Orqanizmimizdəki su nisbətinin qorunması

Bir insanın idmanla məşğul olarkən sərf etdiyi
su miqdarı ilə dincələrkən sərf etdiyi su
miqdarı arasında böyük fərq var. Belə hallarda
böyrəklərin süzdüyü su miqdarı müxtəlifdir.
Lakin bu miqdarı tənzimləyən böyrəklər də deyil.
Hipofiz vəzi orqanizmin ehtiyacına görə
antidiuretik (ADH) hormon adlı kimyəvi maddə
göndərərək böyrəkləri xəbərdar edir. Böyrək
hüceyrələri bu əmri aldıqları zaman qansüzmə
prosesini yavaşıdır, hətta süzülən artıq mayenin
tərkibindən su molekullarını geri qaytarmağa
başlayırlar.
Hipofiz vəzi qanın tərkibində olan suyun
miqdarını tənzimləmək üçün başqa bir yoldan da
istifadə edir. Hipofiz vəzidən ifraz olunan
antidiuretik (ADH) hormon tüpürcək vəzilərinin
tüpürcək ifrazetmə funksiyasını yavaşıdır.
Bundan sonra insan susuzluq hiss edir və bir
stəkan su içir.
Hipofiz vəzisinin su içməyimizi təmin etmək üçün
malik olmalı olduğu bilgilər barədə düşünək.
İlk öncə bu kiçik ət parçası suyun əhəmiyyətini
bilməlidir.
Bundan əlavə, hipofiz vəzisi insanın ağzı
quruduğu zaman psixoloji baxımdan su içməyə
ehtiyac duyacağını bilməlidir.
Hipofiz vəzisi üçüncü əsas məsələ kimi bunu
bilməlidir ki, insanın ağzının quruması üçün
tüpürcək vəziləri fəaliyyət göstərməməlidir.
Hipofiz vəzi tüpürcək vəzilərinin fəaliyyət
göstərməməsi üçün onların işinin necə
dayandırılacağını da bilməlidir. Yer üzündəki
milyardlarla insanın beyinlərində olan
milyardlarla hipofiz vəzi hər gün, hər saniyə bu
insanların nə qədər suya ehtiyaclarının olduğunu
müəyyənləşdirir və həmin in-sanları su içməyə
məcbur edir.
Yalnız bu sistem insanın acizliyinə və onun
yaradılmış olmasına mühüm bir dəlildir.
İnsan ona görə aciz sayılır ki, o, öz ağlı ilə
orqanizmində suyun azaldığını dərk etmir. Onun
susuzluq hissinə ehtiyacı var. Susuzluq hissini
insan üçün xüsusi olaraq yaradan varlıq isə
kiçik bir ət parçasıdır. Əgər bu ət parçası
olmasa, insan susamayacaq, orqanizminin suya
ehtiyacının olduğunu bilməyəcək və insanların
əksəriyyəti susuzluqdan bayılana qədər
ağıllarına su içmək gəlməyəcək.
İnsan yaradılıb, çünki heç bir təsadüf insanın
beyninə həmin insana lazımi psixoloji təzyiqi
tətbiq edən və insanı su içməyə məcbur edən
kiçik, lakin olduqca şüurlu ət parçasını
yerləşdirə bilməz. İnsanı suya möhtac yaradan və
onun müntəzəm şəkildə su içməsini təmin etmək
üçün lazım olan hər bir mühüm tədbiri görən
qüvvə isə Uca Allahdır.
Əgər əsla susamasaydınız?..
Orqanizmimizdəki suyun miqdarında gün ərzində
baş verən ən kiçik dəyişiklikləri də müəyyən
edən sistemlər var. Bunların birincisi
beynimizin noxud boyda olan hipotalamus adlı bir
hissəsidir. Hipotalamus qanın tərkibindəki suyun
nisbəti azalanda bunu dərhal müəyyən edir.
Hipotalamusun düz altında yerləşən 1 sm
uzunluğundakı hipofiz vəzisi buna uyğun olaraq
da bir tədbir kimi "ADH" adlı bir hormon ifraz
edir.
Bu hormon qan dövranı yolu ilə uzun bir səfərə
çıxır və böyrəklərə çatır. Böyrəklərdə eynilə
bir qıfılın açara uyğun gəlməsi kimi bu hormona
tam uyğun olan xüsusi qəbuledicilər var.
Hormonlar bu qəbuledicilərə çatanda
böyrəklərdəki su məsrəfi dərhal nizamlanır və su
itkisi aşağı səviyyəyə endirilir.
Əgər hipofiz hormonu və bu hormonun gətirdiyi "su
məsrəfini azaldın" əmrini qəbul edib müvafiq
tədbir görən böyrək hüceyrələri olmasaydı,
susuzluqdan ölməmək üçün gün ərzində 15-20 litr
su içməyə məcbur olardıq. Həmin suyu da
orqanizmdən kənarlaşdırmağımız lazım olduğu üçün
yatmağımız və ya uzun müddət bir yerdə
oturmağımız mümkün olmazdı.
Lakin belə bir sistemin qüsursuz olması da
yaşamağımız üçün kifayət deyil. Biz su içməli
olduğumuzu və məhz nə qədər su içməli olduğumuzu
bilməliyik. Buna görə də Allah insanı susuzluq
hissi ilə birlikdə yaradıb. Təsəvvür edək ki,
orqanizmimizdə hər şey qüsursuzdur, lakin
susamırıq. O zaman doğulduqdan qısa bir müddət
sonra susuz qalıb ölərdik. Susuzluq hissimiz
olmadığı üçün nə üçün böhrana düşüb öldüyümüzü
də bilməzdik. Halbuki bir insan dünyaya gəldiyi
andan etibarən su içməli olduğunu, üstəlik nə
qədər su içməli olduğunu bilir, çünki məhz lazım
olan nisbətdə, lazəm olan qədər susayırıq. Bu
sistem o qədər mükəmməl şəkildə fəaliyyət
göstərir ki, ehtiyacımızdan nə artıq, nə də
əskik maye qəbul etmirik, tam ehtiyac duyduğumuz
qədər su içirik.
Beləliklə, bizi "bir damla sudan" yaradan Allah
orqanizmimizin bütün ehtiyaclarının ödənilməsi
üçün mükəmməl sistemlər yaradıb. Çünki O,
qüsursuz yaradandır: