İnsan möcüzəsi

Skelet sisteminin yüksək yükqaldırma qabiliyyəti

Skeletin vahid şəkildə ideal funksional xüsusiyyətlərə malik olması ilə yanaşı onu təşkil edən sümüklər də qüsursuz daxili quruluşa malikdir. Orqanizmin daşınması və qorunması kimi mühüm funksiya daşıyan sümüklərimiz bu işi rahatlıqla yerinə yetirə biləcək qabiliyyət və möhkəmlikdə yaradılıb. Hətta bu baxımdan geniş bir təhlükəsizlik payının olduğu və orqanizmin qarşılaşa biləcəyi çətinliklərə uyğun bir layihənin yaradıldığı məlum olacaq.

Orqanizmimizin ən yüksək yükqaldırma qabiliyyətinə malik olan sümüklərindən biri də bud sümüyüdür. Bud sümüyü sabit vəziyyətdə 1 ton ağırlığı qaldıra biləcək gücdədir. Belə ki, atılan hər bir addımda bu sümüyümüzə orqanizmimizin ağırlığının üç qatı qədər yük düşür. Hətta hündürlüyə tullanan bir atlet yerə enərkən ayaq sümüyünün hər kvadratsantimetri 1400 kq-lıq təzyiqə məruz qalır. Orqanizmimizdəki sümüklər hərəkət etdiyimiz, yatdığımız və oturduğumuz zaman ağırlıq və təzyiqlə qarşılaşır. Oturduğunuz yerdən qalxdınız və yeriməyə başladınız yaxud da əksinə, bir yerə oturdunuz. Beləliklə, sizin heç düşünmədən etdiyiniz bütün bu hərəkətlər zamanı əslində orqanizminizdə olduqca sistemli şəkildə fəaliyyət göstərən kompleks skelet layihəsi hərəkətə gəlir.

Sümüklərdəki layihənin mükəmməlliyinin tam şəkildə aydınlaşdırılması üçün belə bir müqayi-sə aparaq. İnsan övladının istifadə etdiyi ən möhkəm materiallardan biri poladdır. Çünki polad həm möhkəm, həm də elastik maddədir. Lakin sümüklər bərk maddə olan poladdan da möhkəmdir. Üstəlik bir parça sümük poladdan 10 dəfə elastikdir. Sümüklər ağırlıq baxımından poladdan da üstün quruluşa malikdir. Bir polad karkas insan skeleti ilə müqayisədə 3 dəfə ağırdır.
Yalnız polad deyil, insan övladının istifadə etdiyi hər hansı başqa material da sümüklərin quruluşu ilə müqayisə edildiyi zaman onların olduqca zəif olduğu görünür. Eyni ağırlıqda gücləndirilmiş sementlə müqayisə edildiyi zaman sümüklərin 4 dəfə artıq yükqaldırma qabiliyyətinin olduğu müşahidə edilir.

Orqanizmdəki canlı bank: sümüklər
İnsanların əksəriyyəti sümüklərin cansız maddələr olduğunu güman edir, lakin sümüklər onların xarici təbəqələrini çıxmaq şərtilə canlı toxumalardır. Bu toxumaların içində mikroskopik damarlar, sinir şəbəkələri və sümük iliyi var. İnsan orqanizmindəki sümüklər eyni zamanda bir bank kimi fəaliyyət göstərirlər. Kalsium və fosfor kimi həyati əhəmiyyətli maddələri ehtiyatda saxlayır, ehtiyatda saxladıqları bu maddələri hər hansı bir vəziyyətdə, buna ehtiyac olanda yenidən orqanizmə qaytarırlar.
Əgər orqanizmdə kalsium olmasaydı, nə baş verərdi?

Kalsium orqanizmdə ətrafdan toplanan siqnalları sinirlərə çatdırmaq kimi olduqca mühüm bir funksiya daşıyır. Kalsium olmasa, siqnallar sinirlərə çata bilməz. Bu da insanın tamamilə iflic olması və daxili orqanlarının işləməməsi, deməli, ölümlə nəticələnəcək bir haldır.
Kalsiumun orqanizm üçün əhəmiyyəti təkcə bununla bitmir.

Bir yeriniz kəsiləndə kəsilmiş yerdə qısa müddətdən sonra qan laxtalanır, qanaxma dayanır və bunun sayəsində sizin qan itkisindən ölməyinizin qarşısı alınır. Bu, çox mühüm bir tədbirdir və onun həyati əhəmiyyəti var. Əgər qan laxtalanmasaydı, nə olardı? Altı deşilmiş bir çəlləyin içindəki bütün suyun çəllək boşalana qədər dəlikdən axması kimi orqanizminizdəki bütün qan yaranın açdığı kiçik bir dəlikdən tamam axıb qurtara bilərdi. Lakin insan orqanizmində qanı laxtalandıran möcüzəvi bir mexanizm var (müfəssəl məlumat üçün bax: "Qanın laxtalanması" bölümü). Bu mexanizm insanı mütləq ölümdən qoruyur. Beləliklə, bu mexanizmi hərəkətə gətirən ən mühüm amillərdən biri də kal-siumdur. Sümüklərdə ehtiyatda saxlanılan kalsium olmasaydı, qanınız laxtalanmazdı.