Böyrəkləriniz tibbi biliklərə malik ola
bilərmi?

Böyrəklərinizə vurulan qanın tərkibindəki
eritrositin miqdarı böyrəklər tərəfindən daim
ölçülür. Həssas qəbuledicilərlə müəyyən edilən
məlumatlar dərhal qiymətləndirilir və lazımi
tədbirlər görülür.
Böyrəkdən süzülən qanın miqdarında bir azalma
qeydə alınanda böyrəklərdəki xüsusi
hüceyrələrdən "eritropoetin" adlı bir hormon
ifraz olunur. Bu hormon qan istehsalını
artırmağa yarayır. Hormon öz təsirini böyrəkdən
kənar bir yerdə sümük iliyinə göstərəcək. Sümük
iliyində olan əsas qanyaradıcı hüceyrələr bu
hormonun eritrosit sayının azaldığını bildirməsi
ilə eritrosit hazırlanmasını sürətləndirərək qan
dövranına daha çox eritrosit verir. Bunun
nəticəsində eritrositin tarazlığı tənzimlənmiş
olur. Göründüyü kimi, böyrək hüceyrələri
müəyyənləşdirir, məlumatları qiymətləndirir və
lazım olanı tətbiq etmək kimi təşəbbüsü yerinə
yetirir. Sümük iliyindəki hüceyrələr də
böyrəklərdən gələn bir hormonla göndərilmiş
mesajı necə çözəcəklərini bilir və bu xəbər
əsasında hərəkət edirlər. Üstəlik bütün bu
proseslər milyardlarla insanın hər birində eyni
şəkildə həyata keçir və bu uyğunluq bütün
insanlarda eynidir.
Bütün bu proseslərdə hüceyrələr açıq şəkildə
ağıl nümayiş etdirirlər. Belə olan halda həmin
ağlın mənbəyinin nə olması sualına cavab
verilməlidir. Hüceyrələrin belə ağıla öz-özünə
və ya təsadüfən nail olmalarını iddia etmək
mümkün deyil. Hüceyrələrə bu ağlı yerləşdirən,
onlara necə davra-nacaqlarını ilham edən qüvvə
hər şeyi öz nəzarətində saxlayan Uca Allahdır.
Allahdan başqa heç bir qüvvə yoxdur.
Süni böyrək
Lazımi səviyyədə fəaliyyət göstərməyən
orqanlarımızı əvəz edə biləcək süni orqanlar və
cihazlar müasir texnologiyanın verdiyi
imkanlarla təbabətin istifadəsinə verilib.
Böyrəklər öz funksiyalarını itirəndə və ya hər
hansı bir mənfi hal yarananda da bunun əvəzinə
orqanizmin təmizləmə sistemi kimi fəaliyyət
göstərməli olan dializ mexanizmləri inkişaf
etdirilib. Ölçüləri böyrəklərlə müqayisə
edilməyəcək qədər böyük olan bu mexanizmlərdə
qan müəyyən qurğulardan keçirilir və qan özünün
tərkibindəki sidik cövhəri, sidik turşusu kimi
zərərli maddələrdən və artıq mayelərdən
təmizlənir.
Bu cihaz sadə diffuziya (bir maddənin qarışıq
bir nisbətdən nisbətən az qarışıq nisbətə
keçməsi) üsulu ilə işləyir. Arteriyadan çıxan
boru ilk öncə bir nasosa gəlir. Bu nasos qanı
dializ mexanizminə vurur. Dializ mayesi
oksigenlə zəngindir və duz konsentratı
baxımından da plazmaya bərabərdir. Qan dializ
mayesi içində olan dializ borucuqlarından
keçirilir. Qanın tərkibindəki sidik cövhəri kimi
artıq maddələr diffuziya ilə dializ mayesinə
keçdiyi halda eritrosit və protein kimi lazımlı
maddələr dializ borucuqlarında qalır. Bu proses
zamanı dializ mayesi mexanizmin içində xəfif
şəkildə çalxalanır. Bunun nəticəsində qandakı
artıq maddələr təmizlənir və qan geri
qaytarılacaq vəziyyətə gətirilir. Əgər qanın
qidalandırılmasına ehtiyac olarsa, dializ
mayesinə qlükoza əlavə edilir və yenə də
diffuziya üsulu ilə qana keçirilir. Təmizlənmiş
qan bir boru ilə venaya verilir. Bütün bu
proseslər zamanı dializ mayesi fasiləsiz olaraq
təzələnir və hər dəfə də bədən temperaturuna
uyğun şəkildə saxlanılır. Əks halda xəstə çoxlu
miqdarda istilik itirmiş olar.
Tam bir dializ prosesi 4-6 saat çəkir və dializ
mayesi bir neçə dəfə dəyişdirilir. Bu proses bir
çox xəstəyə həftədə iki və ya üç dəfə tətbiq
edilir. Lakin dializ heç bir şəkildə böyrəyin
yerini vermir. Ən güclü şəkildə işləyən təsirli
dializ mexanizmlərində də xəstənin həyatı yalnız
bir neçə il uzadıla bilir və əksər xəstələr bir
müddət sonra vəfat edirlər.
İnsan orqanizmindəki hər şey ən mükəmməl, ən
ideal şəkildə planlaşdırılıb. Texnologiyadan
istifadə edilməklə aparılan bütün tədqiqatlarda
əsas məqsəd insan orqanizmindəki layihənin
bənzəri-ni hazırlamaqdır. Lakin orqanizmimizdə
olduğu kimi kiçik nahiyələrə həmin
xüsusiyyətlərə malik olan texnologiyanın
yerləşdirilməsi mümkün deyil.
Allahın insan orqanizmində yaratdığı sistem hər
cəhətdən misilsiz və mükəmməldir. Hər bir
insanın vəzifəsi bunları Allahın bir neməti kimi
görüb yaşadığı hər an üçün Allaha şükr etməkdir: