İnsan möcüzəsi

Orqanizmdəki nəqliyyat şəbəkəsi: Qan dövranı

İnsan orqanizmindəki proseslərin böyük bir hissəsi qan dövranının bir-biri ilə bağlı olan həddən artıq mürəkkəb quruluşu sayəsində baş verir. Qan dövranı sistemi insan orqanizmindəki təxmi-nən 100 trilyon hüceyrəni bir-bir gəzərək qidalandıran damarlar şəbəkəsidir. Bu fəsildə ürək, damarlar və qan kimi başqa bir çox hissələrdən ibarət olan bu kompleks sistemlə bağlı insanın üzərində düşünməsi lazım gələn mövzulara toxunacağıq.

Bədənimizin içində axan həyat çayı: qan

Bütün canlılarda hüceyrələrə qida maddələrinin daşınması, artıq maddələrin orqanizmdən kə-narlaşdırılması və nəfəslə alınan qazların hüceyrələrə çatdırılması kimi ehtiyaclar qan dövranı ilə daşı-nan maddələr vasitəsilə ödənilir. İnsanlarda bütün bu prosesləri həyata keçirən maye isə "qan"dır. Ayaq barmağınızın ucundakı bir dəri hüceyrəsindən gözünüzdəki xüsusi bir toxumanın hüceyrəsinə qədər orqanizminizdə olan bütün hüceyrələrin qana ehtiyacı var.

Qan orqanizmi bir nəqliyyat şəbəkəsi kimi əhatə edən damarların içində axır və insan orqaniz-minin hər bir nöqtəsinə baş çəkən ucsuz-bucaqsız çaya bənzəyir. Bu çay orqanizmdəki səfəri boyun-ca hüceyrələrin ehtiyac duyduğu maddələri bağlamalar şəklində daşıyır. Çayın daşıdığı bu bağlama-ları yük gəmisinin konteynerinə bənzətsək, bu konteynerlərin içində qida, su və bəzi kimyəvi maddə-lər olur. Çatdırılması təcili və zəruri olan bağlama isə oksigen bağlamasıdır. Çünki hüceyrələr oksi-gensiz qalsalar, qısa bir müddət ərzində məhv olarlar. Lakin orqanizmdə qurulmuş qüsursuz sistem sayəsində bütün bağlamalar hüceyrələrə vaxtında daşınır və ünvanlarına həmişə düzgün çatdırılır.

İnsan öz orqanizmindəki bu çayın axmasını gündəlik həyatında hiss etmir. Lakin insan orqa-nizmi o qədər mükəmməl və ideal şəkildə planlaşdırılıb ki, orqanizmin hər bir nöqtəsi damarlarla ör-tülü olduğu halda kənardan baxanda həmin damarlar görünmür. Çünki insan orqanizmini əhatə edən 2 mm qalınlığındakı dəri təbəqəsi damarları ustalıqla örtüb gizləyir. Bu təbəqə əslində o qədər incədir ki, dəridə əmələ gələn ən kiçik bir cızıq da qanın kənara sızmasına səbəb olur. Əgər damarlar incə və estetik bir dəri ilə örtülməsəydi, dünyanın ən gözəl insanı da şübhəsiz ki, üzünə baxılmayacaq qə-dər çox çirkin, qorxunc və iyrənc bir görünüşə malik olardı.

Qanın orqanizmdə çox böyük funksiyası var. Artıq və zəhərli maddələrin qaraciyərə daşınma-sı, müdafiəyə kömək olmaq, bədənin hərarətinin bir kondisioner kimi tənzimlənməsi və qidaların la-zımi yerlərə çatdırılması kimi bir çox həyati əhəmiyyətli funksiya qan vasitəsilə yerinə yetirilir. Orqa-nizmdəki qarşılıqlı informasiya mübadiləsinin (xəbərləşmənin) demək olar ki, hamısı qan tərəfindən təmin edilir.