Canlı boru xətti

Burada yenidən üzərində dayanmalı olduğumuz
mühüm bir məqam var. Bura qədər haqqında "təmizləmə
borusu" və ya "boru xətti" kimi bəhs etdiyimiz
31 mm uzunluğundakı borucuq canlıdır. Daha
doğrusu, milyonlarla canlı hüceyrənin birləşməsi
ilə əmələ gəlmiş bir boru yığınıdır. Bu boru
xəttini təşkil edən hüceyrələr insan orqanizmi
üçün həyati əhəmiyyətli bir funksiyanı
ağlasığmaz bir əzm, şüur və məsuliyyətlə yerinə
yetirirlər.
Hüceyrələr insanın yaşaması üçün lazım olan
maddələri sidiyin tərkibindən seçib ayırır və
tuturlar. Daha sonra isə olduqca böyük bir
enerji sərf edərək bu maddələri boru xəttini
əhatə edən kapilyarlara keçirirlər. Beləliklə,
qlükoza, amin turşuları və proteinlər kimi
həyati əhəmiyyətli maddələr qan dövranına geri
qaytarılmış olur. Bu daşıma prosesinin baş
verməsi üçün hüceyrələrə yardım edən daşıyıcı
molekulların da həmin şəraitdə hazır olması
lazım gəlir. Bir sözlə, burada hər şey qüsursuz
şəkildə planlaşdırılıb və tənzimlənib.
Məhz bu məqamda bir az düşünməliyik. Hüceyrələr
yerinə yetirdikləri bu işin müqabilində heç bir
fayda əldə etmirlər. Lakin hüceyrələr lazımi
molekulları bir kimyaçı kimi müəyyən edib bu
molekulları nəqliyyat şirkətinin işçiləri kimi
gecə-gündüz qan damarlarına daşıyırlar. Bir
hüceyrənin maddələr arasından seçim edə bilməsi
üçün onun bu maddələri tanıyacaq bilgiyə və
onları toplamaq qabiliyyətinə, bunları ayırd edə
biləcək ağıla və şüura malik olması lazım gəlir.
Lakin təkcə bir hüceyrənin ağıla malik olması da
kifayət deyil. Əsas şərt böyrəklərdəki
milyonlarla hüceyrənin bir boru əmələ gətirəcək
şəkildə toplanması, bütün bu hüceyrələrin eyni
şüura malik olaraq böyük bir ahəngdarlıqla
fəaliyyət göstərməsidir. Əlbəttə, böyrəklərin
fəaliyyət göstərməsi üçün yalnız bir borunun
əmələ gəlməsi də kifayət deyil. Bu borunun
yanında həmçinin başqa bir hüceyrə kütləsi də
eyni fəaliyyəti göstərməli və başqa bir boru
xətti qurmalıdır. Buna görə də buna analoji
iradəni göstərən milyardlarla hüceyrənin
ayrı-ayrılıqda birləşməsi ilə üst-üstə 1 milyon
bir-birindən ayrı boru xətti əmələ gəlməlidir.
Eyni zamanda yenə milyardlarla hüceyrə üst-üstə
1 milyon süzgəc əmələ gətirəcək formada
birləşməli və bu boru xəttinin girişlərində
yerləşməlidir.
Unutmaq olmaz ki, heç bir hüceyrə şüura malik
deyil. Əgər bir hüceyrə yığını birləşib ağıl,
məsuliyyət, şüur və harmoniya tələb edən bir iş
görürsə, bu, Allahın sonsuz ağlının, misilsiz
yaradan olmasının orqanizmimizin bir küncündəki
kiçik bir boru üzərindəki göstəricisidir. Belə
bir qüsursuz nizam təsadüflərlə deyil, yalnız
üstün bir qüdrət sahibi olan Uca Allahın "Ol!"
deməsi ilə yarana bilər:
("Bəqərə" surəsi, 117).