İnsan möcüzəsi

İçimizdəki kondinsioner: tənəffüs sistemi

Orqanizmdə gedən milyardlarla proses ən kiçiyindən ən böyüyünə qədər olmaqla yalnız oksigen sayəsində əldə edilən enerji ilə baş verir. Ehtiyac duyduğumuz oksigeni orqanizmimizə verən qüvvə tənəffüs sistemimizdir.

Tənəffüs prosesi avtomatik baş verir. İnsan həyati əhəmiyyətli bu prosesi yerinə yetirərkən heç bir əmək sərf etmir, qərar qəbul etmir və heç bir şeyə müdaxilə etmir. Bu möcüzəvi sistem insan doğulduğu andan etibarən hərəkətə gəlir və heç bir qüsur olmadan fəaliyyət göstərir. Hər bir yeni doğulmuş körpədə (özünün xəbəri olmasa da) ömür boyu fasiləsiz olaraq fəaliyyət göstərəcək tənəffüs mexanizminin düyməsinə basılmış olur.

Tənəffüs yalnız nəfəs almaq deyil. Tənəffüs havadakı oksigendən istifadə edilməklə ortaya enerji çıxarmaq üçün yerinə yetirilən vahid proseslər zəncirinə verilən addır. Qarşıdakı bölümlərdə tənəffüs sisteminin necə baş verməsi mövzusu ilə birlikdə tənəffüs sistemini əmələ gətirən hissələrin ümumi quruluşu da nəzərdən keçiriləcək.

Tənəffüs sisteminin giriş qapısı: burun
Yaddaşınızda olan qoxuları gözdən keçirək. İsti çörəyin, bağçadakı çiçəklərin, yeni biçilmiş otun, yağışdan sonrakı torpağın, ləziz qızartmanın, yenicə dərilmiş çiyələyin, şaftalının, cəfərinin, istifadə etdiyiniz sabunun, şampunun qoxusunu və buna bənzər bir çox başqa qoxunu hiss edə bilmə-yiniz burnunuzdakı həssas quruluş sayəsində mümkündür.

Bir çox insanlar gün ərzində nə qədər qoxu hiss etdiyini və bu qoxular sayəsində beynində olan cisimlərin şəkillərinin yarandığını düşünmür. Halbuki yediyiniz yeməyin dadını ləzzətli edən amil qoxubilmə hissiyyatınızdır. Qoxu cisimləri tanımağınızdakı amillərdən biridir.
Aldığınız hər nəfəslə birlikdə cismlərə aid qoxular da burundan içəri daxil olur. İnsan burnu hiss etdiyi qoxunu 30 saniyə ərzində analiz edib təxminən 3000 müxtəlif qoxunu da bir-birindən ayıra bilmək kimi nəhəng imkanlara malikdir.

Burunun üst hissəsində çoxlu sayda sinir hüceyrəsini əhatə edən və qoxu epitelisi adlandırılan iki kiçik sahə var. Bu sahələrin funksiyası qoxunu hiss etməkdir. Qoxu isə havada molekul formasında dolaşır. Nəfəs alarkən havadakı oksigenlə birlikdə molekullar da buruna daxil olur. Hava vasitəsilə daşınan "qoxu molekulları" qoxu epitelisindəki qəbuledicilərə çatanda buradakı hüceyrələrə xəbərdarlıq edilir. Xəbərdar olunan hüceyrələr beyinə bir elektrik siqnalı göndərir. Beyin qoxu molekulu ilə deyil, yalnız ona gələn elektrik siqnalı ilə təmasda olur. İnsan elektrik siqnalından gələn xəbərdar-lığı araşdırıb dəqiqləşdirmiş beyinin gəldiyi nəticəni qoxu kimi qəbul edir.

Burun gözəl qoxulu çiçəklərin və ya iştahgətirici yeməklərin qoxularını qəbul etməklə yanaşı başqa çox mühüm funksiyaları da olan bir orqanımızdır. Nəfəs aldığımız hava ilə birlikdə havadan aldığı oksigeni orqanizmimizin bütün hüceyrələrinə daşıyan qan arasındakı əsas birləşmə yollarından biridir. Qısası, burun həm qoxu orqanı, həm də nəfəs borularının yollarının başlanğıcı kimi böyük əhəmiyyətə malikdir. İki hissədən ibarət olan burunun içində "silya" adlı tükcüklər və "mukus" deyilən bir maye var. Hava burundan içəri daxil olanda bunlarla qarşılaşır və dərhal analiz edilir. Havadakı molekullar ayrılaraq tədqiq edilir və beyinə verilərək qoxunun nə olduğu müəyyənləşdirilir və ona müvafiq reaksiya verilir. Bütün bu proseslər yalnız 30 saniyə qədər kiçik bir zaman ərzində baş verir.

Burunun içində aerodinamik baxımdan da qüsursuz bir layihə var. Hava içəri daxil olanda bir-başa nəfəs borusuna getmir. Burun bayırdan gələn çirkli, isti, soyuq və ya rütubətli havanı xüsusi bir süzgəc sistemi ilə bir kondisioner kimi ağciyərlər üçün hazır vəziyyətə gətirir. Burundakı xüsusi qıv-rım quruluş sayəsində hava orada dairəvi hərəkət edir. Beləliklə, hava burun ətrafında olan tükcüklə-rə və damar toruna daha çox təmas etmiş olur. Belə ki, bu qıvrım quruluş sayəsində burun gün ərzində 15 kubmetr havanı süzgəcdən keçirir, təmizləyir, nəmləndirir və isidir. Bu, təxminən bir otağın içində olan havaya bərabərdir.

Lakin burada çirkli hava dedikdə ağıla yalnız tozlu hava gəlməməlidir. Hava vasitəsilə gələn tozla birlikdə bəzi bakteriyalar, polenlər və s. kimi təxminən 20 milyard yad maddənin orqanizmə daxil olmasının qarşısı burunda olan xüsusi sistemlər sayəsində alınır.
Təkamülçü tibb mühəndisi Con Lenihan "Human Engineering" adlı kitabında tənəffüs sistemini kondisionerə bənzədərək orqanizmdəki qüsursuz layihəni belə ifadə edir:
"Burun dəliklərinin arxasında olan sahə analitik kimyaçıların izah etməyə qüvvələrinin çatma-dığı fövqəladə hissiyyata malik kəşf sistemi ilə birləşmiş dünyanın ən yaxşı hava-kondisioneri sisteminə malikdir".

Tozlarını və hər cür zərərli bakteriyalarını burundakı kondisioner sistemində qoyub gedən hava bu prosesdən sonra hər bir burun dəliyində üç ədəd olan qıvrım quruluşların üzərindən keçir. Burundakı tükcüklərə yapışan yad maddələr bu dəfə də burundakı mukusun antibakterial təsirləri ilə zərərsizləşdirilir. Hava bu qıvrımlara toxunanda istiqamətini dəyişdirir və burun boşluğunun divarına çırpılır. Bura çırpıldığı zaman mukus mayesinin içində saxlanılır. Tənəffüs havasının yad cisimlərdən təmizlənməsi prosesi çox əhatəli və həssasdır. Bu zaman hətta ən kiçik bir səhvə, unutmağa və diqqətsizliyə də yol verilmir. Çünki bir bakteriyanın və ya zərərli bir cismin ağciyər kimi həssas bir orqana keçməsi sağlam insana zərərli təsirlər göstərə bilər. Lakin bütün bunlara baxmayaraq zərərli cisimlərin burundan keçə bilmə ehtimalına qarşı ikinci bir müdafiə mexanizmi də var. Əgər burun boşluğunu keçən cisimlər olsa, bunlar da tənəffüs yollarında saxlanılır.

Burunun içində təmizlənən və istiliyi tənzimlənən hava ciyərlərinizə getməyə hazırdır. Ciyərlərə çatmaq üçün keçilən yol nəfəs borusudur.
Havanın tənəffüs sistemindəki səfərini izləməyə davam etməzdən əvvəl bir mövzu üzərində dayanmaq faydalı olardı. Nəfəslə aldığımız havanı təmizləyən sistemi bir kondisionerə bənzətmişdik. Üstəlik yalnız təmizləyən deyil, istiliyi də tənzimləyən qoşa sistemli bir kondisionerə. Bəs insan orqanizmində olan bu kondisioner necə yaranıb? O, bizim orqanizmimizə necə yerləşdirilib? Bütün insanlarda qüsursuz olaraq necə mövcuddur?

Bütün bu sualların cavabını vermək üçün bir sual da verək: bir kondisionerin təsadüfən yaranması mümkündürmü? Havanı süzən süzgəclər, rütubəti təmin edən mexanizmlər, soyuq havanı isi-dən, isti havanı soyudan sistemlər kimi bir-biri ilə harmoniya içində fəaliyyət göstərən kondisioner hissələrinin təsadüfən mövcud olması mümkündürmü? Bir otağa kondisioneri təşkil edən maddələri, hətta bütün hissələrini tam şəkildə qoyduğumuzu təsəvvür edək. 10 il, 100 il, 1000 il və ya lap 1 milyon il sonra yenidən həmin otağa daxil olduğumuz zaman hissələrin öz-özünə birləşməsi ilə əmələ gələn bir kondisionerlə qarşılaşa bilərikmi? Nəinki müəyyən zaman ərzində kondisionerin öz-özünə yaranması mümkün olmayacaq, hətta bu maddələrdə paslanma, köhnəlmə və sıradan çıxma halları baş verəcək.

Hər hansı bir texniki cihazın yaranması üçün şüurlu bir planlaşdırıcının olması, həmin insanın bütün hissələri bir nizam içində birləşdirməsi və bunun üçün ciddi səy göstərməsi lazımdır. Bu, hər bir şüurlu insan tərəfindən qəbul edilir. Orqanizmimizdəki kondisionerin də öz funksiyası baxımından zavodda hazırlanan kondisionerlərdən hər hansı bir fərqi yoxdur. Üstəlik quruluşundakı ünsürlər baxımından bu kondisioner digərlərindən daha üstündür. Əlbəttə, "dünyanın analoqu olmayan ən yaxşı kondisioner sistemi" kimi xarakterizə edilən burundakı quruluş Allahın misilsiz yaradıcılığının bir nümunəsidir. Allah insanı onun yaşaması üçün lazım olan bütün ideal sistemlə birlikdə yaradıb. Allah hər şeyi qüsursuz və nümunəsiz yaradandır:

"O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət, hikmət sahi-bidir!" ("Həşr" surəsi, 24).