoqlobin yalnız oksigeni daşımaqla kifayətlənməyib oksi-genə təcili ehtiyacı olan bir əzələnin yanından keçərkən bu oksigeni vermək lazım olduğunu dərhal anlayır, bu zaman verilən karbondioksidi almaq, onu hara vermək lazım olduğunu da bilərək hərəkət edir və yeni yükü ilə birlikdə ağciyərlərə doğru yola çıxır. Hemoqlobin molekulu oksigenlə karbondi-oksidi heç vaxt bir-birinə qarışdırmır, daim doğru ünvana gedir.
Bir molekulun düşünmək, qərar qəbul etmək, seçmək və ayırd etmək kimi xüsusiyyətləri zəru-rətə çevirən belə davranışlar göstərməsi əlbəttə ki, çox düşündürücüdür.
Bütün insanlar bu molekulun nümayiş etdirdiyi qeyri-adi şüur sayəsində həyatlarını rahat şə-kildə keçirə bilirlər. İnsan orqanizmində saatda orta hesabla 900 milyon eritrosit yaranır. Yalnız bir eritrosit hüceyrəsində isə təxminən 300 milyon hemoqlobin molekulu var. Bu molekulların hamısı hə-min prosesləri heç bir qarışıqlıq olmadan yerinə yetirə biləcək xüsusiyyətlərə malikdir. İnsanın orqa-nizmində olan bütün hemoqlobin molekullarının sayı və bütün bu molekulların istisnasız olaraq eyni qabiliyyətlərə malik olması göz önünə gətiriləndə mövzunun əhəmiyyəti daha da aydın olur.
Belə bir seçimin təsadüfən ortaya çıxa bilməyəcəyi, insan orqanizmindəki milyardlarla he-moqlobinin xüsusiyyətlərinin təsadüflər nəticəsində əmələ gələ bilməyəcəyi hər bir ağıllı insan üçün aşkar bir həqiqətdir. Hemoqlobin molekulunu yaradan və onu hər bir insanın orqanizminə bütün xü-susiyyətləri ilə birlikdə yerləşdirən yalnız Uca Allahdır:


"O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur, hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!" ("Ənam" surəsi, 102).


Oksigenin hemoqlobinlə bağlı şəkildə paylanması təkamülçülər üçün qaranlıq bir dalandır
Qanın oksigen verib karbondioksidi almaq prosesini hemoqlobin olmadan yerinə yetirə bilmə-məsi təkamülçülər üçün bir sirrdir. Çünki təkamülçülər qanın və insan orqanizmində olan başqa sis-temlərin müəyyən dövr ərzində mərhələlərlə meydana gəldiyini iddia edirlər. Yəni bu iddiaya görə, qanın mövcud olduğu, lakin onun içində hemoqlobin molekulunun hələ olmadığı bir dövr var. Hal-buki bu, təkamül nəzəriyyəsi baxımından böyük bir ziddiyyətdir. Qan adlanan maye hemoqlobin molekulu olmadan öz funksiyasını yerinə yetirə bilməz və hüceyrələrinə oksigen gəlməyən canlı dər-hal ölər. Bu canlının hemoqlobin molekulunun əmələ gəlməsini gözləməyə vaxtı yoxdur. Göründüyü kimi, qan yarananda hemoqlobin də əmələ gəlməlidir. Yəni qanın bütün quruluş və xüsusiyyətləri ilə birlikdə yalnız bir anda ortaya çıxması əsas şərtdir. Bu yerdə təkamülçülərin mərhələli yaradılış id-diaları tamamilə alt-üst olur və qanın Allah tərəfindən yalnız bir anda yaradıldığı sübuta yetir.

Eritrositlərin formasındakı hikmət
Əvvəl də qeyd edildiyi kimi, eritrosit hüceyrələrinin forması yuvarlaq və yastı yastığı xatırla-dır. Bu yastı forma hüceyrənin səthini artırır və onun oksigenlə təmasını asanlaşdırır. Bu, oksigenin asan daşınması üçün ən ideal formadır. Bu forma pozulanda orqanizmdə olduqca ciddi xəstəliklər əmələ gəlir. "Oraq hüceyrəli anemiya" adlanan xəstəlik növündə eritrositlər "hemoqlobin S" deyilən anormal hemoqlobin tipini əhatə edirlər. Bu hemoqlobin oksigensiz qaldığı dövrlərdə eritrositlərin içində uzun kristallar halında çökür. Bu kristallar da hüceyrəni uzunsovlaşdıraraq onun bir növ oraq forması almasına səbəb olurlar. Eritrosit oraq şəklini aldıqda qanda olan toxumalara oksigen keçməsi çətinləşir. Bu hal isə oksigen azlığına və oraqlaşmanın artmasına səbəb olur. Bir müddət sonra eritro-sit kütləsi azalmağa başlayır və xəstəlik bir neçə saat ərzində çox təhlükəli həddə çatır.
Belə xəstəlik hallarından başqa demək olar ki, bütün insanlarda eritrositlərin forması eynidir. Hər bir insanın orqanizmindəki oksigen bu forma sayəsində asanlıqla lazımi yerlərə daşınır. Hal-ha-zırda yaşayan, keçmişdə yaşamış və gələcəkdə də yaşayacaq bütün insanların eritrositlərinin forması-nın yastı və yuvarlaq bir yastıq formasında olması əlbəttə ki, izahı təsadüflərlə mümkün olmayan bir vəziyyətdir. Allah hər şeyin ən qüsursuzunu bilən, hər şeyi ən incə dəqiqliyinə qədər tədbir görüb ni-zamlayandır. Bütün aləmlərin Rəbbi olan Allahın şəni çox ucadır.