Mikrosüzgəclər: böyrəklər

Qan mayesinin təmizlənmə prosesi necə baş verir?
Orqanizmdə dolaşan qan əvvəlcə böyrəklərdə
süzülür. Süzmə prosesinin həyata keçməsi üçün
böyrəklərin içinə kiçik ölçüdə bir çox süzgəclər
yerləşdirilib. Bu süzgəclərin sayını və ölçüsünü
nəzərdən keçirəndə böyük bir yaradılış möcüzəsi
ilə qarşılaşırıq. Yalnız bir böyrəyin içində 1
milyon 200 min ədəd süzgəc var. Bu
mikrosüzgəclərə nefron deyilir. Bir nefron
bouman kapsulu (nefronun ucunda olan yarı
kürəşəkilli, kapilyarlardan ibarət olan bir
quruluşdur), yumaqcıq, malpigi borucuğu və
böyrək damarlarından ibarətdir. 1 milyon 200 min
süzgəcin hər biri minlərlə mikrodəliyi olan
ideal bir quruluşa malikdir.
Ürəkdən çıxan qanın təxminən 1/4 hissəsi böyrək
arteriyaları vasitəsilə böyrəklərə gəlir. Bu,
dəqiqədə bir litrdən artıq qan deməkdir. Qanı
gətirən damar böyrəyə daxil olar-olmaz saysız
kapilyarlara ayrılır. Bu kapilyarların hər biri
bir mikrosüzgəcə bağlıdır. Ürəyin təzyiqi
sayəsində qan sürət-lə süzgəcin səthinə çırpılır,
zərərli maddələr və su süzgəcin o biri tərəfinə
keçir. Proteinlər və qan hüceyrələri böyük
olduqları üçün bu süzgəcdən keçmirlər. Beləliklə,
süzgəcin digər tərəfinə keçməyən qan süzülmüş və
təmizlənmiş olur.
Bura qədər verilən məlumatlar barədə ətraflı
düşünmək faydalı olacaq.
Yumruğunuz böyüklüyündə olan bir ət parçasının
içinə 1 milyon 200 min süzgəc yerləşdirilib. Bu
süzgəclərin hər birində həmin müfəssəl quruluş
qüsursuz olaraq mövcuddur. Məsələn, hər biri
nefronda yumaqcıq adlanan (bouman kapsulu
içindəki kapilyar damarlar yığını) bir hissə
var. Bu his-sənin xüsusiyyətlərini qısaca
şəkildə nəzərdən keçirək.
Bouman kapsuluna daxil olan yumaqcıq burada
damar yumağını əmələ gətirmək üçün bir çox
kapilyarlara ayrılır. Daha sonra bu kapilyarlar
birləşərək yenə arteriya kimi kapsuldan çıxırlar.
Orqanizmdə iki arteriya arasında olan kapilyar
damarların şəbəkəsinə yalnız bu yerdə rast
gəlinir. Yumaqcıq kapilyarları iki arteriya
arasında olduğu üçün qan təzyiqi orqanizmin
başqa kapilyar-larından fərqli olaraq burada
daha yüksəkdir. Qan təzyiqinin bu nahiyədə
yüksək saxlanmasının məqsədi var. Qan təzyiqi
yüksək olduğuna görə süzülmə prosesi daha dəqiq
şəkildə baş verir. Yenə də başqa kapilyarlardan
fərqli olaraq bu yerlərdə damar divarları
ikiqatdır. Bu quruluş onlara həm yüksək təzyiqə
davam gətirmək qabiliyyəti verir, həm də protein
və leykositlərin kapilyarlardan kənara
çıxmasının qarşısını alır.
Bütün bu xüsusiyyətlər sayəsində yumaqcıq
kapilyarlarından bouman kapsuluna yalnız su və
suda ərimiş maddələr keçə bilir. Başqa
kapilyarlarda geriyə sorulma hadisəsi olduğu
halda burada olan kapilyarlarda geriyə sorulma
yoxdur.
Böyrəklərdə olan quruluşa bir nümunə kimi böyrək
damarlarını göstərə bilərik. Süzgəclərə
çirklənmiş qanı gətirən, süzülən tullantıları
kənarlaşdıran və yerdə qalan təmiz qanı yenidən
orqanizmə daşıyan boru (damar) sistemləri
1200000 süzgəcin hər biri üçün ayrı-ayrılıqda
döşənib. Böyrək-lərdə olan milyonlarla borudan (damardan)
təşkil olunmuş bu sistem heç bir mürəkkəbliyə və
dolaşıqlığa imkan verməyəcək şəkildə
planlaşdırılıb. Bütün damarlar lazımi yerlərə
bağlanıb. Böyrəklərdə damarların hansı bir yolla
gedəcəyi, hara gedəcəyi, hansı yollardan keçərək
böyrəkdən kənara çıxacaqları, maddələri hara
daşıyacaqları kimi hər bir proses xüsusi olaraq
yaradılıb.
Burada haqqında bəhs edilənlər böyrəklərdə olan
incə quruluşun çox kiçik hissələridir.
Böyrəklərdəki yalnız bir funksiya və ifraz
olunan bir maddə ilə bağlı səhifələr dolusu
kitablar, saysız-hesabsız elmi tədqiqat işləri
və təcrübələr mövcuddur. Bunun kimi insan
orqanizmi ilə bağlı aparılan bütün tədqiqatlar
yalnız bir nəticəni verir. Orqanizmimizi təşkil
edən bütün hissələrin vahid şəkildə mövcud
olması zəruridir. Çünki bizim həyatımızı davam
etdirməyimiz orqanizmimizin vahid şəkildə
fəaliyyət göstərməsinə bağlıdır. Ekskretor
sisteminin hissələrindən biri olan böyrəklərdəki
arterial da-mar sisteminin yuxarıda bəhs edilən
xüsusiyyəti olmasa, orqanizmin tarazlığı
pozulacaq və bu da ölümlə nəticələnəcək.
Bu hal insan orqanizminin özünün bugünkü
vəziyyətinə müəyyən zaman ərzində baş verən
təsadüflər və mutasiyalar kimi amillərlə və
mərhələli şəkildə gəldiyini iddia edən
təkamülçülərin iddialarını da darmadağın edib
boşa çıxarır.
Təsadüflərlə bağlı belə bir ssenari təşkil edək.
Bir kapilyarın əmələ gəlib, sonra isə yenə də
təsadüfən yaranmış başqa kapilyarlarla birləşib,
təsadüf nəticəsində yaranmış böyrəyin içində
kapsullar əmələ gətirib, sonra yenə də bu
kapilyarların arteriya kimi birləşməsi və
təsadüfən süzmə prosesini ən uyğun şəkildə
yerinə yetirən quruluş əldə etməsi mümkündürmü?
Əlbəttə, məlumdur ki, təsadüflərin təsadüflərlə
ardıcıl şəkildə əvəzlənməsi ilə uzanıb gedən bu
nağıl uydurma bir ssenaridir, çünki hər hansı
bir canlının heç bir sistemi bu şəkildə yarana
bilməz. İnsan orqanizmində hər şey qüsursuz bir
plana əsasən yerli-yerindədir. Əlbəttə ki, bu
planı hazırlayan, bu layihənin sahibi olan bir
qüvvə vardır. Bu qüvvənin sahibi bütün elmlərin
sahibi olan Uca Allahdır.
Həmçinin bura qədər qeyd olunanlar böyrəklərdəki
quruluşun və baş verən proseslərin yalnız ilk
mərhələsinin təsviridir.