Orqanizmdə həyati əhəmiyyətə malik olan orqanlar
başqalarından daha fərqli şəkillərdə mühafizə
altına alınıblar. Ürək də orqanizmin ən çox
qorunma tələb edən orqanlarından biridir. Ürəyə
gələ bilən hər hansı bir zərbə həyati
əhəmiyyətli təhlükələrə səbəb ola bilər. Elə
buna görə də ürəyimiz orqanizmin ən etibarlı
yerinə, döş qəfəsinin içində yerləşdirilib. Döş
qəfəsini təşkil edən sümüklər bir zireh kimi
ürəyi hər bir zərbədən qoruyur.